Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbası

Lui Brayl

  • Ana Səhifə
  • Vikipediya
  • Lui Brayl

Lui Brayl (fr. Louis Braille; 4 yanvar 1809[…] – 6 yanvar 1852[…], Paris, Sena[d], Fransa) — gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır. Bu əlifbayla birdən altıya qədər olan xanalar vasitəsi ilə gözdən əlilər həm yaza, həm də oxuya bilərlər. Əlifba Asiya xalqlarının əlifbalarından başqa, dünyada olan bütün əlifbalara tətbiq etilmişdir. Lui Braylın özü də gözdən əlil olmuşdur.

Lui Brayl
fr. Louis Braille
Doğum tarixi 4 yanvar 1809(1809-01-04)[…]
Vəfat tarixi 6 yanvar 1852(1852-01-06)[…] (43 yaşında)
Vəfat yeri
  • Paris, Sena[d], Fransa
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Panteon[d]
Fəaliyyəti orqan ifaçısı[d], ixtiraçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Lui Brayl Paris yaxınlığında yerləşən Kopvrey kəndində anadan olmuşdur. Uşaqlıq dövrünün böyük bir qismi Lisle şəhərində keçmişdir. Atası Simon Rene Brayl sərraclıqla məşğul olurdu. Üç yaşı olanda atasının yataq otaqında, sərrac iynəsi ilə sol gözünü zədələmişdir. Bu hadisə zamanla sol gözünün kor olmasına səbəb oldu. Gözünün zədələnməsi səbəbindən, Braylın sağ gözündə oftalmiya xəstəliyi yaranmışdır. 6 yaşı olarkən, tamamilə kor olmuşdur. Bütün bunlara baxmayaraq, Brayl təhsil almaq və uğurlu gələcək qurmaq istəyirdi. Ailəsinin ona dəstək olması, Braylın təhsil almaq həvəsini daha da artırdı. Brayl 7 yaşı olarkən, Korlar üçün kral inistutuna daxil oldu. İnstitutda aldığı təhsil, Braylın həyatında böyük rol oynamışdır.

Təhsil aldığı yerin şəraiti elə də yaxşı deyildi. Nahar zamanı tələbələrə quru çörək və su verilirdi. Qanunlara tabe olmayan tələbələr, sərt cəzalandırılır, bəzən saatlarla rütubətli otaqlarda qalırdılar. Lui Brayl əslində Çarl Barbien tərəfindən Napoleon Bonapartın əsgərlərinin gecə vaxtı, bir-birləri ilə əlaqə yaratmaq üçün tərtib etdiyi sistemdən faydalanmışdır. Barbienin sistemi çox qəliz idi. Digər tərəfdən hərbi qərargahda sistemi mürəkkəb olması səbəbindən rədd etmişdi. 1821-ci ildə Çarl Barbien Paris Milli Akademiyasının gözdən əlillər kafedrasına gəlmişdir. Burada Lui Brayl ilə tanış olur və onun idealarını dinləyir. Brayl Barbienə altı xanalı sistemdən istifadə etməyi təklif edir. Sistem dahada təkminləşdirilir və müasir əlifbaya uyğunlaşdırılır.

Fəaliyyəti

Fransız əlifbası üçün hazırlanmış braille ilk versiyası
"A" və "Z" hərflərinin üç formaları

Lui Brayl üç yaşında olarkən atasının emalatxanasında gözünü bizlə zədələmiş və 5 ildən sonra görmə qabiliyyətini tamamilə itirmişdir. 10 yaşında o, gözdən əlil uşaqlar üçün Kral İnstitutuna verilir. Burada dərsliklər artilleriya zabiti Şarl Barbyenin gecə vaxtı məlumatları göndərə bilmək üçün yaratdığı metodla hazırlanırdı. Belə ki, hərflər kartonda açılmış dəliklər vasitəsilə təsvir edilirdi, məlumat isə barmaqları bu işarələrə toxundurmaqla oxunurdu. Bu hərflər uşaq barmaqları üçün həddindən artıq böyük idi, bu isə sözləri oxumaqda çətinlik törədirdi. Bu səbəbdən 15 yaşlı Lui Barbyenin metodu ilə tanış olduqdan sonra onun ağlına relyef-nöqtəli yazı sistemini yaratmaq ideyası gəlir. O, 1829-cu ildə məktəbdə oxuyarkən öz adı ilə adlandırdığı, indiyə qədər bütün dünyada istifadə olunan gözdən əlil və görmə qabiliyyəti zəif olan şəxslər üçün Brayl şriftini yaradır. O, hərf və rəqəmlərdən başqa elə həmin prinsipə uyğun olaraq not əlifbasını yaratmış və gözdən əlil şəxslərə musiqini tədris etmişdir.

Həmçinin bax

  • Brayl əlifbası

Ədəbiyyat

  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lui brayl sözünün mənası, lui brayl haqqında məlumat. lui brayl nədir? lui brayl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Açıq əməkdaşlıq

  • Fevral 27, 2026

    Burla Xatun

  • Mart 01, 2026

    Dandi

  • Mart 01, 2026

    Embu

  • Fevral 27, 2026

    Ankara qalası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst