Eminov Zakir Namin oğlu (1 fevral 1967, Yuxarı Qaramanlı, Neftçala rayonu) — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent, professor.
| Zakir Eminov | |
|---|---|
| Eminov Zakir Namin oğlu | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Yuxarı Qaramanlı, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | iqtisadi coğrafiya |
| Təhsili | Bakı Dövlət Universiteti |
| Fəaliyyəti | AR Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. İnsan coğrafiyası şöbəsinin müdiri |
| Elmi dərəcəsi |
|
| Mükafatları | Azərbaycan Respublikasının Dövlət mükafatı (26.05.2016) |
Həyatı
Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. Ailəlidir, iki oğlu vardır.
Təhsili
1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib.
1991–1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub.
Əmək fəaliyyəti
- 1991-ci ildə Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası" şöbəsində işləyib;
- Baş laborant, sonra kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
- 2001-ci ildən aparıcı elmi işçi,
- 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışıb.
- 2017-ci ildən İnstitutun "İnsan coğrafiyası" istiqamətinə rəhbər, yeni yaradılmış "Tibbi coğrafiya" şöbəsinə müdir təyin edilib.
- 2021-ci ildə Z. N. Eminov AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunmuşdur.
Elmi fəaliyyəti
- "Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı" (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
- 2007-ci ildə ona dosent elmi adı verilib.
- AMEA H. Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri. İqtisadi-sosial və siyasi coğrafiya ixtisası üzrə "Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri" mövzusunda müdafiə edərək coğrafiya elmlər doktoru elmi dərəcəsi almışdır.
- Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilmişdir.
Pedaqoji fəaliyyəti
BDU-da "Azərbaycanın əhalisi", "Azərbaycanda əhalinin VMS-nin problemləri" və "Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası" kursları üzrə mühazirə və seminar məşğələləri;
ADPU-da "İstehsalın texniki-iqtisadi əsasları" və "Əhali coğrafiyası" fənləri üzrə mühazirələr;
Onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru müdafiə edib;
Elmi tədqiqat sahələri
Əhalinin demoqrafik vəziyyətinin nizamlanması, regionların inkişafı, iqtisadi islahatlar aparılmasının nəticələri, Azərbaycanın siyasi-coğrafi cəhətdən öyrənilməsi, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir.
Elmi nəticələri
- Əhali coğrafiyası, demoqrafik vəziyyətin nizamlanması, əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin və regionların sosial-iqtisadi inkişafı sahəsində mütəxəssis. Əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demorqafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri, iqtisadi islahatların aparılmasını, onların sənayedə, kənd təsərrüfatında olan xüsusiyyətlərini, iqtisadi və sosial-demoqrafik nəticələrini və meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini öyrənmişdir.
- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 70
- Xaricdə çıxmış elmi əsərlərinin sayıː 16
Seçilmiş əsərləri
Monoqrafiyalar
Z. N. Eminovun 11 monoqrafiyası çap olunub.
- 2005-ci ildə Azərbaycanın əhalisi.
- 2010-cu ildə "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" (proseslər, problemlər, konstruktiv aspektlər) monoqrafiyası nəşr edilib. (N. Ə. Paşayev və N. H. Əyyubovla birlikdə).
- Coğrafiya Ensiklopediyası (II cild, 2011).
- Azərbaycan Respublikasının coğrafiyası
- Azərbaycan Respublikasının coğrafiyası
- Azərbaycan Respublikasının coğrafiyası
- Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri
- Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər
- Azərbaycan Respublikasında yüngül sənayenin inkişafının iqtisadi-coğrafi problemləri
- Naxçıvan MR coğrafiyası. İqtisadi və sosial coğrafiya. II cild.
- Lənkəran-Astara iqtisadi rayonunda əhalinin ərazi təşkilinin iqtisad-coğrafi problemləri
- Türk dünyası ölkələrinin coğrafiyası
- Türk dünyası ölkələrinin coğrafiyası
Tədris-metodiki vəsaitlər
- "Coğrafiya". Ümumi fiziki və iqtisadi coğrafiya
- "Coğrafiya". Materiklər və ölkələr. Türk dünyası ölkələri
- "Coğrafiya" Azərbaycanın fiziki və iqtisadi coğrafiyası
- Azərbaycanın fiziki və iqtisadi coğrafiyası
- "Coğrafiya" (təkrar nəşr).
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004–2008-ci illər)
- Coğrafiya ensiklopediyasıKitab
- CoğrafiyaVəsaitDİM,
- CoğrafiyaVəsaitDİM
- Orta ümumtəhsil məktəbləri üçün Dərslik
- Orta ümumtəhsil məktəbləri üçün Dərslik
Elmi məqalələr
1993
- Azərbaycanda səhiyyə obyektlərinin ərazi təşkili və onların kadrlarla təmin edilməsi
1994
- Məhsuldar qüvvələrin yerləşməsi və əhalinin məskunlaşması
1995
- Demoqrafik amillərin yaşayış məntəqələrinin formalaşması və inkişafında rolu
- Azərbaycanın şəhər tipli qəsəbələri və onların sosial-iqtisadi inkişafı
- Daşkəsən rayonunun iqtisadi və sosial-demoqrafik problemləri.
- Azərbaycanda məskunlaşmanın səmərələşdirilməsi problemləri
- Torpaq islahatı lazımdır
1996
- İerarxiya prinsipinə görə respublika şəhərlərinin təsnifatı
1998
- Eminov Z. N. (N. H. Əyyubovla birlikdə). Azərbaycanda siyasi coğrafiyanın inkişafının əsas istiqamətləri
1999
- Eminov Z. N. (E. Q. Mehrəliyev və N. H. Əyyubovla birlikdə) Azərbaycanın geodemoqrafik şəraiti
2002
- Azərbaycanda torpaq islahatları və kənd məskunlaşmasının sosial-iqtisadi problemləri
2005
- Azərbaycanın demoqrafik problemləri
2006
- Eminov Z. N. (B. Ə. Budaqov və İ. E. Mərdanovla birlikdə). Azərbaycanda yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları
- Azərbaycanda əhalinin məşğulluq problemləri
- Davamlı inkişaf konsepsiyası: Azərbaycanda həyata keçirilməsinin əsas istiqamətləri və problemləri
2007
- Əhalinin həyat səviyyəsi və demoqrafik vəziyyəti
2008
- Охрана окружающей среды – одно из направлений устойчивого развития
- Экологические проблемы Азербайджана и основные направления их преодоления
- Миграционные связи Азербайджана со странами СНГ
- Совершенствование отраслевой структуры промышленности и занятости население в условиях экономических реформ
- Eminov Z. N. (M. C. İsmayılov ilə birlikdə). Böyük Qafqaz təbii vilayətində əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsinin landşaft-ekoloji əsasları
- Azərbaycanın kənd təsərrüfatında və torpaqlardan istifadənin strukturunda baş verən dəyişikliklər
2009
- Проблемы устойчивого развития сельского хозяйства
- Проблемы социально-экономического развития регионов Азербайджана и пути их решения
- Azərbaycanda sənayenin strukturunun təkmilləşdirilməsi və əmək ehtiyatlarından istifadə problemləri
2010
- Abşeron iqtisadi rayonunda təsərrüfatın və əhalinin təmərküzləşməsinin iqtisadi və sosial-demoqrafik problemləri
- Azərbaycanın dünya təsərrüfatına inteqrasiyası prosesində təsərrüfat sistemində baş verən dəyişikliklər
- Azərbaycanda urbanizasiya prosesləri və şəhərlərin inkişaf problemləri
2013
- Kənd turizminin potensiali və İran İslam Respublikasinda onun inkişaf istiqamətləri.
- Региональные особенности миграционных процессов в Азербайджане.
- Problems of regulating distribution of population in Azerbaijan Respublikc.
- Aran iqtisadi rayonunda şəhər məskunlaşmasının müasir vəziyyəti və inkişaf problemləri.
- Müasir dövrdə Azərbaycanda kənd əhalisi və kənd yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri.
- Lənkəran-Astara iqtisadi rayonunda miqrasiyanın formalaşması və onun sosial-demoqrafik amilləri.
- Samur-Yalama Milli Parkının sosial-iqtisadi şəraitinin qiymətləndirilməsi və informasiya bazasının yaradılması
- Müstəqillik illərində Azərbaycanda iqtisadi və sosial coğrafiyanın inkişafı
- Müstəqllik illərində Azərbaycanda əhali coğrafiyası elminin prioritet istiqamətləri
- Azərbaycan Respublikasında demoqrafik inkişafın nizamlanma məsələləri
2015
- Azərbaycanda kənd əhalisinin təbii artımının inkişaf meylləri və nizamlanması istiqamətləri.
- Economic and geographic factors affecting the development of Greater Baku (Böyük Bakının inkişafina təsir göstərən iqtisadi-coğrafi amillər)
- Müstəqillik illərində Azərbaycan Respublikasında miqrasiya prosesləri
2016
- Структура занятости городского населения в Азербайджане
- Развитие туристической индустрии в северо-западном регионе Азербайджанской Республики.
- Azərbaycanın kənd təsərrüfatında baş verən struktur dəyişiklikləri
2017
- The impakt of demoqraphic processes on the development of Greater Baku in the years of independancy (1991–2016).
- Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunda ailə-nikah münasibətlərinin demoqrafik əsasları
- Azərbaycanda məskunlaşma areallarının formalaşmasına su hövzələrinin təsiri
- Azərbaycan Respublikasında miqrasiyanın əsas istiqamətləri və nizamlanası problemləri
- Azərbaycanda demoqrafik proseslərin formalaşmasında qadın problemləri"
- Проблемы совершенствования хозяйственной структуры городов и ее значение в демографическом развитии
- Azərbaycan Respublikasında miqrasiyanın əsas istiqamətləri və nizamlanması problemləri
- Lənkəran-Astara iqtisadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri.
2018
- Quba-Xaçmaz iqtisadi rayonunda məskunlaşmanın GİS texnologiyası ilə öyrənilməsi
- Azərbaycan Respublikası Xəzərsahili regionunun demoqrafik və sosial-iqtisadi inkişaf problemləri (ingilis dilində)
2021
- Природоохранные меры в высокоурбанизированных районах
- Изменение демографической ситуации в Азербайджане
- Эминов З. Н. Проблемы регулирования расселения населения в Азербайджанской Республике
2019
- Rusiya Federasiyası və türk dünyası ölkələrinin geosiyasi məkanı: coğrafi, sosial-iqtisadi və mədəni aspektləri
- Azərbaycan Respublikasında kənd əhalisinin sayının dinamikası
- Azərbaycanda ölüm göstəricilərinin demoqrafik inkişafa təsiri
- Azərbaycan Respublikasında kurort-turizm təsərrüfatnın müasir problemləri və onların həlli istiqamətləri.
- Ölkənin davamlı inkişafının regional-coğrafi problemləri
- Влияние качества жизни населения на демографические показатели Азербайджанской Республики
- Azərbaycanın inzibati rayon mərkəzləri və onların sosial-demoqrafik inkişaf xüsusiyyətləri
2021
- Naxçıvan MR-də məskunlaşma və miqrasiya problemləri
2023
- Eminov Z. N., Hüseynova T. M. Böyük Qafqaz vilayəti əhalisinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasında məşğulluq probleminin həlli.
- Kür-Araz ovalığında su ehtiyatlarından istifadə edilməsinin müasir problemləri.
- Eminov Z. N., Cəbrayılov E. A. Şahdağ Milli Parkinin bufer zonasında əhalinin yüksəklik qurşaqları üzrə paylanması xüsusiyyətləri.
- Eminov Z. N., Mahmudov R. N., Teymurov M. Ə. Müasir operativ-interaktiv metodlar su ehtiyatlarının qiymətləndirilməsi və onların idarə olunmasının qarantı rolunda.
- Единство тюркских государств – основа регионального развития.
Xəritələr
"Azərbaycan Respublikası Milli Atlasının" hazırlanmasında yaxından və İqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtib edilməsində iştirak edib,
17-yə qədər xəritənin müəllifidir.
- Yüksəklik qurşaqları üzrə əhalinin sıxlığının dəyişməsi (1999-cu il siyahıyaalması materialları əsasında)
- "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004–2008-ci illər) əsasında istifadəyə verilən təsərrüfat obyektləri
- "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004–2008-ci illər) əsasında iqtisadi rayonlarda açılan yeni iş yerləri.
Tədris vəsaitləri
- "Coğrafiya" məlumat kitabı.
- Azərbaycanın fiziki və iqtisadi coğrafiyası.
- Coğrafiya ensiklopediyası. 2 cilddə.
- Orta ümumtəhsil məktəblərində tədris olunan kurikulum proqramı əsasında VIII siniflər üçün "Coğrafiya" dərsliyi (həmmüəlliflərindən biridir)
- Müəllimlər üçün metodik vəsaiti (həmmüəlliflərindən biridir)
Təltif və mükafatları
2015-ci ildə AMEA Coğrafiya İnstitutunda "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik fundamental kitabın ikinci (İqtisadi, sosial və siyasi coğrafiya) və üçüncü (Regional coğrafiya) cildlərin əsas müəlliflərindən biridir. 2016-cı ildə həmin kitablara görə Z. N. Eminov elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı (26 may 2016-cı il) layiq görülüb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zakir eminov sözünün mənası, zakir eminov haqqında məlumat. zakir eminov nədir? zakir eminov nə deməkdir?
