Şokçu (ing. Shocker) — Marvel Comics tərəfindən yaradılan supercinayətkar personaj. Baş düşməni Hörümçək-adamdır. 2017-ci ildə MKK-ya daxil olan "Hörümçək-adam: Evə qayıdış" filmində Bukem Vudbayn tərəfindən canlandırılmışdır.
| Şokçu | |
|---|---|
| ing. Shocker | |
| |
| Nəşriyyat | |
| Yayım tarixi | "The Amazing Spider-Man" #46 (mart, 1967) |
| Yaradıcı(lar) | Sten Li Con Romita |
| Xüsusiyyətlər | |
| Əsl adı | German Şults |
| Doğum yeri | Nyu York |
| Cinsiyyəti | kişi |
| Boyu | 175 sm |
| Çəkisi | 79 kq |
| Göz rəngi | qəhvəyi |
| Saç rəngi | qəhvəyi |
| Növü | insan |
| Vətəndaşlıq | |
| Təhsili | mühəndis təhsili |
| Komiks bioqrafiyası | |
| Üzvlükləri | Məşum altılıq İldırımsaçanlar Məşum sindikat Muzdlu cinayətkarlar |
| Partnyorları | Tarakan Bumeranq |
| Düşmənləri | Hörümçək-adam |
| Gücləri | şok əlcəkləri vasitəsilə elektrik buraxmaq qabiliyyəti |
| Silahları | şok əlcəkləri |
Nəşr olunma tarixi
Bioqrafiya

Əsl adı German Şultsdur. Nyu York şəhərində anadan olur. Orta məktəb təhsili alır və bununla yanaşı əla mühəndis və ixtiraçı bacarıqlarına yiyələnir. Qanunlara uyğun olaraq işləmək əvəzinə dünyanın ən yaxşı oğrusu və seyf qırıcısı olur. Nəhayət, polis tərəfindən tutulur və həbsə atılır. Həbsdə olduğu müddət ərzində özünə partlayış törədən xüsusi əlcəklər düzəldir.
Şults bu əlcəklərdən istifadə edərək həbsdən qaçır, Şokçu adını alaraq super cinayətkara çevrilir. Oğurluqla məşğul olarkən ilk dəfə Hörümçək-adam ilə qarşılaşır və onu məğlub edir. (Hörümçək-adam bu zaman əlverişsiz vəziyyətdə idi. Belə ki, Kərtənkələ ilə döyüşdə onun sol qolu burxulmuşdu) Daha sonra Hörümçək-adam Şokçunu bank soyarkən məğlub edir və həbsxanaya geri yollayır. Belə ki, döyüş zamanı Hörümçək-adam Şokçunun əlcəklərini baş barmağı ilə işə saldığını görmüş, baş barmağına tor ataraq ona qalib gəlmişdir.
Şokçu daha əvvəl Kinqpin tərəfindən oğurlanmış və üzərində gənclik formulunun yazılmış olduğu qədim daşı oğurlayır. O, daha sonra Yumurtabaşın Bəla Ustaları komandasına qoşulur. (Radioaktiv adam, Pələng köpəkbalığı, Munston və Böcəklə birlikdə) Komanda Qisasçıları öz malikanələrində məğlub edirlər. Şokçu nasist cinayətkar Baron van Lundt tərəfindən Dominik Fortunu və özünə şok alətləri düzəltmək üçün kirayələnir. Daha sonra Buqelemun və Çəkicbaş tərəfindən kirayələnərək Elektronu komandalarına qoşulmasına razı salmaq üçün göndərilir. Şokçu Nyu York Şəhər Kitabxanası üçün pul toplayan xeyriyyə fondunu soyur. Yenə Hörümçək-adam tərəfindən tutulur və həbsə atılır. Bumeranqla birlikdə həbsxanadan qaçır.
Hörümçək-adam ilə arasındakı düşmənçiliyi hələ davam edir. Müxtəlif vaxtlarda Hobqoblinin Məşum yeddilik, Norman Osbornun Məşum on ikilik, Doktor Səkkizayağın Məşum altılıq və Bəla Ustaları komandasına qoşulur və ya digər super cinayətkarlarla müttəfiq olur. Onun müttəfiq olduğu super cinayətkarlara Rayno, Hidro-adam, Bumeranq, Leyla Deyvis, Sürət şeytanı, Böcək (hamısı Məşum sindikat komandasının üzvləridir), Trapster, Constrictor aiddir. "İntiqam hərəkatı" zamanı super cinayətkarlarla birlikdə uğursuzluqla bitən Fantastik Dördlük hücumunda iştirak edir.
Sonsuzluq müharibəsinə kömək etmək məqsədi ilə Şokçu Doktor Osminoq birlikdə Qisasçılar iqamətgahına basqın edir. Bu zaman Qalaktikanın mühafizəçiləri ilə də döyüşməli olur.
Digər mediada

Televiziya
Göründüyü animasiya serialları:
- "Hörümçək-adam və onun heyranedici dostları" (1981)
- "Hörümçək-adam" (1994)
- "Möhtəşəm Hörümçək-adam" (2008)
- "Mükəmməl Hörümçək-adam" (2012)
Video oyunlar
Göründüyü video oyunlar:
- "Spider-Man/X-Men: Arcade's Revenge"
- "Spider-Man Animated Series"
- "Spider-Man 2: Enter Electro"
- "Spider-Man"
- "Spider-Man 2"
- "Ultimate Spider-Man"
- "Marvel: Ultimate Alliance"
- "Spider-Man: Web of Shadows"
- "Marvel: Ultimate Alliance 2"
- "Spider-Man: Edge of Time"
- "Marvel Heroes"
- "Lego Marvel Super Heroes"
- "Marvel: Avengers Alliance"
- "The Amazing Spider-Man 2"
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şokçu (personaj) sözünün mənası, şokçu (personaj) haqqında məlumat. şokçu (personaj) nədir? şokçu (personaj) nə deməkdir?