Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fullmetal Alchemist (鋼の錬金術師, Haqane no Renkincutsuşi?, azərb. Polad əlkimyagər‎) — Hiromu Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2001–2010-cu i

Fullmetal Alchemist

  • Ana Səhifə
  • Vikipediya
  • Fullmetal Alchemist

Fullmetal Alchemist (鋼の錬金術師, Haqane no Renkincutsuşi?, azərb. Polad əlkimyagər‎) — Hiromu Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2001–2010-cu illərdə "Square Enix" nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında serializasiya olunmuş, daha sonra 27 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr Avropa sənaye inqilabı üslubunda olan stimpank dünyada baş verir. Əlkimyagər qardaşlar Edvard və Alfons Elrik analarını diriltmək üçün göstərdikləri uğursuz cəhddən sonra bədənlərini bərpa etmək üçün fəlsəfə daşının axtarışına çıxırlar.

Fullmetal Alchemist
Birinci tankobon cildinin üzlüyü.
鋼の錬金術師
(Haqane no Renkincutsuşi)
azərb. Polad əlkimyagər‎
Janr macəra, qaranlıq fentezi, stimpank
Manqa
ManqakaHiromu Arakava
NəşriyyatEnix (2001–03)
Square Enix (2003–10)
İmprintGangam Comics
JurnalMonthly Shōnen Gangan
Demoqrafiyaşonen
Nəşr tarixi12 iyul 2001 – 11 iyun 2010
Cildlər27 (cild siyahısı)
Ranobe
YazıçıMakoto İnoue
RəssamHiromu Arakava
NəşriyyatSquare Enix
Nəşr tarixi28 fevral 2003 – 22 aprel 2010
Cildlər10 (cild siyahısı)
Anime serialları
  • Fullmetal Alchemist (2003–04)
  • Fullmetal Alchemist: Brotherhood (2009–10)
Anime filmləri
  • Fullmetal Alchemist: Conqueror of Shamballa (2005)
  • Fullmetal Alchemist: The Sacred Star of Milos (2011)
Canlı filmlər
  • Polad əlkimyagər (2017)
  • Polad əlkimyagər: Skarın intiqamı (2022)
  • Polad əlkimyagər: Sonuncu transmutasiya (2022)
  Anime və manqa portalı

"Fullmetal Alchemist" manqası əsasında müxtəlif anime adaptasiyaları çəkilmişdir. "Bones" studiyası tərəfindən 2003 və 2009-cu illərdə iki fərqli anime serialı, 2005 və 2011-ci illərdə iki anime filmi buraxılmışdır. Manqa seriyası əsasında OVA-lar, ranobelər, kolleksiya kart oyunu və oyuncaq fiqurlar hazırlanmışdır. 2017-ci ildə canlı film adaptasiyası və 2022-ci ildə onun iki davam filmi buraxılmışdır.

Manqanın bütün dünyada 80 milyondan çox nüsxəsi satılmış və bütün dünyada ən çox satılan manqa seriyalarından biri olmuşdur. 2004-cü ildə şonen kateqoriyası üzrə 49-cu Shogakukan Manqa Mükafatının, 2011-ci ildə ən yaxşı elmi fantastika komiksi kateqoriyası üzrə Seyun Mükafatının qalibi olmuşdur. "Fullmetal Alchemist" personaj inkişafına, döyüş səhnələrinə, simvolizminə və fəlsəfi mövzularına görə tənqidçilər tərəfindən müsbət rəylər almışdır.

Mündəricat

Məzmun

Xəbərdarlıq Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Edvard və Alfons Elriklər Amestris ölkəsinin Rizenburq kəndində yaşayırlar. Onları uşaqlıqda atası evi tərk edir. İllər sonra, anası Trişa Elrik xəstəlikdən ölür. Edvard və Alfons onu əlkimya ilə həyata geri qaytarmağa qərar verirlər. Onlara əlkimyanı öyrədən usta İzumi Körtis adlı xanımdır. Tədqiqat apararkən Edvard və Alfons anasını canlandıra bilən insan transmustasiyası haqqında öyrənirlər. Bu əlkimyanın tabu olan bir texnikidir. Anasını transmutasiya yoluynan həyata geri qaytarmağa cəd edəndə Edvard sol ayağını, Alfons isə bütün bədənini itirir. Edvard öz sağ qolunu da qurban verib, Alfonsun ruhunu zirehə yerləşdirərək onun canını xilas edir. Az sonra, Roy Mustanq adlı əlkimyagər Elrik qardaşlarını ziyarət edir və Edvarda Amestris ordusunda Dövlət Əlkimyagər (国家錬金術師, Kokka Renkinjutsushi?) vəzifəni təklif edir, məzənnəsinə isə bədənləri əvvəlki halına qaytarmağın yolu haqqında yeni tədqiqatı üçün onlara əlavə materiallar veriləcəyini deyir. Bundan sonra isə Edvard itirdiyi sol ayağı və sağ qolu, dostu Uinri Rokbell və onun nənəsi Pinako tərəfindən düzələn avtozireh adlı protez növü ilə əvəzlənir.

Edvard Dövlət Əlkimyagər olan kimi, Alfons ilə öz bədənləri keçmiş halına qaytarmaq məqsədilə araşdırmalara başlayır. Fəlsəfə daşını axtarırlar, çünki onun gücü onları məqsədlərinə çatdıra bilər. Öz yolunda qardaşlar başqa fəlsəfə daşını axtaran müttəfiqləri və düşmənləri ilə qarşılaşırlar.

2003-cü ilin anime serialı

2003-cü ildə çıxan anime serialın birinci yarısı manqa məzmunu ilə eynidir, lakin bundan sonra o fərqli inkişaf edir. Bu versiyada orijinalda olan bəzi personajlar göstərilməmişdi və əksinə orijinalda olmayan personajlar göstərilmişdi.

Media

Manqa

Hiromu Arakavanın orijinal manqası 27 cildə bölünmüş 108 fəsildən ibarətdir. Onun Square Enix nəşriyyatın Monthly Shonen Gangan jurnalında ilk çıxış tarixi 2001-ci ilin iyulun 12-dir, sonuncu fəsil isə 2010-cu ildə bu jurnalın iyun buraxılışda çıxdı. 2010-cu ilin sentyabrında manqanın qəhrəmanların talelərin davamı haqqında qısa bir əlavə fəsil çap olundu. 2011-ci ilin iyulda həmin jurnalda manqanın əvvəlki prototip versiyası çap olunmuş. Square Enix bu fəsilləri iyirmi yeddi tankobon cildə yığdı. Birinci cild 2002-ci ilin yanvarın 22-dəç sonuncu isə 2010-cu ilin noyabrın 22-də çıxdı. 2011-ci ilin iyulun 22-də Square Enix manqa serialını yenidən kanzenban şəkildə nəşr etdi.

Anime

Bones studiyası manqa əsasında iki anime serial çəkdi. Bundan əlavə, iki tam metrajlı anime istehsal olundu: Fullmetal Alchemist: Conqueror of Shamballa və Fullmetal Alchemist: The Sacred Star of Milos.

Musiqi

2003-cü ilin animesi üçün musiqini Miçiru Oşima yazdı. Bu anime serialın baş saundtrekı, Вера (rus. İnanc) xorun tərəfindən rus dilində ifa edilmiş Братья (rus. Qardaşlar) mahnısıdır. Mahnının sözlərinin müəllifləri animenın rejissoru olan, Seici Midzuşima və Rusiyalı şərqşünas, Tatyana Naumovadılar. Yaponiyada 2004-cü ilin martın 24-də, 2003-cü ilin animesi ilə əlaqədər olaraq çıxan TV Animation Fullmetal Alchemist Original Soundtrack 1 adlı birinci CD disk 33 saundrek və bundan əlavə birinci açılış və sonluq mahnılarıdan ibarətdir; TV Animation Fullmetal Alchemist Original Soundtrack 2 həmin ilin dekabrın 15-də çıxdı, o 30 saundrekdən ibarətdir; 2005-ci ilin mayın 18-də çıxan TV Animation Fullmetal Alchemist Original Soundtrack 3 adlı üçüncü diskdə isə 27 saundrek var.

Fullmetal Alchemist: Complete Best və Fullmetal Alchemist Hagaren Song File :Best Compilation — birinci serialdan musiqi yığımıdırlar, onlar müvafiq olaraq 2004-cü ilin oktyabrın 14-də və 2005-ci ilin dekabrın 21-də çıxdılar. Bundan əlavə həmin 21 dekabr 2005-ci ildə Şambala fatehi filmi ilə əlaqədər olaraq Fullmetal Alchemist The Movie Conqueror Of Shamballa OST diski çıxdı. Orada bu tammetrajlı anime filmindəki işlənilən 46 saundrek var. 2004-cü ilin dekabrda Tokio və Osakada Tales of Another Festival konserti keçmişdi. Orada müxtəlif animelə və teleseriallardan musiqi ifa edilmiş və bundan əlavə sləndiricilər tərəfindən hekayələr oxundular. Fullmetal Alchemist Festival—Tales of Another adlı bu konsertin yazısı ilə DVD Yaponiyada 2005-ci ilin aprelın 27-də üzə çıxdı.

Fullmetal Alchemist: Brotherhood serialı üçün musiqini Akira Sencu yazdı. Bu musiqinin birinci diski 2009-cu ilin oktyabın 14-də, ikici 2010-cu ilin martın 24-də, üçüncü isə 2010-cu ilin iyulun 7-də üzə çıxdı. 2010-cu ilin iyulun 28-də Fullmetal Alchemist Final Best adlı açılış və sonluqların yığımı nəşr olundu. 2011-ci ilin iyunun 29-da Taro İvaşiro yazdığı The Sacred Star of Milos filmin saundtreki çıxdı.

Musiqi Çərçivələr
Açılış mahnıları
  • Porno Graffitti — Melissa (Fullmetal Alchemist 2–13 seriya)
  • L'Arc~en~Ciel — Ready Steady Go (Fullmetal Alchemist 14–25 seriya)
  • Cool Joke — Undo (Fullmetal Alchemist 26–41 seriya)
  • ASIAN KUNG-FU GENERATION — Rewrite (Fullmetal Alchemist 42–51 seriya)
  • L'Arc~en~Ciel — Link (Fullmetal Alchemist: Conqueror of Shamballa)
  • Yui — Again (Brotherhood 1–14 seriya)
  • Nico Touches The Wall — Hologram (Brotherhood 15–26 seriya)
  • Sukima Switch — Golden Time Lover (Brotherhood 27–38 seriya)
  • Chemistry — Period (Brotherhood 39–50 seriya)
  • Sid — Rain (Brotherhood 51–64 seriya)
Sonluq mahnıları
  • Porno Graffiti — Melissa (Fullmetal Alchemist 1 seriya)
  • Nana Kitade — Kesenai Tsumi (Fullmetal Alchemist 2–13 seriya)
  • YeLLOW Generation — Tobira no Mukou e (Fullmetal Alchemist 14–24 seriya)
  • Crystal Kay — Motherland (Fullmetal Alchemist 26–41 seriya)
  • Sowelu — I Will (Fullmetal Alchemist 42–50 seriya)
  • L'Arc~en~Ciel — Lost Heaven (Conqueror of Shamballa)
  • Sid — Uso (Brotherhood 1–14 seriya)
  • Miho Fukuhara — Let It All Out (Brotherhood 15–26 seriya)
  • Lil'B — Tsunaida Te (Brotherhood 27–38 seriya)
  • SCANDAL — Shunkan Sentimental (Brotherhood 39–50 seriya)
  • Shoko Nakagawa — Ray of Light (Brotherhood 51–62 seriya)
  • Sid — Rain (Brotherhood 63 seriya)
  • Nico Touches the Walls — Hologram (Brotherhood 64 seriya)

Ranobe

Square Enix nəşriyyatı Makoto İnoue Fullmetal Alchemist əsasında yazdığı yapon dilində yeddi ranobe buraxdı. Bu ranobelər manqa serialın spin off-udular. Onların birincisi olan, Fullmetal Alchemist: The Land of Sand ranobenin əsasında animenin on birinci və on ikinci seriyalar çəkilmişdir. Bundan əlavə PlayStation 2 üçün Fullmetal Alchemist and the Broken Angel, Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir, Fullmetal Alchemist 3: Kami o Tsugu Shōjo oyunların əsasında romanlar yazılıblar. Birincisi Makoto İnoue, başqaları isə Cun Eişima tərəfindən.

Videooyunlar

Fullmetal Alchemist əsasında bir sıra videooyun seriyaları çıxmışdı. Square Enix tərəfindən üç RPG oyunu buraxılmış: Fullmetal Alchemist and the Broken Angel, Curse of the Crimson Elixir və Kami o Tsugu Shōjo; Bandai isə iki RPG oyunu: Fullmetal Alchemist: Stray Rondo (鋼の錬金術師 迷走の輪舞曲, Hagane no Renkinjutsushi Meisō no Rondo?) və Fullmetal Alchemist: Sonata of Memory (鋼の錬金術師 想い出の奏鳴曲, Hagane no Renkinjutsushi Omoide no Sonata?) Game Boy Advance üçün buraxmışdı və bundan əlavə, Dual Sympathy oyunu Nintendo DS üçün. 2010-cu ilin mayın 20-də Bandai Yaponiyada PlayStation Portable üçün Fullmetal Alchemist: To the Promised Day (鋼の錬金術師 Fullmetal Alchemist 約束の日へ, Hagane no Renkinjutsushi Fullmetal Alchemist Yakusoku no Hi e?) adlı RPG oyunu buraxdı. Bandai həmçinin PlayStation 2 üçün Dream Carnival adlı oyunu buraxdı. Destineer isə toplama kart oyunun əsasında Şimalı Amerikada Nintendo DS üçün oyunu buraxdı. Yaponiyada istehsal olunmuş yeddi oyundan ancaq Broken Angel, Curse of the Crimson Elixir və Dual Sympathy bəynəlxalq bazara buraxılıb. Wii üçün Akatsuki no Ōji (暁の王子, lit. Fullmetal Alchemist: Prince of the Dawn?) oyunu Yaponiyada 2009-cu ilin avqustun 13-də çıxdı. Bu oyunun Tasogare no Shōjo (黄昏の少女?, lit. Fullmetal Alchemist: Daughter of the Dusk) adlı həmin konsol üçün sikvelı 2009-cu ilin dekabrın 10-da çıxdı.

Funimation Fullmetal Alchemist ilə əlaqəli videooyunlar yaratmaq və onları Destineer vasitəsilə ABŞ-də nəşr etmək üçün lisenziyanı almışdı. 2006-cı ilin dekabrın 15-də Destineer korporasiyası Dual Sympathy oyunun tərcüməsi nəşr etdi və gələcəkdə satışa başqa oyunları buraxacağını elan etmişdi. Destineer 2007-ci ilin fevralın 19-da elan etdiyi, Fullmetal Alchemist Trading Card Game adlı kart oyunun isə satışa həmin ilin oktyabrın 15-də buraxılmışdı. Üçüncü oyun PlayStation üçün olan Fullmetal Alchemist: Senka wo Takuseshi Mono (背中を託せし者?) idi. O, Yaponiyada 2009-cu ilin oktyabrın 15-də çıxmışdı. Bundan əlavə, MapleStory (kor. 메이플스토리) adlı MMORPG-də anime serial ilə bağlı mallar çıxmışdı.

Digər

Medicom və Southern Island kimi müxtəlif şirkətlər Fullmetal Alchemist əsasında heykəlciklər, hərəkət fiqurlar və başqa malları istehsal edirlər. 2015-ci ildə Joyride Entertainment Fullmetal Alchemist əsasında kart oyunu buraxdı. The Art of Fullmetal Alchemist (イラスト集 FULLMETAL ALCHEMIST, Irasuto Shū Fullmetal Alchemist?) adlı üç artbuk Square Enix tərəfindən çap olundu; ABŞ-də onların ikisini Viz Media çap etmiş. Birinci artbuk 2001-ci ilin may və 2003-cü ilin aprel ayının arasında yaradılan və manqanın ilk altı cildə aid olan illustrasiyalar, ikinci isə 2003-cü ilin sentyabr və 2005-ci ilin oktyabr ayının arasında yaradılan növbəti altı cildə aid olan illustrasiyalardan ibarətdir. Qalan cildlərdən illustrasiyalar isə üçüncü artbukda çap olunmuşlar.

Manqanın üçün üç soraq kitabçası var; hərəsinin daxilində Elrik qardaşların macərasının qələmələri və keçmişdə üzə çıxmayan qaiden manqa fəsilləri var. Manqanın sonundan sonrakı hekayəsini bəhs edən "Fullmetal Alchemist Chronicle" (鋼の錬金術師 CHRONICLE?) adlı soraq kitabçası Yaponiyada 2011-ci ilin iyulun 29-da üzə çıxmış.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fullmetal alchemist sözünün mənası, fullmetal alchemist haqqında məlumat. fullmetal alchemist nədir? fullmetal alchemist nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Britaniya Ordusu

  • Mart 06, 2026

    Metacritic

  • Fevral 23, 2026

    Liberets

  • Mart 06, 2026

    Göyük (Ağcabədi)

  • Mart 06, 2026

    Kali Linux

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst