Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

David "Dado" Elazar (ivr. ‏דוד אלעזר‏‎; 27 avqust 1925, Sarayevo – 15 aprel 1976, Qüds) — 1972–1974-cü illərdə İsrail Silahlı Qüvvələrinin doqquzuncu Baş Qərarg

David Elazar

  • Ana Səhifə
  • Vikipediya
  • David Elazar

David "Dado" Elazar (ivr. ‏דוד אלעזר‏‎; 27 avqust 1925, Sarayevo – 15 aprel 1976, Qüds) — 1972–1974-cü illərdə İsrail Silahlı Qüvvələrinin doqquzuncu Baş Qərargah rəisi vəzifəsində çalışmış yüksək rütbəli İsrail hərbi xadimi. Yom Kippur müharibəsinin ardınca istefaya göndərilmişdir.

David Elazar
Şəxsi məlumatlar
Doğum tarixi 27 avqust 1925(1925-08-27)
Doğum yeri
  • Sarayevo, Yuqoslaviya krallığı
Vəfat tarixi 15 aprel 1976(1976-04-15) (50 yaşında)
Vəfat yeri
  • Qüds, Qüds dairəsi, İsrail
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Herzl dağı[d]
Vətəndaşlığı
  •  İsrail
Hərbi fəaliyyəti
Qoşun növü İsrail Silahlı Qüvvələri
Xidmət illəri 1942–3 aprel 1974
Rütbəsi
  • general-mayor
Döyüşlər
  • Ərəb-İsrail müharibəsi (1947—1949)[d],
  • Süveyş böhranı,
  • Altıgünlük müharibə,
  • Zəiflətmə müharibəsi,
  • Yom Kippur müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyati

David "Dado" Elazar 27 avqust 1925-ci ildə Yuqoslaviyanın Sarayevo şəhərində səfəradi yəhudilərinin ailəsində anadan olmuşdur. 1940-cı ildə 15 yaşında, Üçüncü Reyx dönənləmlərində Avropadakı yəhudi uşaqları təhlükəsiz sığınacaqla təmin edən "Youth Aliyah" proqramı çərçivəsində öz ölkəsindən Fələstinə köçmüş və Eyn-Şemer adlı kibbutzda məskunlaşmışdır. Tezliklə "Palmach" adlı elit hərbi birləşməyə qoşulmuş və 1948-ci il Ərəb-İsrail müharibəsi zamanı mühüm döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərdən biri də Yerusəlimdəki San Simon monastırında olmuşdur. O, təcrübə qazanaraq rütbəsini qaldırmış, Harel Briqadasında HaPortzim Batalyonunun lideri olmuşdur.

Hərbi karyerası

  • Müharibədən sonra Elazar İsrail Müdafiə Qüvvələrində (IMQ) xidmətini davam etdirmiş, 1956-cı il Süveyş böhranından sonra zirehli korpusda xidmət etmişdir.
  • 1961-ci ildə zirehli korpusun komandanı təyin edilmiş və 1964-cü ilə qədər bu vəzifədə çalışmışdır. Daha sonra 1964-1969-cu illərdə Şimal Komandanlığının rəhbəri olmuşdur.
  • 1967-ci il Altı Günlük Müharibə zamanı strateji əhəmiyyətə malik olan Golan təpələrinin iki gün ərzində ələ keçirilməsində mühüm rol oynamışdır.

Yom Kippur Müharibəsi

1 yanvar 1972-ci ildə Elazar IMQ-nin Baş Qərargah rəisi təyin edilmişdir. 1973-cü il Yom Kippur müharibəsi zamanı İsrail ordusunun hazırlıqsızlığı və müharibənin ilk günlərindəki itkilər səbəbindən ictimaiyyət arasında narazılıq yaranmışdır. Müharibədən sonra yaradılan Agranat Komissiyası Elazarın hazırlıqsızlığa görə şəxsi məsuliyyət daşıdığını bildirmiş və onun vəzifəsindən kənarlaşdırılmasını tövsiyə etmişdir. Elazar 1974-cü ildə istefa vermişdir.

Ölümü

15 aprel 1976-cı ildə Tel-Əvivdə ürək tutmasından vəfat etmiş və Yerusəlimdəki Herzl dağında dəfn olunmuşdur.

Xarici bağlantılar

  • Dado, 48 yıl ve 20 gün. Ma'ariv Book Guild. 1981. 31 Temmuz 2020 tarixində . İstifadə tarixi: 20 Ağustos 2016.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, david elazar sözünün mənası, david elazar haqqında məlumat. david elazar nədir? david elazar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İbiza

  • Fevral 27, 2026

    Parni tayfası

  • Fevral 27, 2026

    Noğaylar

  • Fevral 27, 2026

    Göstər özünü

  • Fevral 27, 2026

    Yaponiya konstitusiyası

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst