Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[…], Taunsvil[d], Kvinslend) — Avstraliya internet jurnalisti, aktivist, Vikiliksin təsisçisi. Böyük döv

Culian Assanj

  • Ana Səhifə
  • Vikipediya
  • Culian Assanj

Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[…], Taunsvil[d], Kvinslend) — Avstraliya internet jurnalisti, aktivist, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır.

Culian Assanj
ing. Julian Paul Assange
Doğum tarixi 3 iyul 1971(1971-07-03)[…] (54 yaş)
Doğum yeri
  • Taunsvil[d], Kvinslend, Avstraliya
Milliyyəti avstraliyalı
Təhsili
  • Melburn Universiteti
Fəaliyyəti internet aktivisti, haker, proqramçı, televiziya prodüseri[d], telerejissor, yazıçı, jurnalist, aparıcı, informator, televiziya aparıcısı, naşir
Fəaliyyət illəri 1987-ci ildən
Partiyası
  • bitərəf (2015)
Mükafatları Amnesty International UK Media Awards 2009
Sam Adams Award 2010
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub.

2006-cı ildə VikiLeaks saytını yaratmışdır. Assanc doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu VikiLeaksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanc özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanc tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanc da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assancın həbsinə qərar verdi. 1 dekabr tarixində Assanc Londona gəldi və İsveç İnterpol vasitəsilə onun barəsində beynəlxalq axtarış elan etdi. Assanc 7 dekabr 2010-cu ildə İngiltərədə polisə təslim olaraq həbs edilsə də, 10 gün sonra zaminə buraxıldı. 2012-ci ilin iyununda Assanc İngilitərədə bütün məhkəmə instansiyalarındakı iddialarını uduzduqdan sonra Ekvadorun Birləşmiş Krallıqdakı səfirliyində sığınacaq aldı.

7 il səfirlikdə qalan Assanjı 11 aprel 2019-cu ildə Ekvadorun Birləşmiş Krallıqdakı səfirinin dəvəti ilə ingilis polisi səfirliyin içində həbs etmişdir.

Həbsdən azad olunması

24 iyun 2024-cü ildə İngiltərə və Uelsin Ali Məhkəməsi Culianı zaminə həbsdən buraxdı. Azadlığa çıxan kimi o, dərhal Avstraliyaya uçdu. Bundan əvvəl ABŞ-ın Şimali Marian Adaları Federal Dairə Məhkəməsi Assanjın təqsirini qismən etiraf edə biləcəyinə dair sənəd dərc etmişdi. 26 iyun 2024-cü ildə Saypan adasında məhkəmə iclası keçirildi, orada Assanj əvvəllər çəkdiyi həbs cəzası müqabilində casusluqda günahını etiraf etdi və iş rəsmi olaraq bağlandı.

Həmçinin bax

  • Beşinci hakimiyyət (film, 2013)
  • ABŞ diplomatiyasının qara günü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, culian assanj sözünün mənası, culian assanj haqqında məlumat. culian assanj nədir? culian assanj nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Suga

  • Mart 01, 2026

    İrvin Kiyes

  • Fevral 27, 2026

    Şulxan Arux

  • Fevral 27, 2026

    Müsavat Partiyası

  • Mart 04, 2026

    Həsən Turabov

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst