Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti təsvir, onlara hörmət

Gözəlləmə

  • Ana Səhifə
  • Vikipediya
  • Gözəlləmə

Gözəlləmə – gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşma.

Adından göründüyü kimi əksərən qoşma və müxəmməs formalı gözəlləmələrdə qadın və qızların zahiri cazibədarlığı, yaraşığı, ağıl və mərifəti təsvir, onlara hörmət və məhəbbət duyğuları tərənnüm olunur. Gözəlləmələr həm dastan daxilində, həm də ayrı müstəqil əsər kimi ifa edilirlər.

Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, kəmnişanları, xasiyyətləri və s. haqqında məlumat verilir. Məsələn, Ələsgərin müasiri olduğu, toyda-düyündə, şadlıq məclislərində və s. gördüyü Kəklik, Gülxanım, Maral, Sarıköynək, Ceyran, Səlbi, Bəyistan, Salatın, Tərlan, Yaxşı xanım, Güləndam, Güllü, Gülpəri, Leyli və s. gözəllər haqqında gözəlləmələri var:

Tovuz kimi qalxdın çeşmə başından,
Bütün gözəllərin gözəli, Güllü!
Almadı yanağın, büllur buxağın,
Dodaqların meyli, məzəli, Güllü!

Qıya baxdın, məni saldın zillətə,
Yusif kimi necə düşdüm qürbətə,
Hicran qəmi məni salıb möhnətə,
Səni gördüm, dərdim azalı, Güllü!

Ələsgər qurbandı, ay boyu minə!
İncidən, mərcandan düzüb göysünə,
Tərsa üzün görsə, tez gələr dinə,
Alim görsə, gedib saz alı, Güllü!

XVIII əsr aşığı Xəstə Qasımın gözəlləmələrindən bir nümunə:

Bir gözəl sevəsən, boyu tamaşa,
Görən kimi könül ona bənd ola.
Gözəlliyi, gül camalı bir yana,
Dil-dodağı şəkər ola, qənd ola.

Bir gözəl sevəsən qaməti bəstə,
Görəndə aşiqi eyləyə xəstə,
Çoxdan axtarıram bir elə kəsdə,
İşarə anlaya, dərdmənd ola.

Mən Qasımam, əl götürməm canandan,
Canan qarşı gəlsə, keçərəm candan,
Rəngi artıq ola güldən, reyhandan,
Zülfləri boynuma bir kəmənd ola.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gözəlləmə sözünün mənası, gözəlləmə haqqında məlumat. gözəlləmə nədir? gözəlləmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Klivlend

  • Mart 01, 2026

    Sarıhacılı

  • Fevral 27, 2026

    Halaxa

  • Fevral 27, 2026

    Ərzincan

  • Fevral 24, 2026

    Fonologiya

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst