Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çelyabinsk (rus. Челябинская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Çelyabinsk şəhəridir.

Çelyabinsk vilayəti

  • Ana Səhifə
  • Vikipediya
  • Çelyabinsk vilayəti

Çelyabinsk (rus. Челябинская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Çelyabinsk şəhəridir.

Çelyabinsk vilayəti
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

55°09′36″ şm. e. 61°24′00″ ş. u.HGYO


Ölkə
  •  Rusiya
İnzibati mərkəz Çelyabinsk
Tarixi və coğrafiyası
Yaradılıb 17 yanvar 1934
Sahəsi
  • 87.900 km²
Saat qurşağı
  • Yekaterinburq vaxtı[d]
  • UTC+05:00
Əhalisi
Əhalisi
  • 3.385.124 nəf. (2025)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-CHE
Telefon kodu 351
Avtomobil nömrəsi 74, 174
Rəsmi sayt
Çelyabinsk vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Kazan xanlığının məhvinin ardınca Başqırdlar ölkəsi də Rusiya tərəfindən istila edildi (1557). Başqurd tatarları qıpçaq türkləri nəslinə aiddir. X əsrdən İslamı qəbul edən müsəlman əhali indi zorla xristianlaşma təhlükəsi ilə üz-üzə dayanır. Həm də elə həmin istila əsrindən başlayaraq Rusiyadan buraya bütöv rus kəndləri köçürülməyə başlayır. Çar hökuməti Başqurd tatarlarının son iradəsini qırmaq, eləcə də ucsuz-bucaqsız bu torpaqları ələ keçirib ona büsbütün sahib olmaq üçün bu ölkənin əməli zəbti işinə girişir. Bu məqsədlə paralel olaraq davakar kazaklar bu ərazilərdə təşkil olunmuş qarovul-post məntəqələrində yerləşdirmək, bu yeni istila olunan yerlərdə rus hərb qalaları tikmək yolu ilə istilanı mütləqləşdirib başa vurmağa girişilir. Kazakları axın-axın bu vilayətlərə yerləşdirdikdə onlar hərbi səfərlərdən gətirdikləri qənimətlərlə birlikdə vuruşduqları şəhərlərin adlarını da xatirə olaraq bu yerlərə, bu yeni məntəqələrə verdilər. Təkcə Çelyabinsk vilayətini götürsək, buradakı Leypsiq, Berlin, Paris, Varşava, Brandenburq, Şarlevua kimi adlar həmin ərəfədəki hərbi uğurların yadigarıdır.

Azad xalqa böyük vergilər qoyurdular. Bir-birinin ardınca istilaçı müharibələr aparan imperiya üçün qoşuna at və ərzaq lazım idi. Çelyabinsk vilayətində indi yaşayan naqaybəklər tatarca danışsalar da pravoslav dininə etiqad edirlər. Onlar istila əsnasında zorla xristianlaşdırılmış tatarlardır. Məcburi ruslaşdırma siyasəti əsrlər boyu aparılırdı və özlüyündə ciddi assimilyasiya ilə yanaşı güclü xalq həyəcanları da doğururdu. Müstəmləkəçilərə qarşı narazılıq açıq nifrətə və düşmənçiliyə çevrilir, ardıcıl başqırd və tatarların, onlara qoşulmaqla mordvalılar (digər adı Çeremis), marilər, udmurtların üsyanı başlayır. Bu üsyanlara dini rəhbərlər və elin xanları başçılıq edirdi. Sonrakı əsrlərdə bu xalqlar məmnuniyyətlə Puqaçov üsyanına qoşulurdu. Üsyanın nüvəsini başqurdlar və digər türk xalqları təşkil edirdi. Bu üsyan Salavat Yulayev kimi xalq qəhrəmanları yetirdi. Lakin müstəmləkə zülmünə qarşı oyanıb ayağa qalxan xalqların milli azadlıq hərəkatını rus kəndli müharibəsi adlandırıldı. Üsyanlar qanlar içində boğdurulub susduruldu. Amansız "tərbiyə" vasitəsinə əl atıldı: minlərlə üsyançının burun, qulaqları, dilləri kəsilib məhkum edilərək, katorqalara göndərildi. Üsyanın yayıldığı türk yerlərinin adları da dəyişdirildi.

Çələbi türk xalqlarında "müəllim, ağa, cənab" deyə təriqət rəhbərlərinə deyilirdi. Tarixi Kulikovo döyüşündə də (1380) ilk təkbətək döyüşə çıxan Çelebey Pəhləvanın adını saxlayır. Çelyabinsk vilayətində (Çələbi) adı ilə bağlı daha bir Çələbi kəndi (Çelebi kopi) olmuş, 1933-cü ildən Kopeysk adlanır. Kop "böyük, çox, bol, möhtəşəm" (müqayisə edək Kopetdağ silsiləsi-uz. 650 km, İranda və Türkmənistanda paralel dağlar silsiləsi); Kopul (indi Slavyansk-na-Kubane) Krasnodar əyalətində şəhər. Müasir Çelyabinsk şəhəri də bir vaxtlar kiçicik bir kənd idi. Bu başqırd və tatarlar yaşayan kənd özünün əsl sahibi Çelebi xanın adı ilə adlanırdı. 1736-cı ildə kazaklarla məskunlaşdırılır. On il sonra tökmə sədd və ağac tirlərlə hasarlanmış Çelebi qalası adlanmağa başlayır. Sonralar bu hərb qalası şəhərə çevrilərkən də öz Çelebi adını saxlamış, 1787-ci ildən dəyişdirilərək russayağı Çelyabinsk şəhəri şəklinə düşmüşdür. Tarixi sənədlərdə, eləcə də bədii əsərlərdə öz qədim şəklində rast gəlinir. Türk əsilli rus familiyaları içərisində "çələbi" tarixi sözünü yaşadan Çelyabin soyadı da vardır.

Coğrafiyası

Əhalisi

Milli tərkibi

1959
nəf.
%1989
nəf.
%2002
nəf.
% cəmi% milliyətini
göstərənlər
2010
nəf.
% cəmi % milliyətini
göstərənlər
Cəmi2976625100,00 %3617752100,00 %3603339100,00 %—3476217100,00 %
Ruslar237216479,69 %292950780,98 %296588582,31 %82,51 %282989981,41 %83,80 %
Tatarlar1902276,39 %2246056,21 %2050875,69 %5,71 %1809135,20 %5,36 %
Başqırdlar884802,97 %1611694,45 %1663724,62 %4,63 %1625134,67 %4,81 %
Ukraynalılar1343354,51 %1096153,03 %769942,14 %2,14 %500811,44 %1,48 %
Qazaxlar228130,77 %332300,92 %362191,01 %1,01 %352971,02 %1,05 %
Almanlar486751,64 %392151,08 %284570,79 %0,79 %186870,54 %0,55 %
Beloruslar312761,05 %290680,80 %203550,56 %0,57 %130350,37 %0,39 %
Mordvalar305401,03 %270950,75 %181380,50 %0,50 %121470,35 %0,36 %
Ermənilər17370,06 %22930,06 %86010,24 %0,24 %93110,27 %0,28 %
Naqaybəklərtatarlar
tərkibində
—tatarlar
tərkibində
—90870,25 %0,25 %76790,22 %0,23 %
Taciklər—0,00 %8700,02 %51250,14 %0,14 %73750,21 %0,22 %
Azərbaycanlılar11810,04 %34750,10 %73790,20 %0,21 %72130,21 %0,21 %
Çuvaşlar108650,37 %126590,35 %94830,26 %0,26 %68190,20 %0,20 %
Özbəklər18070,06 %34750,10 %30570,08 %0,09 %64460,19 %0,19 %
Qaraçılar10720,04 %24860,07 %33240,09 %0,09 %42660,12 %0,13 %
Yəhudilər189280,64 %110670,31 %49300,14 %0,14 %33580,10 %0,10 %
Marilər26960,09 %42750,12 %36950,10 %0,10 %28260,08 %0,08 %
Udmurtlar23790,08 %43880,12 %33440,09 %0,09 %24210,07 %0,07 %
Moldavanlar20760,07 %24310,07 %19070,05 %0,05 %16180,05 %0,05 %
Gürcülər12900,04 %12560,03 %17960,05 %0,05 %14170,04 %0,04 %
Qırğızlar2310,01 %9310,03 %6040,02 %0,02 %14100,04 %0,04 %
Polyaklar25910,09 %19230,05 %17100,05 %0,05 %11850,03 %0,04 %
Koreyalılar4490,02 %4630,01 %9590,03 %0,03 %9050,03 %0,03 %
Bolqarlar28480,10 %17700,05 %12840,04 %0,04 %8490,02 %0,03 %
Çeçenlər—0,00 %5660,02 %12490,03 %0,03 %7660,02 %0,02 %
Yunanlar4020,01 %3600,01 %7670,02 %0,02 %6380,02 %0,02 %
Ləzgilər—0,00 %4400,01 %5510,02 %0,02 %4810,01 %0,01 %
Türklər—0,00 %560,00 %1010,00 %0,00 %4400,01 %0,01 %
Vyetnamlılar—0,00 %20,00 %3500,01 %0,01 %4230,01 %0,01 %
Osetinlər3560,01 %5680,02 %3830,01 %0,01 %3840,01 %0,01 %
Avarlar—0,00 %3620,01 %5780,02 %0,02 %3820,01 %0,01 %
Yezidilər—0,00 %300,00 %2580,01 %0,01 %3660,01 %0,01 %
Litvalılar6240,02 %7020,02 %4570,01 %0,01 %3580,01 %0,01 %
Estonlar13900,05 %7910,02 %5040,01 %0,01 %3530,01 %0,01 %
Komi-permyaklar1230,00 %5960,02 %4980,01 %0,01 %3260,01 %0,01 %
Dargilər—0,00 %2490,01 %3720,01 %0,01 %3000,01 %0,01 %
başqalar50400,17 %57330,16 %49030,14 %0,14 %41860,12 %0,12 %
milliyəti
göstərdi
2976595100,00 %3617721100,00 %359476399,76 %100,00 %337707397,15 %100,00 %
milliyəti
göstərmədi
300,00 %310,00 %85760,24 %—991442,85 %

Həmçinin bax

  • Çebarkul (göl)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çelyabinsk vilayəti haqqında məlumat. Çelyabinsk vilayəti nədir? Çelyabinsk vilayəti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Pakistanlılar

  • Fevral 11, 2026

    Sloven dili

  • Fevral 24, 2026

    Xəncər

  • Fevral 24, 2026

    Əli Şəriəti

  • Fevral 24, 2026

    E.ə. 782

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst