Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zen (ing. Xen; İngiliscə tələffüz: [zˈɛn]) — əsas hissəsi ABŞ-nin "Valve Corporation" şirkəti tərəfindən hazırlanmış "Half-Life" elmi-fantastik videooyunlar ser

Zen (Half-Life)

  • Ana Səhifə
  • Vikipediya
  • Zen (Half-Life)

Zen (ing. Xen; İngiliscə tələffüz: [zˈɛn]) — əsas hissəsi ABŞ-nin "Valve Corporation" şirkəti tərəfindən hazırlanmış "Half-Life" elmi-fantastik videooyunlar seriyasının uydurma kainatına aid olan dünya. Bu dünyadan olan yadplanetlilərin Yer planetinə hücumu "Half-Life" seriyasının birinci hissəsinin bütün süjet xəttinin əsasını təşkil edir. Zen orijinal "Half-Life" oyununda və onun əlavələrində — "Half-Life: Opposing Force" və "Half-Life: Blue Shift"də birbaşa, "Half-Life: Decay"in süjetində isə dolayı şəkildə iştirak edir.

"Half-Life" kainatının süjetinə görə, Zen "sərhəd dünyası" adlandırılır, çünki teleportasiya fenomeni ilə bağlı unikal xüsusiyyətə malikdir. Burada dəqiq lokal teleportasiyanın həyata keçirilməsi üçün subyekt mütləq şəkildə bu dünyadan keçməli idi.

Mündəricat

Təsviri

"Half-Life" seriyasının oyunlarında göstərilən Zen məkanlarının hamısı adacıqlardan – asteroidlərdən) ibarətdir. Onlar ya hərəkətsiz şəkildə asılı vəziyyətdədir, ya da mənzərəli səma və ya dumanlığı xatırladan bir məkanda uçurlar. Adacıqların ölçüləri olduqca müxtəlifdir. Onlar üzərində güclə bir nəfərin dayana biləcəyi çox kiçik formalaşmalardan tutmuş, daxili su hövzələrinə malik və nəhəng canlılarla məskunlaşmış iri strukturlara qədər fərqlənirlər. Adacıqların yaxınlığında tez-tez müəyyən trayektoriya üzrə fasiləsiz hərəkət edən kiçik platformalar yerləşir. Adacıqları əhatə edən müxtəlif rəngli "səmalar" müxtəlif Zen lokasiyalarında bir-birindən fərqlənə bilər. Onların bəzilərində ulduz, digərlərində dumanlıqlar, bəzilərində isə mənşəyi tamamilə naməlum olan uzaq obyektlər görünür.

Zenin cazibə qüvvəsi Yer kürəsindəkindən bir qədər zəifdir. Atmosferin tərkibi insanın Zen dünyasında sağlamlığına zərər dəymədən qoruyucu avadanlıq olmadan qalmasına imkan verir. Buna ən azı iki fakt dəlalət edir. Birincisi, Zen mağarasında adi laboratoriya xalatında rast gəlinən alim və ikincisi, "Half-Life: Blue Shift" videooyununun baş qəhrəmanı Barni Kalhaunun Zen üzrə qoruyucu kostyumsuz səyahət etməsidir. Öz növbəsində, Yer atmosferi də Zen canlıları üçün ölümcül hesab edilmir. Burada yaşayan bəzi növlər müxtəlif Yer planetinin ətyeyən heyvanlarına bənzər yerlər tutur, lakin, bu canlıların ölçüsü hedkrebin həyat dövrünün son mərhələsi olan Qonarx ilə müqayisədə cırtdan kimi təsvir olunmuşdur. Zen üzrə hərəkət edən zaman oyunçu, demək olar ki, həmişə müxtəlif fon səsləri eşidir. Bu dünyada, demək olar ki, tam sükut mövcud deyil. Zen dünyasının səsləri olduqca rəngarəngdir. Onların arasında yüngül külək əsməsini xatırladan səslər də var. Bu, Zen dünyasında müəyyən atmosferin mövcudluğunu göstərir. "Half-Life" videooyunundakı "Gonarch 's Lair" və "Interloper" fəsillərində mənşəyi naməlum olan gur, aşağıtezlikli səslər eşidilir.

"Half-Life" oyununun hadisələri zamanı Zen ağıllı varlıqlar tərəfindən məskunlaşdırılmışdı. Bu varlıqlar Zenin yerli sakinləri deyildilər, lakin vahid bir sivilizasiya şəklində birləşmişdilər. Bu sivilizasiyanın lideri digər nümayəndələrini idarə edən nəhəng bir varlıq — Nihilant idi. Sivilizasiyanın üzvləri və Nihilant kollektiv şüura malik olmuş, telepatik əlaqələrlə bir-birlərinə bağlı idilər.

Kolonizasiya

Zen "sərhəd dünyası". adlandırılır. "Half-Life" kainatının süjetində bu, başqa məkanlara teleportasiya etmək üçün mütləq keçilməli olan xüsusi ölçü kimi təqdim edilir. Bu xüsusiyyətə diqqət çəkən Half-Life seriyasının ssenari müəllifi Mark Leydlou oyunlarda rast gəlinən Zen varlıqlarının bu dünyanın yerli sakinləri olduğuna əmin olmadığını bildirmişdir. Özünəməxsus xüsusiyyətlərinə görə, Zen bu dünyada yaşamağa uyğunlaşa bilən istənilən yadplanetli sivilizasiya tərəfindən kolonizə edilə bilərdi. Məlumdur ki, fəaliyyəti bu və ya digər şəkildə sərhəd dünyasından istifadə ilə bağlı olan bir neçə sivilizasiya mövcud olmuşdur.

"Half-Life: Blue Shift" oyununda deyilmişdir ki, "Qara Meza" tədqiqat kompleksinin alimləri teleportasiya prosesində Zeni əlaqələndirici həlqə kimi istifadə edirdilər. Qara Mezada baş vermiş insidentdən xeyli əvvəl aparılan tədqiqatların ilkin mərhələlərində Zen dünyasındakı sarı kristallar üzərinə Yerə teleportasiya zamanı təyinat nöqtəsinin dəqiq koordinatlarını müəyyən etməyə imkan verən retranslyatorlar quraşdırılmışdı. Daha sonra alimlər digər istiqamətləndirmə üsullarını kəşf etdilər və bu köhnə metod "Blue Shift" süjetində personajlar tərəfindən istifadə olundu. "Half-Life 2"nin hadisələri zamanı müqavimət alimləri Zeni "məkan üzrə sıçrayış üçün gizli ox" kimi istifadə etməyi öyrənmişdilər. Bu cür teleportasiya onlara Yer üzərində hərəkət edən zaman sərhəd dünyasını məkan kimi birbaşa keçmədən "dolama" imkanı verirdi.

Nihilant sivilizasiyası üçün Zen doğma dünya deyildi. Mark Leydlou bunu "Half-Life 2" oyununun buraxılışından sonra, süjetdə daha qüdrətli yadplanetli təşkilat — kombaynın meydana çıxması ilə bağlı izah etmişdir:

" "Half-Life 1" oyununda biz kombayn ilə Nihilant irqinin son nümayəndələri arasında uzunmüddətli qarşıdurmanın sona çatmasının şahidi olduq [...] Nihilant üçün əvvəllər yaşadığı "dünya" (əgər belə bir dünya mövcud olmuşdursa) çoxdan keçmişdə qalmışdı. Onlar Zeni son sığınacaq kimi tapmışdılar, lakin burada da çıxılmaz vəziyyətə düşmüşdülər. Bir anda divar çatlamış və bu, onların bizim ölçümüzə sızmasına imkan vermişdir. Zen özlüyündə ölçülər arasında tranzit dəhlizi, qüvvələrin daimi qarşıdurma məkanıdır.
Mark Leydlou.
"

"Valve Corporation" şirkətinin marketinq direktoru Daq Lombardinin sözlərinə görə, Nihilant və onun sivilizasiyası "sitadellərdən qorxu" səbəbilə Yerə köçmək imkanını məmnuniyyətlə qarşılamışdı, lakin bu cəhd sivilizasiyanın məhvi ilə nəticələmişdi. Nihilant Qordon Frimen tərəfindən öldürülmüş, vortiqontlar isə azadlıqlarını qazanmışdılar. Bunun nəticəsində "Half-Life" hadisələrindən sonra Zen dünyası "G-Man"in naməlum işəgötürənlərinin nəzarətinə keçmişdir. "Half-Life: Opposing Force" əlavəsinin süjetində Zen ilə başqa bir sivilizasiyanın — X irqinin teleportasiyası da əlaqələndirilmişdir. Bu irqin varlıqları naməlum ölçüdən gəlmiş və Zen şəraitinə uyğunlaşmamışdılar, lakin məkan yarığı nəticəsində Yerə hücuma başlaya bilmişdilər. "Opposing Force" oyununda görünür ki, genosoxulcanın Yerə daşınması ilə bu və ya digər şəkildə əlaqəli olan onların spritləri Zen dünyasında yerləşən və kristallar vasitəsilə fəaliyyət göstərən bir mənbədən meydana çıxırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zen (half-life) sözünün mənası, zen (half-life) haqqında məlumat. zen (half-life) nədir? zen (half-life) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gicgah epilepsiyası

  • Fevral 27, 2026

    Plevra

  • Mart 06, 2026

    Küy (hərf)

  • Fevral 26, 2026

    Lankaster

  • Mart 01, 2026

    Pürsüfiyan dehistanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst