Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gearbox Software — kompüter və videooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano

Gearbox Software

  • Ana Səhifə
  • Vikipediya
  • Gearbox Software

Gearbox Software — kompüter və videooyun sənayəsində çalışan ABŞ şirkəti. 1999-cu ildə bir qrup yaradıcı tərəfindən təsis edilib. Baş ofisi Texas ştatının Plano şəhərində yerləşir.

"Gearbox Software"
Ümumi məlumatlar
Tipi Fərdi şirkət
Sənaye Kompüter və videooyun sənayəsi
Məhsulları Half-Life: Opposing Force
Half-Life: Blue Shift
Half-Life: Decay
Counter-Strike:Condition Zone
James Bond 007: Nightfire
Brothers in arms seriyaları
Təsis tarixi Plano, Texas, ABŞ. (1999)
Baş qərargahın yeri Plano, Texas, ABŞ
Struktur
İşçi sayı 170
Rəhbərlik
Təsisçilər Rendi Piçford
Sivenom Bahl
Lendon Monthomeri
Brayan Martel
Rob Heyronimus
gearboxsoftware.com

Şirkət Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən 1999-cu ilin yanvar ayında yaradılıb. "Gearbox" studiyasının yaradıcıları şirkətin yaradılması zamanı demək olar ki, videooyunların hazırlanması üzrə ixtisaslaşan başqa şirkətlərdə çalışırdılar.

Şirkətin ilk işi Valve tərəfindən sifariş edilən Half-Life üçün əlavələrin yaradılması oldu. Studiya Valve-nin sifarişi ilə orijinal Half-Life-a üç əlavə Opposing Force, Blue Shift və PS2 versiyası üçün eksklüziv Decay əlavələrini hazırlayır. Half-Life: Opposing Force əlavəsində süjet orijinal Half-Life ilə paralel inkişaf edir. Burada baş qəhrəman Qara Meza tədqiqat mərkəzinə eksperementin nəticəsini və şahidləri təmizləmək üçün göndərilmiş xüsusi təyinatlı Adrian Şeparddır. Bunun sayəsində oyunçular Half-Life süjetinə digər personajın gözü ilə baxmağı imkan əldə edirlər.

Sonrakı oyun Half-Life: Blue Shift bundan əvvəlki Opposing Force kimi rəsmi add-on kimi buraxılmışdır. Süjet Qara Meza kompleksinin mühafizəçisi — Barni Kalhaunun ətrafında inkişaf edir. Bu iki əlavədə qrafika və modellər daha da keyfiyyətli hazırlanmışdır. Studiya bunun arxasınca 2001-ci ildə PS üçün eksklüziv Half-Life: Decay əlavəsini buraxır.

Şirkətin ən məşhur məhsullarından biri 2005-ci ildə buraxdığı İkinci dünya müharibəsinə aid Brothers in Arms oyunudur.

Gearbox müxtəlif məşhur oyun yaradan şirkət və nəşrçiləri ilə işləyib. Onların arasında Valve-dən əlavə Ubisoft, Sega, Microsoft Game Studios, Electronic Arts, Activision və Vivendi Games kimi studiyalar var. Şirkət Bungie, Epic Games, Valve Corporation, Gameloft, Ritual Entertainment və Demiurge Studios kimi studiyalarla partnyorluq əlaqələrinə malikdir.

Mündəricat

Hazırlanılan oyunlar

  • Half-Life: Opposing Force — Half-Life üçün əlavə (31 oktyabr 1999-cu il).
  • Half-Life — Dreamcast üçün versiya (ləğv edilib)
  • Counter-Strike — kommersiya versiyası. Valve ilə birlikdə hazırlanılıb.
  • Half-Life: Blue Shift — Half-Life üçün əlavə (11 iyul 2001-ci il)
  • Half-Life: Decay — PlayStation 2 üçün versiya (noyabr 2001-ci il).
  • Tony Hawk's Pro Skater 3 — Windows üçün versiya (oktyabr 2002-ci il).
  • James Bond 007: Nightfire — Windows üçün versiya (18 noyabr 2002-ci il).
  • Halo: Combat Evolved — Windows və Mac üçün port (sentyabr 2003-cü il). Bungie Studios ilə birlikdə buraxılıb.
  • Counter-Strike: Condition Zero — Windows üçün versiya. (23 mart 2004-cü il). Valve ilə birlikdə.
  • Halo: Custom Edition — Windows üçün versiya. (may 2004-cüi il).
  • Brothers in Arms: Road to Hill 30 — Windows, Xbox, PlayStation 2 üçün versiya (mart 2005-ci il).
  • Brothers in Arms: Earned in Blood — Windows, Xbox, PlayStation 2 üçün versiya (oktyabr 2005-ci il).
  • Fortnite — , mac OS, PlayStation 4 və Xbox One platformalarında azad edilib.
  • Brothers in Arms DS — Nintendo DS (2007-ci ilin yayı).
  • Brothers in Arms: Double Time — Wii (26 sentyabr 2008-ci il).
  • Samba de Amigo — Wii (23 sentyabr 2008-ci il). Совместная разработка с Escalation Studios.
  • Brothers in Arms: Hell's Highway — Windows, Xbox 360, PlayStation 3 üçün versiya (7 oktyabr 2008-ci il)
  • Brothers in Arms: Hour of Heroes — iPhone (dekabr 2008-ci il).
  • Borderlands — Windows, Xbox 360, PlayStation 3 üçün versiya (TBA 2009, nəşriyyat — 2K Games).

Hazırlanmaqda olan layihələr

  • Aliens: Colonial Marines — Windows, Xbox, PlayStation üçün versiya (TBA 2009, nəşriyyat — Sega).
  • Duke Begins — birinci-şəxs atıcı janrında olan oyun. Müvəqqəti dondurulub. Nəşriyyat — 2K Games.

Maraqlı faktlar

  • Gearbox Software artıq qapadılmış studiyanın beş üzvü Rendi Piçford, Stiven Bahl, Lendon Mantqhomeri, Brayan Martel və Rob Heyronimus tərəfindən yaradılıb. RBR-də işdən əvvəl Piçford və Martel 3DRealms studiyasında, Mantqhomeri isə Bethesda Softworks şirkətində çalışırdılar.
  • Half-Life 2-yə qədər Gearbox orijinal Half-Life-dan başqa bütün əlavələr üzərində çalışıb (Opposing Force, Blue Shift, Counter-Strike, Condition Zero, Half-Life PS2/Decay, Half-Life Dreamcast).
  • Counter-Strike-da silahların modelləşdirilməsi ilə məşğul olan Gearbox stuadiyasının əməkdaşlarından biri, həmkarlarını ruhlandırmaq üçün ofisə əsil avtomat gətirmişdir. Ancaq studiya ilə eyni binada yerləşən bankın əməkdaşı rəssamı plaşınına altında, avtomatla, liftdə qalxdığını görür və polisə dərhal xəbər. Nəticədə çoxlu sayda polis əməkdaşları "terroristi" mərtəbə-mərtəbə axtardıqdan sonra səhv baş verdiyini anlayırlar.
  • Gearbox stuadiyasının əməkdaşları indiyə kimi yaradılmış ən uğurlu 10 atıcı oyundan 8-i üzərində işləyiblər (Doom, Quake, Halo, Half-Life, Unreal, Counter-Strike, Duke Nukem, və James Bond).
  • Gearbox Hollivudun ən məşhur filmlərinin videooyunlarını yaradıblar — Ceyms Bond və Özgə.
  • Gearbox Software Plano, Texasdakı ofisin yuxarı üç mərtəbəsində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gearbox software sözünün mənası, gearbox software haqqında məlumat. gearbox software nədir? gearbox software nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Viktoriya Bekhem

  • Fevral 24, 2026

    Publisistika

  • Fevral 27, 2026

    Əbdulqədir Cili

  • Fevral 27, 2026

    Praktika

  • Fevral 27, 2026

    Çempionlar Liqası

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst