Teyşeba qalası — Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII əsrin ikinci yarısına aid qədim qaladır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Rusanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
| Teyşeba qalası | |
|---|---|
Qala divarlarının dövrümüzə çatmış qalıqları | |
| Ölkə | |
| Yerləşir | Kolagirən, Geğarkunik mərzi |
| Aidiyyəti | Urartu |
| Sifarişçi | I Rusa |
| Tikilmə tarixi | ilk qala e.ə. 735–713 ikinci qala I Rusanın hakimiyyəti dövrü |
| Üslubu | Urartu memarlığı |
| Material | daş (özül və aşağı hissə) çiy kərpic (yuxarı hissə) |
| Vəziyyəti | xarabalıqları qalıb |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
| İstinad nöm. | 5.52/1 |
| Kateqoriya | Kompleks |
| 40°09′10″ şm. e. 45°29′42″ ş. u.HGYO | |
![]() | |
![]() Teyşeba qalası | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kolagirən qalası sözünün mənası, kolagirən qalası haqqında məlumat. kolagirən qalası nədir? kolagirən qalası nə deməkdir?


