Xaybulla rayonu (başq. Хәйбулла районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
| Rayon | |||||
| Xaybulla rayonu | |||||
|---|---|---|---|---|---|
| Хәйбулла районы | |||||
| |||||
| |||||
| 51°51′49″ şm. e. 58°12′38″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 20 avqust 1930 | ||||
| Sahəsi | 3911,66 km² | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | 34758 | ||||
| Poçt indeksi | 4538ХХ | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
Rayonun inzibati mərkəzi Akyar kəndidir. Yaşayış məntəqəsi Ufadan 337 km aralıda yerləşir.
Coğrafiyası


Xaybulla rayonuBaşqırdıstanın cənub-şərqində yerləşir. Şimaldan Bağqırdıstanın Baymak və Yılayır, qərbdən Ziançur rayonları, cənubdan isə Orenburq vilayəti ilə sərhəddə yerləşir. Rayon Başqırdıstanımn ən quraq regionlarındandır. Burada qış vahə mədəniyyəti yayılmışdı. Rayonun şimal-şərqindən Bolşaya Urtazımka çayı keçir. Şərq ərazisinin yarısı çöllükdür. Burada qara-şorakət torpaqlar yayılmışdır. Qərbində isə meşəçöl və dağ meşələri yayılmışdır.
Tarix

Xaybulla rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. İlk əvvəllər rayon mərkəzi Xaybulla kəndi olmuşdur. Hazırda isə Akray kəndi adlanır. Rayon 1950-ci illərdə güclü şəkildə inkişaf edirdi. Bu dövrdən Ufa və Selinski qəsəbələri qalmışdır.
Əhali
| 2002 | 2008 | 2009 | 2010 | 2012 | 2013 |
|---|---|---|---|---|---|
| 33 072 | ▼32 512 | ▼32 427 | ▲33 398 | ▼32 975 | ▼32 637 |
| 2014 | 2015 | 2016 | 2017 | ||
| ▼32 176 | ▼31 735 | ▼31 419 | ▼31 112 |
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Xaybulla rayonu ərazisin milli tərkibi: başqırdlar — 77,6 %, ruslar — 17,8 %, digər millər — 4,6 %.
İnzibati-ətazi vahidləri
Ziançurinski ayonunda 14 kənd inzibati vahidliyinə 57 yaşayış məntəqəsi daxildir
İqtisadiyyat
Rayon ərazisində dəmir, qızıl, kvars, tikinti daşı, əhəng, kərpiç xammalı, qum kimi faydalı qazıntılar vardır. Ərazisinin 302,4 min ha əkinə yararlıdır. 82,8 ha ərazi otlaq kimi istifadə edilir. 2015-ci ildə respublika ərazisində ilk günəş elektrik stansiyası olan Buribayev GES istifadəyə verilmişdir ..
Nəqliyyat
Rayonla əlaqə Sibay — Akyar, Yudıbaeva — Akrar — Sara yolu ilə təmin edilir. Əvvəllər Akyarda hava limanı fəaliyyət göstərmişdir.
Sosial sfera
Rayon ərazisində 55 ümumtəhsil mərkəzi, 24 orta məktəb, musiqi məktəbi, 28 kütləvi kitabxana, 48 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada rus və başqırd dilində «Xaybulla xəbərləri» — «Хәйбулла хәбәрзәре». adlı qəzet buraxılır.
Tanınmış sakinləri
- Abdulla Kəmaləddinoviç Adiqamov — partiya və dövlət xadimi, Başqırdıstan Respublikasının üzvü.
- Kayam Həbibrəhmanoviş Axmetşin — Sovet İttifaqı qəhrəmanı.
- Abraşit İlyasoviç Bikbavov — dövlət və ictimai xadim, Başqırd ordusunun adyudantı.
- Zaynulla Baqişaey — rusiyalı dövlət və ictimai xadim.
- Muxamet İdrisov — rəqqas, RSFSR xalq artisti.
- Yumabay İsyanbayev — musiqiçi, BMSSR xalq artisti.
- Qaynetdin Mulatov — ilk başqırd dirijor, pedaqoq, BMSSR xalq artisti (1969), RSFSR əməkdar incəsənət xadimi (1980).
- Minniahmet Mulatov — geoloq-geokimyaçı, geologiya-minerologiya elmlər namizədi (1961).
- Sergey Çekmaryov (1909/1910—1933) — sovet şairi.
- Pavel Çumaçenko (1904—1949) — Qırmızı Ulduz ordenli..
- Qilman Yakupov — Xaybulla rayon KPMİK raynom müavini (1962—1980), Əmək İttifaqı Qəhrəmanı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xaybulla rayonu sözünün mənası, xaybulla rayonu haqqında məlumat. xaybulla rayonu nədir? xaybulla rayonu nə deməkdir?