Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətin

Batan adası

  • Ana Səhifə
  • Vikipediya
  • Batan adası

Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır.

Batan adası
ing. Batan Island
Batan təpələri
Batan təpələri
Ümumi məlumatlar
Sahəsi 95,18 km²
Uzunluğu
  • 20 km
Eni 6,3 km
Hündür nöqtəsi 1009 m
Əhalisi 11.979 nəfər (2010-cu il)
Yerləşməsi
20°25′00″ şm. e. 121°58′00″ ş. u.HGYO
Ölkə  Filippin
Region
  • Kaqayan vadisi
Rayon
  • Batanes
Arxipelaq
  • Batanes
Akvatoriya
  • Filippin dənizi
  • Cənubi Çin dənizi
Batan adası xəritədə
Batan adası
Batan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür. Əhalinin siyahıya alınması üzrə 2010-cu ilə əsasən Batan adasında 11979 insan (2000-ci ildə 11173 nəfər) yaşayırdı. Adada əsasən ivatani qrupunun etnoqrafiya nümayəndələri məskunlaşmışdır. Adada dörd qəsəbə yerləşmişdir: Basko (2015-ci il məlumatlarına əsasən 8579 insan), Maxatao (1555), İvana (1327) və Uyuqan (1297).

Batan adasından 4,5 kilometr cənub-qərbdə Sabtanq adası, 30 kilometr şimal-qərbdə isə İtbayat adası yerləşmişdir.

Tarixi

Filipinə Yaponiyanın müdaxiləsi 1941-ci ilin dekabrında İkinci dünya müharibəsinin gedişatında başlandı. İmperator ordusu tərəfindən hücüm edilmiş ölkənin birinci nöqtəsi məhz Batan adası oldu. Birinci hücum bu müharibədə ABŞ ərazisinə düşmən qoşunlarının Pörl Harbora hücumundan bir neçə saat sonra həyata keçirilmişdir. Ada döyüşsüz tutulmuşdu. Bir neçə saat ərzində yaponlar uçuş meydanını təchiz etdilər və Filipinin ən böyük adasının tutulması məqsədi ilə gələcək irəliləyişə başladılar. Bu istiqamət Luzona tərəf idi. Lakin Klark-Fild uçuş meydanında müvəffəqiyyətli hücumla əlaqədar Batandakı aerodroma ehtiyac qalmadı..

Qalereya

  • Uyuqan çimərliyi
    Uyuqan çimərliyi
  • Basko mayakı
    Basko mayakı
  • Maxataodakı kilsə
    Maxataodakı kilsə
  • İvanedəki kilsə
    İvanedəki kilsə
  • Mərcanlardan tikilmiş qədim ev
    Mərcanlardan tikilmiş qədim ev
  • Batanes arxipelaqı
    Batanes arxipelaqı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, batan adası sözünün mənası, batan adası haqqında məlumat. batan adası nədir? batan adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Munafiqun surəsi

  • Fevral 27, 2026

    Hermiona

  • Fevral 27, 2026

    Fussilət surəsi

  • Fevral 27, 2026

    Abbasbəyli (Qazax)

  • Fevral 27, 2026

    Cünk

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst