Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eri gölü (ing. Erie [ˈɪri], fr. Érié) — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göldür. 25 700 km² sahəyə malik olaraq, Göllərin dünyada sahəsinə g

Eri gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Eri gölü

Eri gölü (ing. Erie [ˈɪri], fr. Érié) — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göldür. 25 700 km² sahəyə malik olaraq, Göllərin dünyada sahəsinə görə sıralamasında 11-ci yeri tutur. Gölün qərb-cənun-qərb, şərq-şimal-şərq istiqamətində eni 388 kmdən 98 km qədərdir. Gölün sahillərində Miçiqan, Ohayo, Pensilvaniya və Nyu-York ştatları yerləşir.

Eri gölü
ing. Erie
Ümumi məlumatlar
Mütləq hündürlüyü 174 m
Eni 92 km
Uzunluğu
  • 388 km
Sahil uzunluğu 1370 km
Sahəsi 25,7 min.
Həcmi 480 km³
Dərin yeri 64 m
Orta dərinliyi 19 m
Yerləşməsi
42°09′03″ şm. e. 81°22′16″ q. u.HGYO
Ölkələr
  •  ABŞ
  •  Kanada
Eri gölü xəritədə
Eri gölü
Eri gölü
  • adalarla birlikdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gölün cənub-qərbində çoxlu ssayda adalar vardır. Suyun temperaturu qışda 0—2 °S, yayda isə 24 °S təşkil edir. Göl dekabrdan mart ayına qədər don olur. Gölə Detroyt, Qrand, Reyzin, Huron, Momi, Sandaski və Kuyahoqa çayları axır. Göldən Niaqara çayı başlayır və Ontario gölünə tökülür. Gölün sahilində Eri, Port-Stenli, Tolido, Monro və Klivlend şəhərləri vardır. Gölün adı erielhonan qəbilələrinin dilində "uzun quyruq" mənasını verir (Puma).

Mündəricat

Coğrafiya və hidroqrafiya

Eri gölü dəniz səviyyəsindən təxminən 571 fut (174 m) hündürlükdə yerləşir. Göl 241 mil (388 km) uzunluğu və 57 mil (92 km) genişliyi ilə 25,874 km2 sahəyə malikdir. 63 fut (19 m) orta dərinliyi və 210 fut (64 m) maksimal dərinliyi ilə Böyük göllər içində ən dayazıdır.

Eri gölünün su səviyyəsi digər Böyük Göllərdə olduğu kimi mövsümlərlə də dəyişir. Ümumiyyətlə, ən aşağı səviyyələr yanvar və fevral aylarında, ən yüksəki isə iyun və ya iyulda olur. Orta illik səviyyə uzunmüddətli yağışdan asılı olaraq dəyişir.

Tarix

Avropalıların əraziyə ilk gəlişinə qədər burada Eri qəbilələri məskən olmuşdular. Fransa və irokenoz müharibəsi zamanı qəbilələr məhv edilir və onların yerinə ottava, ocibe, viandot və minqo qəbilələri köçürülür. Əraziyə gələn ilk avropalı Lui Jole (1669) olmuşdur. Bir müddət sonra ilk fransız məntəqəlıri salınır.

Ekologiya

Gölün özünə məxsus xüsusiyyəti vardır. Belə ki, soyuq hava kütlələri suyu olan gölün üzərindən keçərək qar effekti yaradır. Gölün bu təsiri ancaq göl donarkən baş verir. Böyük göllər arasında ən kiçiyi olması onun digərinə nisbətən daha tez donmasına səbəb olur.

Gölün mikroiqlimi kənt təsərrüfatının inşafına böyük təsir göstərir. Gölün şimal sahilinə zəngin meyvəçilik və tərəvəzçilik rayonunu təşkil edir. Ohaio, Pensilvaniya və Nyu-York ştatları əsas üzümçülük rayonudur.

1960—1970 ci illərdə göldə fosforitlərin miqdarının artımı müşahidə edilmişdir. Buna səbəb göldə olan yosunların məhvi olmuşdur. Bu minvalla göl tədricən ölü gölə çevrilirdi. Bu hall 1970-ci illərin sonlarına qədər davam etmişdir. Sahil xətdinin çirklənməsi aradan qaldırmağa başlanmışdır.

ABŞ və Kanada arasında (1972) imzalanmış müqaviləyə görə fosforitlərin axının azaltmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eri gölü haqqında məlumat. Eri gölü nədir? Eri gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Dövlət dini

  • Fevral 24, 2026

    Müğənni-bəstəkar

  • Fevral 23, 2026

    İmam Mustafayev

  • Fevral 25, 2026

    Qılınc

  • Fevral 24, 2026

    31 dekabr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst