Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katib Çələbi (osman. كاتب چلبى) və ya Mustafa ibn Abdullah (1609[…], İstanbul – 6 oktyabr 1657, İstanbul) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı

Katib Çələbi

  • Ana Səhifə
  • Vikipediya
  • Katib Çələbi

Katib Çələbi (osman. كاتب چلبى) və ya Mustafa ibn Abdullah (1609[…], İstanbul – 6 oktyabr 1657, İstanbul) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası.

Katib Çələbi
osman. كاتب چلبى
Doğum tarixi fevral 1609
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi 6 oktyabr 1657 (48 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Fəaliyyəti iqtisadçı, tarixçi, coğrafiyaşünas, yazıçı, bioqraf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur.

Mündəricat

Həyatı

Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur.

"Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir.

Əsərləri

  1. "Kəşfüz-Zünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
  2. "Cahannüma": Ən qədim Osmanlı coğrafiya kitabıdır. Xəritələri ilə birlikdə İbrahim Muteferrikanın mətbəəsində nəşr olunmuşdur. Bəzi Avropa dillərinə tərcümə edilmişdir.
  3. "Tuhfet-ül Kibar fi Əsfar-il Bihar": Dənizçilik tarixi baxımından önəmli bir əsərdir. Osmanlı dövləti zamanındakı dəniz müharibələrindən bəhs edir.
  4. "Təqvim-üt-Təvarih": 1648-ci ilədək baş vermiş hadisələrin xronoloji izahından ibarətdir. Ərab və fars dillərində nəşr edilmişdir.
  5. "Fəzləkət-üt-Təvarih": Bir müqəddimə, üç sübut və bir son sözdən ibarət olan bu əsər, varlıqların başlanğıcı, peyğəmbərlərin və hökmdarların tarixi barədə kitabdır.
  6. "Fəzləkə": "Fəzləkət-üt-Təvarih"in davamı sayıla bilər. 1591-ci ildən 1654-cü ilə qədər baş vermiş hadisələrdən bəhs edir. 1879-cu ildə iki cilddə nəşr edilmişdir.
  7. "Qanunnamə"
  8. "Tarih-i Firəngi"
  9. "Tarih-i Kostantiniyye ve Kayasire"
  10. "İrşad-ül-Hayafa ila Tarix-ül-Yunan vər-Rum"
  11. "Süllem-ül-Vusul ila Tabakat-il-Fuhul"
  12. "İhlam-ül-Müqəddəs"
  13. "Tuhfet-ül-Ahfar fil-Hikem vəl-Əmsal vəl-Əşar"
  14. "Dürer-i Müntesira vəl Gurer-i Münteşira"
  15. "Düstur-ül-Amel fi İslahil-Halal"
  16. "Beydavi Təfsiri Şərhi"
  17. "Hüsn-ül-Hidayə"
  18. "Rəsm-ür-Rəcm bis-Sim vəəl-Cim"
  19. "Cami-ul-Mütun min Cüll-il-Fünun"
  20. "Mizan-ül-Haqq fi İxtiyar-il-Ehaq"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, katib çələbi sözünün mənası, katib çələbi haqqında məlumat. katib çələbi nədir? katib çələbi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kartvelologiya

  • Fevral 23, 2026

    Pinyin

  • Fevral 27, 2026

    Nadar

  • Mart 01, 2026

    Türkmənistan Konstitusiyası

  • Mart 01, 2026

    Əsasnamə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst