Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Stimpank (ingilis dilində "steam" "buxar" deməkdir) – buxar maşınlarının geniş istifadə olunduğu, XIX əsrdə və ya Viktoriya dövrünə aid uydurma texnologiyaların

Stimpank

  • Ana Səhifə
  • Vikipediya
  • Stimpank

Stimpank (ingilis dilində "steam" "buxar" deməkdir) – buxar maşınlarının geniş istifadə olunduğu, XIX əsrdə və ya Viktoriya dövrünə aid uydurma texnologiyaların tətbiq olunduğu elmi fantastika altjanrı. Dizelpank altjanrı ilə səhv salınır.

Stimpank temalı şəkil.

Stimpank termini ilk dəfə 1980-ci illərdə kiberpank sözü əsasında Kevin Ueyn Ceter tərəfindən işlədilmişdir. Bu altjanr ədəbiyyatın sənaye inqilabından təsirlənməsindən sonra ortaya çıxmışdır. Bu altjanrın ilk nümayəndələri Jül Vern və Herbert Corc Uells olmuşdurlar. Ən çox mənimsəyən isə Jül Vern olmuşdur. Onun 1870-ci ildə yazdığı "20.000 lye su altında" romanı bu altjanrın başlanğıcı sayılır. Müasir nümayəndələrindən isə Tim Pouersin yazdığı "Anubis qapıları" romanıdır. Stimpank janrında olan digər əsərlərə "Həkim Cekil və Cnab Haydn", "Şerlok Holms" film seriyası, "Vəhşi, vəhşi Qərb" filmi, Alan Murun "From Hell" komiksini göstərmək olar.

Stimpank janrı üçün əsasən XIX əsr və ya XX əsrin əvvəllərindəki atmosferadan istifadə olunur. Bu cür əsərlərdə sarı, mis, pas, krem, qəhvəyi, boz rənglərinə üstünlük verilir, çarxlar, incə borular və digər mexaniki əşyalar tez-tez görülür. Geyim olaraq dizə qədər uzanan çəkmələr, qəhvəyi rəngli dəri şalvarlar, tünd rəngli qalın köynəklər, dəri papaqlar geniş istifadə olunur. Qadınlarda da bu geyim tez-tez müşahidə olunur. Geyimdə ən çox görünən aksesuarlar eynəklər, mexaniki saatlar, dəri əlcəklər və mis rəngli qolbaqlardır.

Stimpank bir neçə altjanra bölünür: Klassik stimpank Viktoriya dövründən bəhs edir. Futuristik stimpankda hadisələr gələcəkdə baş verir. Fentezi stimpankında fentezi məxluqlarına üstünlük verilir. Vestern stimpankında London atmosferasından fərqli olaraq hadisələr Amerikada cərəyan edir və Vestern ilə stimpank janrlarının birləşməsindən ibarətdir, kovboyların mexaniki atlara minmələri tez-tez müşahidə olunur. Vestern stimpankına misal kimi DC Comics-in "Jonah Hex" komiksini göstərmək olar.

Stimpank janrının fentezi və postapokaliptik janrlarla birləşdirmək geniş yayılmışdır. Məsələn, "Steamboy" anime filmində stimpank janrı postapokaliptik dünyada işlənmişdir. Fentezi ilə işlənmiş stimpank əsərlərinə isə "Arcanum: Of Steamworks and Magick Obscura", "Dungeons and Dragons: Eberron", "City of Steam" video oyunları misaldır.

Stimpank janrının müasir əşyalara və silahlara tətbiq olunması Neoviktoriya tərzi adlanır.

Nümunələr

  • Stimpank filmləri: "Qeyri-adi centlmenlər liqası", "Van Helsinq", "Zaman maşını", "Svini Tod: Flit küçəsinin şeytan bərbəri", "Səma kapitanı və Sabahın dünyası", "Steamboy", "Hüqo", "Şerlok Holms", "Vəhşi, vəhşi Qərb".
  • Stimpank video oyunlar: BioShock, Final Fantasy VI, Myst Games, Syberia, Thief, Wild Arms.
  • Stimpank kitabları: "Ölümlü mühərriklər", "Zeplin", "Fərqlilik mühəririki", Jül Vern romanları, "Günə qarşı", "Frankenşteyn", "Homunkul", "Alətlər leydisi", "Ruhsuz", "Zaman maşını", "Anubis qapıları".
  • Stimpank qrupları: Abney Park, Darcy James Argue, Chap Hop, Veronique Chevalier, The Clockwork Cabaret, Doctor Steel, Thomas Dolby, The Dresden Dolls, Frenchy and the Punk, Sunday Driver, Vernian Process, Unextraordinary Gentlemen, The Synthetic Dream Foundation.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, stimpank sözünün mənası, stimpank haqqında məlumat. stimpank nədir? stimpank nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Oncallı

  • Fevral 27, 2026

    Balakənçay

  • Fevral 27, 2026

    İlliriyalılar

  • Fevral 27, 2026

    Vişvanatan Anand

  • Fevral 23, 2026

    Səhabə

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst