Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadi

İmarət Tayfa

  • Ana Səhifə
  • Vikipediya
  • İmarət Tayfa

İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar.

İmarət Tayfa
Ölkə
  •  Azərbaycan
Rəng(lər) göy-ağ
Yaranma tarixi 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı "Məhsul" olub. "İmarət" tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. "İmarət" təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.

"İmarət tayfa" azad azarkeş qrupu 2009-cu ildə yarandı. "Qarabağ"ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq "Qarabağ"a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi. Və beləliklə, "İmarət tayfa" yarandı. Qrup təbliğatsız şəkildə öz ideologiyasına uyğun olan insanları cəlb etdi. Qrupun üzvlərini bu topluluğa çəkən iki şey var idi: "İmarət"in ideologiyası və azad azarkeş qrupu olması. "İmarət"in adı klubun ilk stadionu olan "İmarət"dən götürüldü. Bu adın götürülməsində məqsəd isə onun adını, həm də Qarabağın yaşadığı həqiqətləri yaşatmaq idi.

"Qarabağ"ın əfsanəsi, kapitanı və baş məşqçisi olmuş milli qəhrəman Allahverdi Bağırov qrupun üzvlərinin idealına çevrilib.

İkinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli İbrahimli də İmarət azarkeş qrupunun fəal üzvlərindən idi.

''Imarət Tayfa'' tribunada

İmarət Avropa

2013-cü ildə İsveçdə qrupun "İmarət Avropa" adı altında qolu yarandı. Ukraynada və Türkiyədə daha bir qolu quruldu.

Həmçinin bax

Qarabağ FK

https://www.youtube.com/channel/UC7ttwtkCzVY5b-GauvweYUg

https://www.facebook.com/%C4%B0mar%C9%99t-Tayfa-334446160090951/

https://www.youtube.com/watch?v=tRb0nwBm3rY

https://www.youtube.com/watch?v=1XT1pyLmK5w

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇marət tayfa sözünün mənası, i̇marət tayfa haqqında məlumat. i̇marət tayfa nədir? i̇marət tayfa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Xələc (Şərur)

  • Fevral 25, 2026

    Şəkərli diabet

  • Mart 01, 2026

    Cucumis melo

  • Mart 01, 2026

    İdman turizmi

  • Fevral 27, 2026

    Kazirun şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst