Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilini

İmarət stadionu

  • Ana Səhifə
  • Vikipediya
  • İmarət stadionu

İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.

İmarət stadionu
Stadionun xarabalıqları, avqust 2021.
Stadionun xarabalıqları, avqust 2021.
Xəritə
Yeri Ağdam, Azərbaycan
Açılış tarixi 1952
Sökülmə tarixi 1993
Ev sahibi komanda Qarabağ
Ot örtüyü Ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən yeni "İmarət" stadionunun təməli qoyulub. Stadionun tikintisinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

Mündəricat

Tarixi

"İmarət"in Kommunist küçəsi tərəfdən olan əsas qapısında milli ornamentlərlə "İmarət" yazısı

"İmarət" 1951-ci ildə kənd stadionu kimi istifadəyə verilmişdir. Stadionun fəaliyyətə başlaması ilə "Məhsul" FK-nin (indiki "Qarabağ") yaranması üst-üstə düşmüşdür.

Stadionun tribunası ilk növbədə birtərəfli olmuşdur. Balans qiyməti 40 min rubl, ərazisi 1,5 hektar (uzunluğu 110 m, eni 70 m) olan təbii ot örtüklü stadionun tutumu 5 min nəfərdən ibarət olub. 1 soyunub-geyinmə otağı (60 m2 ), 1 tribunadan (25 sıra, 5 min oturacaq) ibarət olan stadionda futbol və voleybol meydançası, qaçış cığırı və atletika idman növü üçün yer mövcud idi. "Şəfəq"in 1987-ci ildə "Qarabağ" adlanmasından və SSRİ çempionatında iştirakından sonra rayonun futbol həyatında daha önəmli roy oynamağa başlamışdır. Komandanın oyununa maraq artdıqdan sonra qapıların arxasında 12, ön tərəflərdə isə 16 sıralıq tribunalar tikilmişdir. "İmarət"in əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Bu səbəbdən həmin sahə dövlət qoruğu idi.

Stadionun direktoru erkən illərdə şair German Hüseynovun atası Əli olmuşdu. O vəfat etdikdən sonra Asif Mustafayevi direktor təyin etmişdilər. Hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri var idi. Ağdam Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Bakıdan təşrif buyuran mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz İmarət stadionunda təşkil edilərdi.

1950-ci ildə "İmarət" stadionunun abadlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. Layihə çərçivəsində rayon ərazisindəki texnikumların, idarə və müəssisələrin komsomol və gənclər təşkilatlarının nümayəndələri fəal iştirak etmişdilər. Kənd təsərrüfatını mexanikləşdirmə texnikumu və kənd təsərrüfatı texnikumunun kollektivi stadionun sağ tərəfində park salmış, əraziyə minədək çinar və müxtəlif bəzək ağacları əkmişdir. Həmçinin, stadionu əhatə edən daş hasarın dörd tərəfi boyunca çoxlu sayda çinar ağacı əkilmişdir. Şəhər ticarət idarəsinin əməkdaşları və ərzaq sənaye kombinatının işçiləri hasarın əsas hissəsini təmir edib ağardaraq bərpa etmişdilər. Tərtib olunmuş layihəyə əsasən, stadionu şosse yolu ilə birləşdirən asfalt yolun çəkilməsi, giriş hissəsində körpünün salınması və dəmir qapının quraşdırılması planlaşdırılmışdır. Bundan əlavə, stadion ərazisində hündür çinarların kölgəsində restoran binasının inşası və şəlalələrdən stadionun su təchizatını təmin edən kəmərin çəkilməsi nəzərdə tutulmuşdur. Futbol və voleybol meydançalarının bərpası da davam etdirilmişdir.

1954-cü ildə "İmarət" stadionunun abadlaşdırılması məqsədilə şəhərin müxtəlif idarə, müəssisə və tədris ocaqları tərəfindən iməciliklər keçirilmişdir. Yeni idman mövsümünə hazırlıq çərçivəsində bu işlər sürətləndirilmiş, ərazidə geniş təmizlik və yaşıllaşdırma tədbirləri aparılmışdır. Kənd təsərrüfatı texnikumunun tələbə və müəllim kollektivi stadionun yaxınlığında park salaraq ümumilikdə 468 bəzək ağacı, o cümlədən 150 ədəd çinar ağacı əkmişdir. Həmçinin texnikumun ərazisində 80 kubmetr torpaq işləri görülmüşdür. Üzümçülük sovxozunun kollektivi stadionun ətrafındakı bərkitmə və təmir işlərini davam etdirmiş, 112 metrlik məsafənin 42 metr hissəsində bəri təmiri həyata keçirmişdir. Konyak zavodunun əməkdaşları da abadlıq işlərinə töhfə vermiş, zavod kollektivi bir neçə sahədə 30 metrdən artıq bəri təmiri həyata keçirmişdir. "İmarət" stadionunun abadlaşdırılmasında "Azərtütünçarçı"nın Ağdam şəhər bölməsi, 1 nömrəli orta məktəb, kənd təsərrüfatı texnikumu və mexanizasiya məktəbinin kollektivləri də iştirak etmişdir.

Stadion 1993-cü ilinin iyun ayında Ağdam şəhərinin işğalı zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbələrinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. Müharibə zamanı "Qarabağ"ın futbolçuları bəzən ölüm təhlükəsilə üz-üzə qalmış, lakin inlar məhz burada meydana çıxırdılar. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına "Qrad" mərmisi düşürdü. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirdi.

23 iyul 1993-cü ildə Ağdam şəhəri erməni qüvvələri tərəfindən işğal edilmişdir. Komanda "İmarət" stadionundan Bakıya köçmək məcburiyyətində qalmış, komandanın keçmiş baş məşqçisi və oyunçusu Allahverdi Bağırov isə müharibədə həlak olmuşdur. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

"İmarət"də son oyun 12 may 1993-cü ildə, Azərbaycan kubokunun yarımfinalı kimi "Qarabağ" ilə "Turan Tovuz" arasında keçirilmiş, oyun 1:0 hesabıyla yekunlaşmışdır. Matçda yeganə qolu Yaşar Hüseynov vurmuşdur. Bu, eyni zamanda "İmarət" stadionunda son qol kimi tarixə düşmüşdür.

Yeni stadion

20 noyabr 2020-ci ildə Ağdam şəhərinin erməni işğalından azad edilməsindən sonra stadion minalardan təmizlənib.

Azərbaycan prezidenti İlham Əliyev Ağdam səfəri zamanı ermənilər tərəfindən dağıdılan "İmarət" stadionunun bərpa olunacağını və stadionun adının "İmarət" olacağını bildirib: "İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq."

Gənclər və İdman Nazirliyinin 2022-ci il üzrə gözləntilərində Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa olacağı və stadionun tamaşaçı tutumunun 30 min nəfərdən çox olacağı qeyd edilib. Stadion əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində olacaq. 2022-ci il üçün layihələndirmə işləri davam edirdi. Bu idman kompleksində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır. İdman təmayüllü orta məktəbin, bundan əlavə, bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda stadionun tikintisinə 2023-cü ildə başlanılması və 2026-cı ildə istifadəyə verilməsi planlaşdılıb. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən "İmarət" stadionunun təməli qoyulub. Yeni stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb. Stadionun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi və 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik olması nəzərdə tutulmuşdur.

2026-cı ilin yanvar ayında “İmarət” stadionunun tikinti işlərinin birinci mərhələsi ilə bağlı tenderin qalibi “PMD Project” MMC olub. Dövlət tərəfindən “İmarət” stadionunun tikintisi üçün ilkin mərhələdə 60,5 milyon manat vəsait ayrılıb. Tikinti işlərinin 2026-cı ildə başlanacağı və 2028-ci ilin sonuna qədər tamamlanması gözlənilir. Stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq. Yeni stadion istifadəyə verildikdən sonra “Qarabağ” klubu uzun illərdən sonra ev oyunlarını doğma şəhəri Ağdamda keçirmək imkanı əldə edəcək.

Həmçinin bax

  • İmarət qəbiristanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇marət stadionu sözünün mənası, i̇marət stadionu haqqında məlumat. i̇marət stadionu nədir? i̇marət stadionu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rusiya itüzümü

  • Mart 06, 2026

    177 (ədəd)

  • Fevral 27, 2026

    Congea

  • Mart 06, 2026

    Robin Hivens

  • Mart 06, 2026

    Agathis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst