Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nü

Endryu Yanq

  • Ana Səhifə
  • Vikipediya
  • Endryu Yanq
Bu məqalə Endryu Yanq haqqındadır. Endrü Yan üçün Endrü Yan səhifəsinə baxın.

Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932, Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979).

Endryu Yanq
ing. Andrew Young
ABŞ nümayəndəsi
3 yanvar 1973 – 29 yanvar 1977
3 yanvar 1973 – 29 yanvar 1977
Şəxsi məlumatlar
Doğum adı Andrew Jackson Young
Doğum tarixi 12 mart 1932(1932-03-12) (93 yaş)
Doğum yeri
  • Nyu-Orlean, Luiziana, ABŞ
Partiya ABŞ Demokrat Partiyası
Təhsili
  • Hovard Universiteti[d] (–1951)
Fəaliyyəti film prodüseri, siyasətçi, diplomat, yazıçı, sülh aktivisti, insan hüquqları fəalı, film ssenaristi[d], televiziya aktyoru, kino aktyoru, dini rəhbər[d]
Uşağı 4
Elmi fəaliyyəti
İş yeri BMT
Təltifləri qızıl "Olimpiya" ordeni — 1996 Prezidentin "Azadlıq" medalı — 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı.

1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi.

1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.

1981-ci ildə Atlanta meri seçildi, 1985-ci ildə yenidən bu vəzifəyə seçildi. 1990-cı ildə Corciya qubernatoru vəzifəsinə namizəd olmuş, lakin Demokrat Partiyasındakı ilkin seçkilərdə məğlub oldu. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin üzvü idi.

Kitabları

  • An Easy Burden: The Civil Rights Movement and the Transformation of America (1998);
  • A Way Out of No Way (1996);
  • Andrew Young at the United Nations (1978);
  • Andrew Young, Remembrance & Homage (1978);
  • The History of the Civil Rights Movement (9 volumes, 1990);
  • Trespassing Ghost: A Critical Study of Andrew Young (1978);
  • Walk in My Shoes: Conversations between a Civil Rights Legend and his Godson on the Journey Ahead with Kabir Sehgal (2010). ISBN 978-0-230-62360-6;
  • The Politician (2010).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, endryu yanq sözünün mənası, endryu yanq haqqında məlumat. endryu yanq nədir? endryu yanq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ruh

  • Fevral 27, 2026

    İslam Dövləti

  • Fevral 27, 2026

    .cg

  • Fevral 24, 2026

    Doqana

  • Fevral 27, 2026

    Krallıq donanması

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst