Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Burla — türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Döyüşçü qadın motivini işarələr. Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu

Burla Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Burla Xatun

Burla — türk əfsanələrində, xalq əhvalatlarında və nağıllarında qadın cəngavər. Döyüşçü qadın motivini işarələr. Yanında qırx döyüşçü qız dilbəri vardır. "Boyu uzun Burla xatun" və "Saçı uzun Sırma xatun" şəklində başqa bir xarakterlə birlikdə əfsanələrdə adı keçər. Qorqud Ata əhvalatlarında də iştirak edər. Sırma Xatun isə gözəlliyi simvollaşdırır. Boyu uzun Burla xatun, "Kitabi-Dədə Qorqud" əsərində xanlar xanı Bayandır xanın qızı, bəylər bəyi Salur Qazanın həyat yoldaşı, Oğuz dövlətinin birinci xanımıdır. "Boyu uzun Burla xatun" antroponim modeli "Boyu uzun" ləqəbi, "Burla" şəxs adı və "xatun" titulundan ibarətdir. "Boyu uzun" gözəllik rəmzidir.

Burla xatun

Mündəricat

Etimologiya

(Bur) kökündən törəmişdir. Bura/Burçin (maral) və bürcü (ətir) sözləri ilə eyni kökdən gəlir. Burlanmaq feli gəzmək, dolanmaq deməkdir. Üzüm salkmı mənasını verdiyi də deyilər. "Burla" antroponiminin etimoloji izahı bir neçə cəhətdən verilir.

  • 1. "Burla" antroponimi qədim türk dilində üzüm bağı mənasında olan "borluğ" sözünün o-u, u-a səs əvəzlənməsi və ğ səs düşümü ilə "Burla" şəklinə düşmüşdür.
  • 2. Tarixi-linqvistik baxımdan yanaşdıqda "Burla" antroponimi burulmaq felinə oxşayır. Belə ki, "burulmaq" feli arzu şəklində işləndikdə "burula", ikinci hecadakı u səsinin düşməsi mümkündür, yəni geri dönə mənasını ifadə etmiş olur. Bu, Burla xatunun atası Bayandır xanın davamçısı ilə izah olunur.
  • 3. M. Kaşğarinin lüğətində "ətir saçmaq" mənasında işlənir, yəni "Bur" sözü – ul qayıdış növ şəkilçisi və a – isə felin arzu şəklinin şəkilçisidir. Sözün ikinci hecasındakı "u" saiti qısa deyildiyi üçün "Burla" şəklinə düşmüşdür. Deməli, "Burla" saçan, gözəl görünən mənasındadır. Belə bir adı da məhz Bayandır xanın qızı daşıya bilərdi.

Tarixi əsas

"Şəcərəyi tərakimə"də, "Kitabi-Dədə Qorqud"da və Adam Olearinin Azərbaycan rəvayətlərində Qazan xanın arvadı olaraq, Burla xatun verilir. 1638-ci ildə alman səyyahı və şərqşünası Adam Oleari Dərbənddə olarkən Dədə Qorqud hekayələrini eşitmiş və burada Qazan xanın həyat yoldaşı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün qəbirlərinin olduğunu qeyd etmişdir. Adam Olearinin nəql etdiyi rəvayətlərdə Təbriz camaatı Qazan xan və arvadının qəbirlərini qədim oğuz dastan ənənələri ilə əlaqələndirirdilər. Burla xatunun qəbrinin qırx addım boyunda fikirləşilməsi də bu qadının dastanda və "Şəcərəyi tərakimə"də "Boyu uzun Burla xatun" adlandırılması baxımından ayrıca bir mənaya malikdir.

Ədəbiyyat

  • Boratav, P. (2010). DEDE KORKUT HİKÂYELERİNDEKİ TARİHİ OLAYLAR VE KİTABIN TELİF TARİHİ. Journal of Turkology, 13, 31–62. https://doi.org/10.18345/tm.18399
  • Китаби-Дәдә Горгуд (aз) // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Баку: Главная редакция Азербайджанской советской энциклопедии, 1981. — Т. V. — С. 408.
  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)

Həmçinin bax

  • Kitabi-Dədə Qorqud

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Burla Xatun haqqında məlumat. Burla Xatun nədir? Burla Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Şəhadət

  • Fevral 27, 2026

    Bavariyalı İzabel

  • Fevral 25, 2026

    11 mart

  • Fevral 27, 2026

    İbn Abbas

  • Fevral 27, 2026

    Zimmilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst