Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıbaba Şərif oğlu Əfəndiyev (1914, Əliabad, Zaqatala dairəsi – 9 fevral 1988, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin

Hacıbaba Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Hacıbaba Əfəndiyev

Hacıbaba Şərif oğlu Əfəndiyev (1914, Əliabad, Zaqatala dairəsi – 9 fevral 1988, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin (1970–1985) və Sovet (Dövlət) Nəzarəti Komissiyasının sədri (1958–1962).

Hacıbaba Əfəndiyev
Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri
27 noyabr 1970 – 3 dekabr 1985
ƏvvəlkiƏli Kərimov
SonrakıŞənlik Əliyev
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Nəzarəti Komissiyasının sədri
30 sentyabr 1961 – 21 dekabr 1962
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıƏli Kərimov
(Partiya-Dövlət Nəzarəti Komissiyasının sədri kimi)
Azərbaycan SSR Nazirlər Soveti Sovet Nəzarəti Komissiyasının sədri
21 yanvar 1958 – 30 sentyabr 1961
Əvvəlkiİvan Zimenkov
(Dövlət nəzarəti naziri kimi)
Sonrakıvəzifənin adı dəyişdirilib
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
1954 – 1958
Birinci katibİmam Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 1914(1914)
Doğum yeri
  • Əliabad, Zaqatala dairəsi, Rusiya imperiyası
Vəfat tarixi 9 fevral 1988(1988-02-09) (73–74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1941–1988)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1939),
  • ÜİK(b)P MK yanında Ali Partiya Məktəbi[d] (1947–1950)
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
  • baş leytenant

Təltifləri "Lenin" ordeni — 19801980 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

Həyatı

Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə hazırkı Zaqatala rayonunun Əliabad kəndində anadan olmuşdur. Zaqatalada ibtidai məktəbi məktəbi bitirdikdən sonra o, Bakıya gələrək burada əvvəlcə yeddiillik məktəbi, sonra isə 1933-cü ildə kommunal-inşaat texnikumunu bitirmişdir. O, inşaatçı-texnik diplomunu alaraq bir müddət Bakı tikinti trestində böyük onbaşı vəzifəsində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda oxumuşdur. 1939-cu ildə institutun memarlıq-inşaat fakültəsini bitirmişdir.

Hacıbaba Əfəndiyev institutu bitirdikdən sonra Bakı tikinti trestinə iş icraçısı vəzifəsinə göndərilmiş, burada bir il işlədikdən sonra Sovet Ordusu sıralarında xidmətə başlamışdır. O, Böyük Vətən müharibəsi illərində Stalinqrad ətrafında döyüşən ordu hissələrində vuruşmuş, birləşmənin mühəndis xidməti rəisinin müavini olmuşdur. Ağır yaralandıqdan sonra o, 1943-cü ildə ordudan tərxis edilərək Bakıya qayıtmışdır. Müharibə illərində, 1941-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmişdir.

Bakıya gəldikdən sonra Hacıbaba Əfəndiyev şəhər rayon partiya komitəsinə təlimatçı göndərilmiş, bir az sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatının təşkilat-təlimat şöbəsində təlimatçı vəzifəsinə keçirilmişdir. 1944-cü ildə o, həmin şöbənin müdir müavini təyin edilmişdir. Bunun ardınca ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində[rus.] üç il təhsil aldıqdan sonra Hacıbaba Əfəndiyev 1950-ci ildə Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyası Bakı Partiya Komitəsinin partiya, həmkarlar və komsomol təşkilatları şöbəsinin müdiri təyin edilmişdir. Bir il sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində həmin vəzifəyə keçirilmiş, 1954-cü ildə isə Azərbaycan KP MK-nın katibi seçilmişdir.

Hacıbaba Əfəndiyev 1958-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Sovet Nəzarəti Komissiyasının, Dövlət Nəzarəti Komissiyasının sədri, 1963–1965-ci illərdə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyası sədrinin müavini, 1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədrinin müavini işləmişdir. 1970-ci ildən isə həmin komitənin sədri olmuşdur.

Hacıbaba Əfəndiyev 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü, 1964–1971-ci illərdə Azərbaycan KP MK üzvlüyünə namizəd, 1971-ci ildən isə üzvü, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlüyünə namizəd olmuşdur. Yeddi çağırış (3–5, 8–11-ci) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Sov.İKP-nin 25 və 26-cı qurultaylarının nümayəndəsi olmuşdur. "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı ulduz" ordeni, iki "Şərəf nişanı" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.

Hacıbaba Əfəndiyev ağır xəstəlikdən sonra 9 fevral 1988-ci ildə 74 yaşında vəfat etmişdir.

Həmçinin bax

  • Azərbaycan SSR hökuməti (1955–1959)
  • Azərbaycan SSR hökuməti (1959–1963)
  • Azərbaycan SSR hökuməti (1967–1971)
  • Azərbaycan SSR hökuməti (1971–1975)
  • Azərbaycan SSR hökuməti (1975–1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacıbaba əfəndiyev sözünün mənası, hacıbaba əfəndiyev haqqında məlumat. hacıbaba əfəndiyev nədir? hacıbaba əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəhmənyar Azərbaycani

  • Fevral 27, 2026

    Salix barrattiana

  • Mart 06, 2026

    Mavi bayraq

  • Mart 06, 2026

    İldırım təşkilatı

  • Mart 06, 2026

    Leyla İmanova

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst