Vasili İvanoviç Çuykov (rus. Василий Иванович Чуйков; 31 yanvar (12 fevral) 1900[…], Serebryannıy Prud, Tula quberniyası[d] – 18 mart 1982[…], Moskva) — sovet hərbi xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1944, 1945).
| Vasili Çuykov | |
|---|---|
| rus. Василий Иванович Чуйков | |
| |
| Şəxsi məlumatlar | |
| Ləqəbi | General Şturm |
| Doğum tarixi | 31 yanvar (12 fevral) 1900[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 18 mart 1982[…] (82 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
| Qoşun növü | Qızıl Ordu |
| Xidmət illəri | 1917–1972 |
| Rütbəsi |
|
| Döyüşlər |
|
| Təltifləri | |
![]() | |
Almaniyadakı sovet hərbi kontingentinin baş komandanı (1949-1953), Kiyev Hərbi Dairəsinin komandanı (1953-1960), SSRİ Quru Qoşunlarının Ali Baş Komandanı - SSRİ Müdafiə Nazirinin müavini (1960-1964), SSRİ Mülki Müdafiə Qüvvələrinin rəisi (1961-1972). Sov.İKP Mərkəzi Komitəsinin üzvü (1961-1982).
1942-1946-cı illərdə Stalinqrad döyüşündə xüsusi fərqlənən 62-ci ordunun komandanı olub.
Həyatı
Uşaqlığı
Vasili İvanoviç Çuykov 12 fevral 1900-cü ildə çoxuşaqlı kəndli ailəsində (8 qardaşı və 4 bacısı olub.) indiki Moskva vilayətinin Serebryannıy Prud kəndində anadan olub. Milliyyətcə rusdur. Atası — İvan İonoviç Çuykov (3.03.1865 — 27.06.1958), Serebryannıy Prud kəndində kəndli olub. Anası — Yelizaveta Fyodorovna Çuykova (5.09.1865 — 29.03.1958) Şirobokov kəndində kəndli olub. Vasili Çuykov 4 sinifli kilsə məktəbini (1907–1911) bitirmiş, 12 yaşında Petroqrada getmiş, usta yanında şagird olmuşdur. 1917-ci ildə Kronştadt şəhərində xidmət etmişdir. 1919-cu ildə Sov.İKP-nın üzvü olmuşdur.
Ailəsi

Həyat yoldaşı — Valentina Petrovna Çuykova (qızlıq soyadı: Pavlova) (1907–1984). Oğlu — Aleksandr Vasilyeviç Çuykov (1946–2012) heykəltaraş olub, Qızı Nelli Vasilyevna Çuykova (d. 1928). Nəvəsi — Vasili Konstantinoviç Timoşenko-Çuykov.
Vətəndaş müharibəsi
Rusiya vətəndaş müharibəsi zamanı — 1918-ci ildə Vasili Çuykov atıcı rota komandirinin köməkçisi olmuşdur. 1921-ci ildə polka rəhbərlik etmişdir. Vətəndaş müharibəsi zamanı Vasili Çuykov 4 dəfə yaralandı: 1) 1919-cu ilin mayında Şərq cəbhəsində — əlindən yaralandı; 2) 1919-cu ilin iyulunda Şərq cəbhəsində (Muslimovo kəndində) — ayağından yaralndı; 3) 1920-ci ilin mayında Qərb cəbhəsində — ayağından yaralandı; 4) 1920-ci ilin sentyabrında Qərb cəbhəsində (Ostrov şəhərində) — çiynindən yaralandı.
İştirak etdiyi döyüşlər
- Rusiya vətəndaş müharibəsi
- Sovet-fin müharibəsi
- Qırmızı ordunun Polşa yürüşü (1939)
- Çin-yapon müharibəsi (1937–1945)
- İkinci Dünya müharibəsi
- Stalinqrad döyüşü
İkinci Dünya müharibəsinə qədər
1921-ci ilin iyulundan — 1922-ci ilin yanvarına qədər 4 nömrəli hərbi hissənin rəisi, Smolensk quberniyasının Velij şəhərinin qarnizon rəisi, 1922-ci ilin yanvarından polk komandiri olub. Vasili Çuykov 1918-ci ildə Moskvada hərbi təlimatçı kurslarını, 1925-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı, 1927-ci ildə Akademiyanın Şərq fakültəsini, o cümlədən, 1936-cı ildə Fəhlə-Kəndli Qızıl Ordusu Mexanikləşdirmə və motorlaşdırma Hərbi Akademiyası yanında akademik kurslarını bitirmişdir. 1927-ci ilin noyabrında — Moskva hərbi dairəsi qərargahı rəisinin köməkçisi olmuşdur.
1927-ci ilin iyulunda — Çində hərbi məsləhətçi olmuşdur. 1939-cu ilin dekabrında Sovet-Fin müharibəsi zamanı ordu komandanı olmuşdur.
Böyük Vətən müharibəsində (1941–1945) iştirakı

Vasili Çuykov 1942-ci ilin mayında İkinci Dünya müharibəsi zamanı 1-ci (iyuldan 64-cü) rezerv (ehtiyat) ordunun komandanı olmuşdur. 1942-ci il, 12 sentyabrdan 62-ci orduya komandanlıq etmiş, Stalinqradın müdafiəsində mühüm rol oynamışdır. Stalinqradın müdafiəsində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, I dərəcəli Suvorov ordeni ilə təltif edildi. İkinci Dünya müharibəsi zamanı göstərdiyi rəşadətlərə görə 1944 və 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına, o cümlədən çoxsaylı orden və medallara layiq görülmüşdür.
İkinci Dünya müharibəsindən sonrakı illər

Vasili Çuykov 1949–1953-cü illərdə Almaniyada sovet qoşunları qrupunun baş komandanı, 1953–1960-cı illərdə Kiyev hərbi dairəsi qoşunlarının komandanı olmuşdur. Çuykov 1960-cı ildən SSRİ müdafiə nazirinin müavini və quru qoşunlarının baş komandanı, 1961-ci ildən SSRİ Mülki Müdafiə rəisinin müavini, 1964–1972-ci illərdə SSRİ Mülki Müdafiə rəisi, 1972-ci ildən isə SSRİ Müdafiə Nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru olmuşdur. 1952–1961-ci illərdə Sov. İKP MK üzvlüyünə namizəd, 1961-ci ildən Sov. İKP MK-nın üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (2–10-cu çağırış) deputatı olmuşdur. 9 dəfə Lenin ordeninə layiq görülmüş, SSRİ hərb tarixində dərin iz buraxmış Vasili Çuykov 18 mart 1982-ci ildə Moskva şəhərində vəfat etmişdir. Özünün vəsiyyəti ilə Stalinqrad döyüşündə həlak olanların, "Ana-vətən" abidəsinin yanında—Volqoqradda Mamayev kurqanında dəfn edilir.
Hərbi rütbələri
- Briqada komandiri (17.02.1938)
- Diviziya komandiri (23.07.1938)
- Korpus koma diri (9.02.1939)
- General-leytenant (4.06.1940)
- General-polkovnik (27.10.1943)
- Ordu generalı (12.11.1948)
- Sovet İttifaqı Marşalı (11.03.1955)
Mükafatlar və adlar

SSRİ mükafatları
- İki dəfə Sovet İttifaqı Qəhrəmanı (19.03.1944, 6.04.1945)
- 9 dəfə Lenin ordeni (1943, 1944, 1945, 1950, 1960, 1970, 1975, 1978, 1980)
- "Oktyabr inqilabı" ordeni (22.02. 1968)
- 4 dəfə Qırmızı Bayraq ordeni (1920, 1925, 1944, 1948)
- 3 dəfə Suvorov ordeni (1943, 1944, 1945)
- Qızıl fəxri silah (şaşka) (1968)
- 16 SSRİ medalı:
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı
- "Moskvanın müdafiəsinə görə" medalı
- "Stalinqradın müdafiəsinə görə" medalı
- "Yaponiya üzərində qələbəyə görə" medalı
- "Berlinin alınmasına görə" medalı
- "Varşavanın azad edilməsinə görə" medalı
- "SSRİ Silahlı Qüvvələri veteranı" medalı
- "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
- "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı
- "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
- "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
- "Moskvanın 800 illik xatirəsinə" medalı
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Xarici medallar
- "Xalqlar dostluğu ulduzu" ordeni (ADR)
- "Qrünvald xaçı" ordeni (PXR)
- "Hərbi rəşadətə görə" (Virtuti Militari) qızıl xaçı (PXR)
- Suxe-Bator ordeni (MXR)
- "Çin-Sovet dostluğu" medalı
- Çinin 2 ordeni
Fəxri adlar
- Volqoqradın fəxri vətəndaşı
- Berlinin fəxri vətəndaşı (8 may 1965-ci ildən 29 sentyabr 1992-ci ilə qədər).
- Zaporojyanın fəxri vətəndaşı
- Ulan Udenin fəxri vətəndaşı
Xatirəsi

- Moskva vilayətinin Serebyannıy Prud şəhərində Vasili İvanoviç Çuykovun memorial ev-muzeyi,
- Serebryannıy Prud şəhərində abidəsi (müəllifi — heykəltaraş Yevgeni Vuçetiç)
- Serebryannıy Prud şəhərində büstü (müəllifi — oğlu heykəltaraş Aleksandr Çuykov)
- Volqoqradın Mamayev kurqanında məzarı,
- Volqoqradda 62-ci ordu dənizkənarı parkında heykəli (müəllifi — oğlu heykəltaraş Aleksandr Çuykov)
- Zaporojyanın Dneprovski rayonunda büstü
- Zaporojya vilayətinin Smorodino kəndində xatirə nişanı
- Polşanın Poznan şəhərində memorial lövhə
- Rusiyanın bir çox şəhərlərində (Moskva, Volqoqrad, Kazan, Çelyabinsk, Zaporojya, Nikolayev və s.), o cümlədən, Ukrayna və Belorusda adına küçə vardır.
- Moskvadakı 479 №-li və s. kimi məktəblər onun adınadır.
- Perm hərbi institutu onun adınadır.
Ədəbiyyat
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 383.
- "Ташкент" — Ячейка стрелковая / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 690 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 8).
- Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2.
- Великая Отечественная война 1941–1945. Энциклопедия / под ред. М. М. Козлова. — М.: Советская энциклопедия, 1985. — 832 с. — 500 000 экз.
- В. А. Егоршин "Фельдмаршалы и маршалы". М., 2000.
- Маршалы Советского Союза: личные дела рассказывают. М., 1996.
- Сталинградская эпопея. М.: Наука, 1968.
- Коллектив составителей и редакторов. Военный совет при народном комиссаре обороны СССР. 1938, 1940 гг.: Документы и материалы.. — М.: РОССПЭН, 2006. — 336 с. — 1000 экз. — ISBN 5–8243-0694-X.
- Ларин М. Ю., Хватов А. В. Неизвестные войны России. — М.: ООО "Дом Славянской книги", 2012. — 480 с.
Həmçinin bax
- Stalinqrad döyüşü
- Böyük Vətən müharibəsi
- İkinci dünya müharibəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vasili çuykov sözünün mənası, vasili çuykov haqqında məlumat. vasili çuykov nədir? vasili çuykov nə deməkdir?
