Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələri

Aetalar

  • Ana Səhifə
  • Vikipediya
  • Aetalar

Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir.

Aetalar
Ümumi sayı
50,000 (təxmini)
Yaşadığı ərazilər
Filippin
Dili

Aeta dili

Dini

Animizm

Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.

Mündəricat

Yanması

Gənc Aetalı qız, 1901.

Aetaların antrpologiyasına gəldikdə neqiroitdirlər. Onlarda Asiyanın Andamanlılar və Semanqlar]]a bənzərlikləri vardır. Bu bənzərliklər əsasən qara dərili olması və boydan kiçik olmaları ilədir (Sentinellər bu baxımdan fərqlənirlər). Bu baxımından onlar Afrika Piqmeylərinə bənzəyirlər. Qədim zamanlarda Cənubi və Cənub-Şərqi Asiya ərazilərində Avstraloidlər geniş yayılmışdılar. Onların törəmələri indi Hindistan və Hind-Çin yarımadası ərazisində yaşayırlar (Veddlər, Panyalar, Semanqlar və b.). Onların sayı olduqca azdır və digər iri xalqların onları əhatələdiyi ərazilərdə yayılmışlar.

Aeta (eta) — Taqal dilində eta, İbanaqlar atta, İlokanlar — ita, və ya puqut adlandırırlar. Özlərini ata və ya puqut adlandırırlar. Onlar arasında fərqliliklər özünü açıq aydın göstərir. Bəzilərində papuasların, bəzilərində isə qonşu xalqların əlamətləri vardır.

Təsərrüfat ənənələri

Əsas məşğuliyyətləri ovdur. Onlar əsasən çöl qabanları, quş və maral ovlayırlar. Üstəlik meşələrdə təbii şəkildə yayılmış arıların ballarını, meşə mevələrini, yığırlar. Onlar arasında dəniz balıqçılığı inkişaf etmişdir. Ov alətləri kimi nizə, ox, tələ və qırmaqdan ibarətdir. Sumpitan adlı alət ilə ovu uzaq məsafədən vura bilirlər (Bambukdan hazırlanır). Od və tüstü yolu ilə özlərinə məxsus ov edirlər.

Ənənəvi geyimləri kişilərdə qurşağa bənzər olub nahiyələrini bağlayırlar. Qadınlar isə don geyirlər. Ziynət əşyaları sadə olub qaban dişlərindən və bambukdan hazırlayırlar. Saçlarını qırxır, dişlərini oyur və döymə vurmurlar.

Ənənəvi yaşayış yerləri bambukdan hazırlanan üzəri isə yarpaqlarla örtülü olan evlərdə yaşayırlar. Əsasən balıq, ət və meşə bitkiləri ilə qidalanırlar.

Qohum ailələr qurulur.

İnancları

Onların ənənəvi inancları Animizm, Magiya, təbiət qüvvələrinə və yuxulara inanırlar. Özlərinə xass musiqi və rəqslərə malikdirlər. Hazırda isə bu adət-ənənələr itmək üzrədir.

Ədəbiyyat

  • Энциклопедия "Народы и религии мира", М.-1998.
  • Malayziyanın kiçik xalqları, İndoneziya və Filippin. Red. N. N. Çeboksarov, А. İ. Kuzneçov. М.:Elm, 1982.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aetalar sözünün mənası, aetalar haqqında məlumat. aetalar nədir? aetalar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Simsiz rabitə

  • Fevral 27, 2026

    Qoçu Nəcəfqulu

  • Fevral 27, 2026

    1859-cu il

  • Fevral 25, 2026

    Varsaq eli

  • Fevral 27, 2026

    Karen Armstronq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst