Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Larisa Məmmədova (tam adı: Larisa Fərman qızı Məmmədova; 11 avqust 1977, Bakı – 20 yanvar 1990, Bakı) — Qara Yanvar şəhidi və məktəb şagirdi. O, 20 yanvar faciə

Larisa Məmmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Larisa Məmmədova

Larisa Məmmədova (tam adı: Larisa Fərman qızı Məmmədova; 11 avqust 1977, Bakı – 20 yanvar 1990, Bakı) — Qara Yanvar şəhidi və məktəb şagirdi. O, 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir.

Larisa Məmmədova
Doğum tarixi 11 avqust 1977(1977-08-11)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20) (12 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Şəhidlər xiyabanı
Atası Fərman Məmmədov
Anası Qalina Məmmədova
Milliyyəti Azərbaycanlı

Mündəricat

Həyatı

Məmmədovlar ailəsi: Fərman Məmmədov, Larisa Məmmədova və Qalina Məmmədova

Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur.

Ölümü

1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.

1990-cı ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəsi

Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı.

Larisa Məmmədovanın atası Fərman Məmmədov Hamlet Talıbovun ardından 19 noyabr 2020-ci ilədək Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olmuşdur. Həmin tarixdə isə sədrliyi Elvin Mahmudzadəyə həvalə etmişdir.

İrsi

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Azərbaycanın şairi Bəxtiyar Vahabzadə Larisa ilə bağlı "On üç yaşlı körpə bala" şeirini yazmışdır:

On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

"On üç yaşlı körpə bala", Bəxtiyar Vahabzadə

Həmçinin bax

  • "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
  • Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, larisa məmmədova sözünün mənası, larisa məmmədova haqqında məlumat. larisa məmmədova nədir? larisa məmmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mahir Abbaszadə

  • Fevral 27, 2026

    Binq Krosbi

  • Mart 01, 2026

    S:Müəllif:Mücirəddin Beyləqani

  • Fevral 27, 2026

    Baham adaları

  • Mart 01, 2026

    Kəngərlinskilər

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst