Zeynalov Tofiq Məhəmmədəli oğlu (17 iyul 1944, Qovlar, Tovuz rayonu – 11 sentyabr 2024, Bakı) — 1991–1992 və 2007–2018-ci illərdə Tovuz rayonu İcra hakimiyyətinin başçısı.
| Tofiq Zeynalov | |
|---|---|
| |
Tovuz Rayon İcra hakimiyyətinin başçısı | |
| 27 fevral 2007 – 7 iyun 2018 | |
| Sonrakı | Məmməd Məmmədov |
| 1991 – 29 may 1992 | |
| Sonrakı | Səməd Pənahov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 17 iyul 1944 |
| Doğum yeri | |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Təltifləri | |
Həyatı
Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlamışdır. 1964–1967-ci illər hərbi xidmətdə olub.
1971-ci ildə Tovuz rayon Komsomol Komitəsində təlimatçı vəzifəsinə təyin olunub. 1971–1973-cü illərdə Tovuz rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri işləyib. 1973–1976-cı ilərdə Tovuz rayon Komsomol Komitəsinin birinci katibi işləyib. 1976–1978-ci ilərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır.
1978–1982-ci illərdə Tovuz şəhər 155 №-li Texniki Peşə Məktəbinin direktoru vəzifəsində çalışıb. 1982–1985-ci illərdə Tovuz rayon Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1985–1986-cı illərdə Tovuz rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində işləyib. 1986–1989-cu illərdə Engels adına üzümçülük və şərəbçılıq sovxozunun direktoru vəzifəsində işləyib. 1989–1990-cı illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktorunun birinci müavini vəzifəsində işləyib.
1990–1991-ci illərdə Tovuz rayon Aqrar Kombinatının baş direktoru vəzifəsində işləyib. 1993–1999-cu illərdə M. B. Qasımov adına Üzüm istehsalı və emalı müəssisəsinin direktoru, YAİK-in sədri vəzifəsində işləyib. 2000–2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini, 2001–2002-ci illərdə isə rəisi vəzifəsində işləyib. 2002–2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyib.
11 sentyabr 2024-cü ildə vəfat edib.
Ailəsi
Ailəlidir. 4 övladı var. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.
İctimai-siyasi fəaliyyəti
1991–1992-ci illətdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
27.02.2007-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tofiq zeynalov sözünün mənası, tofiq zeynalov haqqında məlumat. tofiq zeynalov nədir? tofiq zeynalov nə deməkdir?
