Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tar

Qovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Qovlar

Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.

Qovlar
40°56′30″ şm. e. 45°44′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 13.448 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6035
Qovlar xəritədə
Qovlar
Qovlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır.

Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır.

Tarixi abidələri

Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir

Coğrafiyası və iqlimi

Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 ∆12021 5903 6118
2009 ↗13448 ↗6767 ↗6681
2024 ∆ 28000 ∆15867 ∆12133

Görkəmli şəxsləri

  • Mirzə Hacı bəy Novruzov — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.
  • Teymur bəy Novruzov — Rusiya İmperator Ordusunun zabiti, Azərbaycan Demokratik Respublikasının general-mayoru.
  • Ramiz Zeynalov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru.
  • Tofiq Zeynalov — Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
  • Ayaz Əsgərov — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı.
  • Arif Əsgərov — Dövlət Dəmir Yolları QSC -nin keçmiş direktoru.
  • Tofiq Hüseynli — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, sabiq Kənd təsərrüfatı naziri.

İqtisadiyyatı

Şəhərdə 4.022 təsərrüfat var. Şəhər əhalisi əsasən heyvandarlıq, əkinçilik, üzümçülüklə məşğuldur. Sənaye müəssisələrindən şərab zavodu, dəmir-beton zavodu, dəyirman və soyuducu sexlər, neft məhsulları bazası, Qovlar mebel istehsalı mövcuddur.

Mədəniyyəti

Şəhərdə 1 №-li və 2 №-li Qovlar şəhər kitabxana filialları, Qovlar şəhər Mədəniyyət Evi, Qovlar şəhər klubu və Qovlar poçt şöbəsi (AZ6035) fəaliyyət göstərir.

Şəhərdə dəmiryolu vağzalı var. Şəhərdə Qədim Göytəpə (Neolit dövrünə aid) yaşayış məskəni yerləşir

Təhsil

Şəhərdə Məharət Məmmədov adına Qovlar şəhər tam orta məktəbi, Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbi, Qovlar şəhər 2 №-li və 3 №-li tam orta məktəbləri, Qovlar şəhər qarışıq tipli internat məktəbi, Tovuz Dövlət Sosial-İqtisad Kolleci və Qovlar Şəhər Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 1 380 000 manat vəsait ayrılmışdır. Hazırda şəhərdə Qovlar şəhər 1 №-li və 2 №-li körpələr evi-uşaq bağçaları fəaliyyətdədir.

Din

Şəhərdə məscid fəaliyyət göstərir. Əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir.

Səhiyyə

Şəhərdə Qovlar şəhər xəstəxanası yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qovlar haqqında məlumat. Qovlar nədir? Qovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fəridəddin Əttar

  • Fevral 23, 2026

    Serbiya bayrağı

  • Fevral 27, 2026

    Allentaun

  • Fevral 27, 2026

    Arsax

  • Fevral 27, 2026

    Gəmiricilər

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst