Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Armudlu (Başkeçid)

  • Ana Səhifə
  • Vikipediya
  • Armudlu (Başkeçid)

Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.

Armudlu
პანტიანი
41°18′22″ şm. e. 44°08′21″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.410 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 366 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1713
Xəritəni göstər/gizlə
Armudlu xəritədə
Armudlu
Armudlu
Armudlu gölü

Kənd adını ətrafındakı kol armudu ağaclarının çoxluğuna görə almışdır. Armudlu kəndi Dmanisidən 7 km məsafədə, Maşavera çayı ətrafında yerləşir. Kəndin ətrafı həmişəyaşıl iynəyarpaqlı meşə ilə örtülmüşdür.

Armudlu kəndi içməli suyu ilə də məşhurdur. Dmanisi ərazisində ən dadlı su mənbəsini məhz Armudlu kəndindən götürür. Armudlu kəndində "Cacıqlı" adlanan ərazidə şəlalələrdən süzülən su xüsusi kanallarla Armudlu kəndinə və oradan da başqa kəndlərə ötürülür. Başqa su mənbələrinə də "Göy Bulaq", "Qırmızı Bulaq" və s. nümunələri göstərmək olar.

Armudlu kəndində Maşavera çayından Su Elektrik Stansiyası (SES) (rus. ГЭС) kimi də istifadə olunur. Burada xüsusi kanallarla yüksəkdən tökülən su böyük generator pərlərini fırladaraq elektrik əmələ gətirir. Yaranan elektrik Dmanisi bələdiyyəsinə və başqa kəndlərə paylanılır.

Armudlu kəndi ən çox da Qızıl Balığı ilə məşhurdur. Kəndin içindən keçən Maşavera çayında bol olan bu balığın kilosu 70–80 lari arasında dəyişir.

Kənd əhalisinin sayı 410 nəfərdir. Onlar əsasən milliyətcə azərbaycanlı olan Qarapapaq türkləridir.

Əhalinin əsas gəliri əkinçilik və maldarlıqdandır.

Kənd ərazisindəki gölünə görə də tanınmaqdadır. Armudlu gölü ətrafında hər il iyul ayının 26-sı "Elat Mədəniyyəti Günü" keçirilir.

Elat Mədəniyyəti Günü tədbirinin keçirilməsində əsas məqsəd soydaşların doğma yurda bağlılığını daha da möhkəmləndirmək, azərbaycanlılarla gürcülər arasındakı etimad mühitinə öz töhfələrini verməkdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, armudlu (başkeçid) sözünün mənası, armudlu (başkeçid) haqqında məlumat. armudlu (başkeçid) nədir? armudlu (başkeçid) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Misirologiya

  • Fevral 27, 2026

    Seysulan

  • Fevral 27, 2026

    Agarista

  • Mart 06, 2026

    Şorca

  • Fevral 27, 2026

    Kometa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst