Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008).
| azərb. Eltac Səfərli | |
![]() Dünya Kuboku 2013-də | |
| Ölkə | Azərbaycan |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan |
| Titulu | Qrosmeyster (2008) |
| Son reytinqi | 2691 (Dekabr 2016) |
| Maksimal reytinqi | 2694 (Oktyabr 2016) |
| FİDE nömrəsi | 13402129 |
Naliyyətləri
2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur.
2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur.
2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur.
2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur.
2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır
2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur.
2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur.
SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır.
Şəxsi həyatı
2024-cü ildə almaniyalı qrossmeyster (qadınlar arasında) Yozefina Səfərli ilə ailə həyatı qurub.
Reytinqi
FİDE-nin 2025-ci il dekabr ayının 1-nə olan reytinq sıralamasında 2645 ELO xalı ilə 78-ci sırada qərarlaşıb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eltac səfərli sözünün mənası, eltac səfərli haqqında məlumat. eltac səfərli nədir? eltac səfərli nə deməkdir?
