Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tarixi mənbələrdə Sultan Şahruxun 1435-ci ilin sonunda Qarabağda qışlaması zamanı onun yanına gələn və sonra, 20 noyabr tarixdə vətənlərinə geri dönən ətraf yer

Əli inaq

  • Ana Səhifə
  • Vikipediya
  • Əli inaq

Tarixi mənbələrdə Sultan Şahruxun 1435-ci ilin sonunda Qarabağda qışlaması zamanı onun yanına gələn və sonra, 20 noyabr tarixdə vətənlərinə geri dönən ətraf yerlərin hakımlərinin adları sadalanarkən, ilk dəfə olaraq Əli inaqın da adı çəkilir; qeyd olunur ki, həmin tarixdə "Nüsrət əd-din Xəlilullah Şirvana və Əli inaq Şəkiyə və Əmir Bəyazid Bistam Muğana və İspaxbad isə Tavalaşa qayıtdılar".

Əli
Əmir Əli inaq
Şəki hökmdarı
+1435 – -1435
Şəxsi məlumatlar
Dini İslam

Tarixi mənbələrdə Əli inaqın da adı çəkilən 2-ci tarixi hadisə isə elə 1-ci hadisənin ardınca baş vermişdir. Belə ki Həsən bəy Rumlunun yazdığına görə "Şirvanşah Xəlilullah Şirvana gedən kimi (Sultan Şahruxa) xəbər çatdı ki (Şirvanşahın) qardaşları Keyqubad və Fərruxzad və Əbu İshəq və Haşım, Şəki hakimi Əmir Əli inaq ilə birlikdə bu iddiadadırlar ki, Şirvanşah Xəlilullahı Şirvandan çıxarsınlar. Ona görə o həzrət (Sultan Şahrux) Əmir Bayazid Xətlani və Əmir Çaqmaq Şami və Əmir Əli Bərəndəqi'ni çoxlu qoşunla Şirvan padşahına köməyə göndərdi. Xəlilullahın qardaşları Qarasu qalasında möhkəmləndilər və (Sultan Şahruxa məxsus) əsgərlər qalanın ətrafını dövrəyə aldılar. Onlar ( yəni qaladakılar) öz qardaşları Fərruxzadı bayıra göndərib xahiş etdilər ki, əmirlər (yəni (Sultan Şahruxun göndərdiyi əsgərlər) qaladan kənara çəkilsinlər ki bayıra çıxaq və sülh edək. Ona görə əmirlər oradan uzaqlaşdılar və Əmir Əli inaq beş min atlı ilə gəlib onlarla (qaladakılarla) birləşdi və əmirlər də yenə qayıtdılar əvvəlki yerlərinə – onların qarşısında durdular. Və Əmir Əli inaq xəbər göndərdi ki, Şeyx İbrahim məmləkəti öz sağlığında oğlanlarına vermişdi və Əmir Xəlil onları qovub. Əgər məmləkəti qardaşlarına geri qaytararsa aralarında sülh və dostluq olacaq, və əgər əksini edərsə o an müharibə başlamalıdır.

Əmirlər xəbəri ... (Sultan Şahruxa) çatdırdılar. O həzrət Əmir Yadigarşah Orlatı əmirlərə köməyə göndərdi. O əsnada Əli inaq əmirlərin üstünə şəbxun (gecə hücumu) etdi... və Əmir Mənsur ki Xəlilullahın mötəbər əmirlərdən idi onu öldürdülər. Və o əsnada Əmir Yadigarşah Orlat köməyə gəlib çatdı. Əmir Əli inaq və Əmir Xəlilullahın qardaşı yüz mün həsrət və ahla meşə tərəfə fərar etdilər və şanlı əmirlər geri dönüb qüdrətli orduya qatıldılar.

Həmçinin bax

  • Şəki hökmdarlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əli inaq sözünün mənası, əli inaq haqqında məlumat. əli inaq nədir? əli inaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bohema

  • Mart 01, 2026

    Allophylus bullatus

  • Mart 04, 2026

    Türkiyə prezidentləri

  • Mart 01, 2026

    Rocer Teylor

  • Mart 01, 2026

    Cenk Tosun

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst