Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi.

Avtomobil sənayesi

  • Ana Səhifə
  • Vikipediya
  • Avtomobil sənayesi

Avtomobil sənayesi — avtomobil, qoşqu, avtomobil mühərrikləri və ehtiyat hissələri istehsal edən maşınqayırma sahəsi.

"Fiat" zavodu. Turin, İtaliya. 1961-ci il.

Mündəricat

Tarixi

Avtomobil sənayesi ümumiyyətlə, XIX əsrin axırlarında, SSRİ-də isə İkinci Dünya müharibəsindən əvvəlki beşilliklərdə yaranmışdır. SSRİ-də AMO-F-15 markalı ilk 1,5 tonluq yük avtomobili 1924-cü ildə Moskva Avtomobil Cəmiyyəti zavodunda buraxılmışdır. 1925-ci ildə Yaroslavl, 1931-ci ildə yenidən qurulmuş Moskva Avtomobil Cəmiyyəti və 1932-ci ildə Qorki avtomobil zavodları işə düşmüşdür. İkinci Dünya müharibəsi illərində Çelyabinsk vilayətinin Miass şəhərində işə salınan Ural Avtomobil Zavodu 1944-cü ildə 3 tonluq yük avtomobilləri istehsalına başlamışdır. Müharibədən sonra mövcud zavodların yenidən qurulması və genişləndirilməsi ilə yanaşı Minsk, Kutaisi, Ulyanovsk yük avtomobilləri, Lvov və Pavlovo avtobus zavodları tikilmişdir. 1959–1971-ci illərdə avtomobil sənayesi daha çox inkişaf etmişdir. Kremençukda 10-12 tonluq yükünü özüboşaldan və 12–14 tonluq kuzovlu avtomobil, Belorusiyada nəhəng (25–40, 74v80, 120 tonluq) yükünü özüboşaldan avtomobil, Zaporejyada mikrolitrajlı, İjevskdə və Tolyattidə azlitrajlı minik avtomobili, Likino-Dulyovo (Moskva vilayəti) və Kurqanda avtobus, Riqada mikroavtobus və s. istehsalı təşkil olunmuşdur. 1970-ci ildə Tatarıstan MSSR-də Kama Avtomobil Zavodunun tikintisinə başlanmış, 16 fevral 1976-cı ildə ilk KamAZ-5320 markalı 16 tonluq yük avtomobilləri buraxılmışdır. 1970-ci illərdə Moskva zavodları ZİL-130, ZİL-131, ZİL-133, ZİL-114, ZİL-117, ZİL-177B və "Moskviç" 2138, "Moskviç" 2140, Qorki Avtomobil Zavodu QAZ-53A, QAZ-66, QAZ-24, Ural Avtomobil Zavodu URAL-375, URAL-377,Ulyanovsk Avtomobil Zavodu UAZ-452D, UAZ-469, Minsk Avtomobil Zavodu MAZ-500A, MAZ-503A, MAZ-5549, Volqa Avtomobil Zavodu VAZ-2101, VAZ-2103, VAZ-2106, VAZ-2121 və s. markalı avtomobillər istehsal edirdi. Eyni zamanda, Azərbaycan SSR-də avtomobil ehtiyat hissələr istehsal edən, habelə avtomobil təmir edən zavodlar var idi.

XX əsrin 70–80-ci illərində Bakı Xüsusitəyinatlı Avtomobillər Zavodunda hansı ki, sonradan Bakı Avtomobil Zavodu olaraq (BakAZ) adlandırılan zavodda əfsanəvi PAZ-672 modelinin əsasında xalq arasında "Pinqvin" adlandırılan soyuducuya sahib ərzaq məhsulları daşıyan BZSA-3742 modeli buraxılmışdır.

1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodu istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.



Əlavə ədəbiyyat

  • Šuman-Hreblay, Marián. Automobile Manufacturers Worldwide Registry (ing.). — Jefferson, N.C.: McFarland, 2000. — 327 p. — ISBN 978-0-7864-0972-3. (наиболее полный справочник автомобилестроительных компаний мира)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avtomobil sənayesi haqqında məlumat. Avtomobil sənayesi nədir? Avtomobil sənayesi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Marqaret Mitçell

  • Fevral 24, 2026

    İnduizm

  • Fevral 23, 2026

    Məhəmməd

  • Fevral 24, 2026

    Kordova (İspaniya)

  • Fevral 25, 2026

    İctimai elmlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst