Göysu — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
| Göysu | |
|---|---|
| 40°18′ şm. e. 45°42′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Basarkeçər rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 2.061 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Göysu | |
Tarixi
Irəvan quberniyasının Novobayazid qəzasında kənd adı.
Əslində "köy" (kənd) və "su" (çay) sözlərindən ibarətdir.
"Çay kənd" mənasındadır.
Kənd rayon mərkəzi Basarkeçərdən 23 km məsafədə yerləşir.
Əhalisi
Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914-cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922–1924-cü illərdə ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər, 1939-cu ildə 314 nəfər, 1959-cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 531 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi�etnik vətənlərindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, göysu sözünün mənası, göysu haqqında məlumat. göysu nədir? göysu nə deməkdir?
