Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rüstəm Məmməd oğlu Mustafayev (12 (25) fevral 1910, Bakı – 19 iyul 1940, Bakı) — Azərbaycan rəssamı, Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılar

Rüstəm Mustafayev

  • Ana Səhifə
  • Vikipediya
  • Rüstəm Mustafayev

Rüstəm Məmməd oğlu Mustafayev (12 (25) fevral 1910, Bakı – 19 iyul 1940, Bakı) — Azərbaycan rəssamı, Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri.

Rüstəm Mustafayev
Doğum tarixi 12 (25) fevral 1910(1910-02-25)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 19 iyul 1940(1940-07-19) (30 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janr səhnəqrafiya
Mükafatları "Şərəf nişanı" ordeni — 19361936

Mündəricat

Həyatı

Rüstəm Mustafayev 25 fevral 1910-cu ildə Bakıda anadan olub. 1926-cı ildə Azərbaycan Ali Rəssamlıq Məktəbindən məzun olmuşdur. 1928-ci ildə Moskvada təcrübə keçdikdən sonra Bakıya qayıtmış, bir müddət Bakı Azad Tənqid-Təbliğ Teatrında tərtibatçı rəssam kimi çalışmışdır. 1932-ci il dekabnn 28-də həmin teatrın Gəncə şəhərinə köçürülməsi barədə hökumət qərar çıxarıb. Rüstəm Mustafayev Akademik teatra baş rəssam dəvət olunub və 1938-ci ilə qədər burada səmərəli fəaliyyət göstərib.

Eyni zamanda Azərbaycan Opera və Balet Teatrı səhnə tərtibatları vermişdir. 1937-ci ildən 1940-cı ilə qədər Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışıb.

Ölümü

R. Mustafayev 19 iyul 1940-cı ildə Bakıda vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Rüstəm Mustafayevin adını daşıyır.

Yaradıcılığı

R. Mustafayev 1933–1938-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərmişdir. Mirzə Cəlil, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə, "Şah İsmayıl" (Müslüm Maqomayev), "Leyli və Məcnun" (Üzeyir Hacıbəyov), "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov) operalarına, "Qu gölü" (Pyotr Çaykovski) baletinə tərtibat verib.

"Aşıq Qərib" onun tərtibatında Musiqili Komediya Teatrında da oynanıb. Rəssam həmçinin burada "Arşın mal alan" operettasının tərtibat eskizlərini çəkib.

İşçi və kəndli Teatrında Süleyman Rüstəmin "Qana qan", Seyid Hüseynin "Kölgə", Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Yuri Yankovskinin "Qəzəb" (rəssam V. Roberqlə birgə), Əbdülhəq Hamidin "Hind qızı", Aleksandr Şirvanzadənin "Morqanın qohumu", Jan Batist Molyerin "Cancur Səməd" və "Mıqqı Kərim" ("Xəsis"), Fyodor Pavloun "Çin tanrısı" ("Tunc büt"), Mirzə Sadıxovun "Üç il", Vladimir Kirşonun "Qızıl trenlər", P. Romanovun "Zəlzələ", Vladimir Bill-Beloserkovskinin "Tufan", Boris Lavrenyovun "Üsyan" ("Düşmənlər"), Viktor Hüqonun "Paris Notrdam kils.əsi" ("Müqəddəs Məryəm ana məbədi"), Əbdübağı Fövzi və Həbib İsmayılovun "Gizli əl", Cəfər Cabbarlının "Sevil" (geyim üzrə) əsərlərinin tamaşalarının rəssamlığını Rüstəm Mustafayev edib.

Əlihüseyn Rzayevin quruluşunda Şəmsəddin Saminin "Dəmirçi Gavə" (1929), İsmayıl Hidayətzadə ilə Cəfər Cabbarlının rejissorluğunda Cəfər Cabbarlının "Dönüş" (1932), Rza Darablının, Rza Təhmasibin, İsmayıl Hidayətzadənin və Ələsgər Şərifovun səhnə təfsirində Hüseyn Cavidin "Şeyx Sənan" (1932), Rza Darablının, İsmayıl Hidayətzadənin və Cəfər Cabbarlının rejissor işləməsində Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" (1933), Sergey Mayorovla Əhməd Tiriniçin qurulu-şunda Cəfər Cabbarlının "Od gəlini" (1933), İsmayıl Hüseynovun rejissorluğunda Valentin katayevin "Çiçəklər yolu" (1934), Abbasmirzə Şərifzadənin yozum verdiyi Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1935), İsmayıl Hidayətzadənin quruluşçu rejissor olduğu Cananın "Şahnamə" (Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povestinin motivləri əsasında. 1936), Məhərrəm Haşımovun hazırladığı Sabit Rəhmanın "Toy" (1939) əsərlərinin tamaşalarına bədii tərtibat verib. Cəfər Cabbarlının "1905-ci ildə" dramı həm dramaturqun özünün quruluşunda (1932), həm də rejissorlardan Rza Darablının (1935) və İsmayıl Hidayətzadənin (1937) səhnə təfsirlərində məhz Rüstəm Mustafayevin tərtibatı ilə oynanılıb.

O, həm də plakat və kitabların bədii tərtibatı üzərində işləmişdir. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqa şairlərin o dövrdə çıxan kitablarının bədii tərtibatı rəssamın ilk qrafika işlərindən sayılırdı. 1939-cu ildə çap edilmiş Azərbaycan aşıqlarının şeirlərindən ibarət "Aşığın səsi" kitabının da bədii tərtibatı Rüstəm Mustafayevə məxsusdur. İncə kompozisiya qurumu, lirik rəng ahəngdarlığı olan Rüstəm Mustafayev 1939-cu ildə Moskvada tikilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində monumental Azərbaycan pavilyonunun və 1940-cı ildə Nizami muzeyinin bədii tərtibatının müəlliflərindən biri olmuşdur.

Mükafatları

  • "Şərəf nişanı" ordeni — 27 yanvar 1936

Qalereya

  • Rüstəm Mustafayev – Firdovsinin portreti . 1934. Azərbaycan Milli İncəsənət Muzeyi
    Rüstəm Mustafayev – Firdovsinin portreti . 1934. Azərbaycan Milli İncəsənət Muzeyi
  • Rüstəm Mustafayev – Bədii tərtibat. 1930-cu illər. Azərbaycan Milli İncəsənət Muzeyi
    Rüstəm Mustafayev – Bədii tərtibat. 1930-cu illər. Azərbaycan Milli İncəsənət Muzeyi
  • Rüstəm Mustafayev – Teatr afişası. 1930. Azərbaycan Milli İncəsənət Muzeyi
    Rüstəm Mustafayev – Teatr afişası. 1930. Azərbaycan Milli İncəsənət Muzeyi

Ədəbiyyat

  • Rəhimli, İlham. AZƏRBAYCAN TEATR TARİXİ (PDF) (az.). Bakı: Çaşıoğlu. 2005.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rüstəm mustafayev sözünün mənası, rüstəm mustafayev haqqında məlumat. rüstəm mustafayev nədir? rüstəm mustafayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Qulaməli Üveysi

  • Fevral 27, 2026

    Ağlama divarı

  • Fevral 27, 2026

    Məhluqə Sadıqova

  • Fevral 27, 2026

    Tuba

  • Mart 01, 2026

    Barbitos

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst