Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864, Şebinkarahisar[d], Osmanlı imperiyası – 1 mart 1934, İrəvan)

Toros Toromanyan

  • Ana Səhifə
  • Vikipediya
  • Toros Toromanyan

Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864, Şebinkarahisar[d], Osmanlı imperiyası – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933).

Toros Toromanyan
erm. Թորոս Թորամանյան
Şəxsi məlumatlar
Doğum tarixi 18 mart 1864(1864-03-18)
Doğum yeri
  • Şebinkarahisar[d], Osmanlı imperiyası
Vəfat tarixi 1 mart 1934(1934-03-01) (69 yaşında)
Vəfat yeri
  • İrəvan, Ermənistan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı
  •  SSRİ
  •  Osmanlı imperiyası
İşləri və nailiyyətləri
Mükafatları Ermənistan SSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur.

1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir.

1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir. 1923-cü ildə Ermənistan SSR-də Qədim Abidələrin Mühafizəsi Komitəsi təsis edilmiş, Toramanyan onun üzvü olmuşdur. O, komitənin tərkibində Üçkilsə kafedralının yenidən qurulmasında iştirak etmişdir.

Toromonyan 1930–1932-ci illərdə İrəvanda Ermənistan Tarix Muzeyinin memarlıq şöbəsinə də rəhbərlik etmişdir. O, Dünya Erməni Konqresinin üzvü olmuşdur. 1934-cü ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, toros toromanyan sözünün mənası, toros toromanyan haqqında məlumat. toros toromanyan nədir? toros toromanyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    I Con

  • Fevral 27, 2026

    Nemertinlər

  • Mart 01, 2026

    Könüllü fəaliyyət

  • Fevral 27, 2026

    Qızıl Şir

  • Fevral 27, 2026

    Filipsburq (Sint-Marten)

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst