Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsud Pezeşkian İran azərbaycanlılarının ailəsində dünyaya gəlmişdir. O, özünü və valideynlərini "türk" hesab edir. Pezeşkianın həyat yoldaşı vəfat etmişdir, bu

Pezeşkianlar

  • Ana Səhifə
  • Vikipediya
  • Pezeşkianlar

Pezeşkianlar — İran Prezidenti Məsud Pezeşkiyanın ailəsi.

Məsud Pezeşkiyan ailəsi ilə bir yerdə

Mündəricat

Ailənin üzvləri

Məsud Pezeşkian İran azərbaycanlılarının ailəsində dünyaya gəlmişdir. O, özünü və valideynlərini "türk" hesab edir. Pezeşkianın həyat yoldaşı vəfat etmişdir, buna görə də prezidentliyə namizədlik və prezidentlik dövründə qızı Zəhra Pezeşkian onu müşayiət etmişdir.

Fikirləri

Azərbaycan siyasətinə dəstək və Azərbaycana göstərilən münasibət

Azərbaycan və İran Prezidentlərinin görüşü
Azərbaycanın birinci xanımı və İran Prezidentinin qızı Çində birlikdə söhbət edərkən.

Məsud Pezeşkian 2025-ci ilin aprelində Azərbaycana səfərində Qarabağı "Azərbaycanın ayrılmaz hissəsi" adlandırmışdır. Həmin ilin iyulunda o, Azərbaycan-İsrail və Azərbaycan-İran münasibətlərini müqayisə edərək demişdir:

" "Müsəlmanlar qonşumuzdur, niyə biz onlarla münasibət qura bilməməliyik, amma İsrail bunu edə bilir? Başqalarının bölgəmizə sızmasının qarşısını almaq üçün qonşularımız və regional ölkələrlə birləşməli və cərgələrimizi sıxlaşdırmalıyıq. Biz müsəlmanlar birləşməliyik. Bu, mənim Ali Rəhbərlə (Ayətullah Xamnəi - red.) məsləhətləşmə və koordinasiya yolu ilə formalaşan inam və rəyimdir. Birlik və vəhdət bizim ilk və son inancımızdır". "

Azərbaycan Prezidenti İlham Əliyev isə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Pezeşkian haqqında demişdir:

" "Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır". "

Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian isə İsrailə dəstəyə görə Azərbaycanla münasibətlərin korlanmasının əleyhinə olduğunu, bunun münaqişəyə səbəb olacağını qeyd etmişdir.

2025-ci ilin sentyabrında Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Çində səmimi görüş keçirmiş, mətbuata görə, Mehriban Əliyeva Zəhra Pezeşkianı görüşdə sıxılmağa qoymamışdır. Zəhra Pezeşkian həmin ilin dekabrında "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmiş, Azərbaycanda olmaqdan məmnun olduğunu bildirmişdir. O, Azərbaycan və İranı "tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan" iki ölkə adlandırmışdır.

Azərbaycan dilinin istifadəsi

Məsud Pezeşkian İran məktəblərində Azərbaycan dilinin öyrədilməsini dəstəkləyir. O, 2016-cı ildə İran parlamentində Türk bölgələri fraksiyasının başçısı seçilmişdir. Bu fraksiya İranda türk (Azərbaycan türkcəsi) dilində təhsil almaq hüququ ilə bağlı olaraq qurulmuşdu.

2025-ci ilin yanvarındaa Məsud Pezeşkian Xuzistan vilayətinin Əhvaz şəhərində yeni məktəbin təməlqoyma mərasimində iştirak edəndə Azərbaycan dilində atalar sözü işlətmişdir: "Türk dilində belə bir məsəl var: oğul şüurlu olsa, neylər dədə malını, şüursuz olsa, neylər dədə malını? Uşaqlarımıza, gələcək nəsillərimizə şüur, bilik verməliyik". Həmin ilin mayında isə o, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissə oxuyarkən "duman" sözünü farscaya tərcümə edə bilməmiş, sözü Azərbaycan dilində "Dumana nə deyərlər?" — deyərək, zaldakıların gülüşünə səbəb olmuşdur.

O, İranda oxuyub ölkəni tərk edənlər üçün isə 2025-ci ilin sentyabrında Azərbaycan dilində "Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur." — demişdir.

Ortaq Azərbaycan ədəbiyyatına müraciət

Məsud Pezeşkian 2025-ci ilin fevralında "Tehranda Təbriz Mədəniyyət Həftəsi"nin bağlanış mərasimində, həmin ilin aprelində Azərbaycana səfərində və həmin ilin mayında Omanda İran vətəndaşları ilə görüşərkən Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir hissəni oxumuşdur.

Məsud Pezeşkian 2025-ci ilin mayında oğlu Yusif və qızı Zəhra ilə birlikdə Azərbaycana səfər etmişdir. Bu zaman Yusif Azərbaycanın "Divanlar" proqramı ilə tanış olmuş, burada Əliağa Vahid, Saib Təbrizi və Füzulinin şeirlərinə baxmışdır. Yusif bu proqramı bütün Azərbaycan türkcəsində yazan şairləri əhatə etdiyi üçün tərifləmiş, ancaq proqramın tətbiq versiyasını tapa bilməməsini heyfslənərək qeyd etmişdir. O, dilini sevənlərə belə müraciət etmişdir:

" Əgər dilinizi sevirsinizsə, onu düzgün üsullarla dəstəkləyin: elminiz və sənətiniz var? Əsərlər yaradın və dilinizin zənginliyini artırın. Malınız, sərvətiniz var? Sənətkar və alimlərinizi dəstəkləyin. Heç biriniz yoxdursa, əxlaqlı olun ki, mədəniyyət və diliniz haqqında insanların zehnində gözəl bir təsəvvür yaransın. "

Zəhra Pezeşkian 2025-ci ilin dekabrında "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak edərkən "Heydərbabaya salam" şeirindan bir parça ilə sözlərini bitirmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pezeşkianlar sözünün mənası, pezeşkianlar haqqında məlumat. pezeşkianlar nədir? pezeşkianlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Burchell

  • Mart 06, 2026

    Crocuta crocuta

  • Fevral 27, 2026

    Saparmurat Niyazov

  • Mart 06, 2026

    Sevil Qazıyeva

  • Fevral 27, 2026

    Ümid Özdağ

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst