Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.
| Mübariz Əsgərov | |
|---|---|
| Əsgərov Mübariz Ağali oğlu | |
| Doğum tarixi | 20 yanvar 1962 (64 yaş) |
| Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Dini | İslam |
| İxtisası | jurnalistika - televiziya |
| Təhsili | Moskva Dövlət Universiteti |
| Fəaliyyəti | jurnalist, prodüser, ssenarist, yazıçı |
| Fəaliyyət illəri | 1992-indiyədək |
| Tanınır | Qulp və Rezonans verilişlərinin müəllifi, aparıcısı |
| Mükafatları | |
Həyatı
Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Ailəlidir, 3 övladı var.
Fəaliyyəti
1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.
29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
Filmoqrafiya
- Bəy havası (sənədli film, 2010) (müəllif)
- 1 mətbuat konfransının tarixi (film, 2015) (sənədli film) (müəllif)| İzlə
- Qarabağ: əsirlər və girovlar. Közərən xaç (film, 2017) | İzlə
- Şuşanın dağları qara dumanlı (sənədli film, 2017) (müəllif) | İzlə
- Xocalı dərsi (sənədli film, 2018) (müəllif) | İzlə
- Ölüm hökmü - ömürlük cəza (sənədli film, 2019) (müəllif) | İzlə
- Kəlbəcərin son günü (film, 2020) (sənədli film) (müəllif) | İzlə
- Xocalı nişanəsi (müəllif) | İzlə
- 44 gün,44 an (müəllif) | İzlə
- "Şuşa" sənədli film (müəllif) | İzlə
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mübariz əsgərov sözünün mənası, mübariz əsgərov haqqında məlumat. mübariz əsgərov nədir? mübariz əsgərov nə deməkdir?