Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dani Bolt və ya tam adı Daniel Lima de Kastro (port. Daniel Lima de Castro,18 iyun 1999, Rio-de-Janeyro) — Braziliyalı peşəkar futbolçu. Hal-hazırda Azərbaycanı

Dani Bolt

  • Ana Səhifə
  • Vikipediya
  • Dani Bolt

Dani Bolt və ya tam adı Daniel Lima de Kastro (port. Daniel Lima de Castro,18 iyun 1999, Rio-de-Janeyro) — Braziliyalı peşəkar futbolçu. Hal-hazırda Azərbaycanın "Qarabağ" klubunda müdafiəçi kimi çıxış edir.

Dani Bolt
Daniel Lima de Castro
Ümumi məlumatlar
Tam adı Daniel Lima de Castro
Ləqəbi Dani Bolt
Doğum tarixi 16 yanvar 1999 (27 yaş)
Doğum yeri Rio-de-Janeyro, Braziliya
Vətəndaşlığı Braziliya Braziliya
Boyu 1.80 m
Mövqeyi Müdafiəçi (sağ cinah)
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 18
Karyerası
Gənclik karyerası
2016–2020 Fluminense
Klub karyerası
2020–2021 Fluminense 5 (0)
2022–2024 Atletiko Paranaense 6 (0)
2022 →  Vitoria(icarə) 3 (0)
2023 Yuventide 25 (1)
2024 Torrense 47 (1)
2025– Qarabağ 0 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, İyun 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbolçu sürətinə və sürətli cinah keçidlərinə görə Bolt ləqəbini almış, peşəkar karyerası dövründə də bu adla tanınmışdır.

Mündəricat

Karyerası

Fluminense

Dani Bolt 2019-cu ildə "Fluminense" klubunun akademiyasına qoşulub. 2020-ci ilin ortalarında Bolt klubla müqaviləsini yeniləyə bilmədiyi üçün "Fluminense"nin əsas komandasından ayrılır. Müqavilə vəziyyəti həll edildikdən sonra o, 2021-ci il mövsümündə təkrar klubun əsas komandasına qoşulur və burada 5 oyun keçirir.

Athletico Paranaense

O, 2022-ci ilin əvvəlində "Athletiko Paranaense" klubuna keçir. Ancaq burada uzun müddət qalmır və 2022-ci ilin aprelində komanda yoldaşı Leo Qomeslə birlikdə "Vitoriya" klubuna icarəyə verilir. Ancaq burada çox da uğurlu olmayan futbolçu Braziliya liqasında cəmi 3 oyunda meydana çıxır. Braziliya liqasının 2023-cü il mövsümü üçün isə o, "Yuventuda" klubuna icarəyə verilir. Burada 25 liqa oyununda meydana çıxır və 1 qol vurur.

Torrense

17 yanvar 2024-cü ildə Bolt "Athletiko Paranaense" klubundan ayrılır və Portuqaliya çempionatının 2-ci liqasında mübarizə aparan "Torreense" klubu bir il yarımlıq müqavilə imzalayır. 2025-ci lin yayında "Torrense" klubunu tərk edənə qədər klubla 47 liqa matçında meydana çıxır və 1 qol vurur.

Qarabağ

17 iyun 2025-ci ildə Ağdamın "Qarabağ" klubu futbolçunu transfer edib. "Qarabağ" ilə futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Bolt "Qarabağ"da 18 nömrəli forma ilə çıxış edəcək.

Oyun stili

Dani Bolt hər zaman sürətli və hücümameyilli cinah müdafiəçiləri ilə tanınan Braziliya futbolunun yetirməsidir. Sürəti ilə tanınan futbolçu yamaykalı sprinter Useyn Boltun şərəfinə Dani Bolt ləqəbini alıb.

Karyera statistikası

Sonuncu dəfə 17 iyun 2025 tarixində yeniləndi
Klub Mövsüm Liqa Ştat Liqası Kubok Qitə Toplam
Turnir Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Fluminense 2020 Braziliya A Seriyası 1 0 0 0 0 0 0 0 1 0
2021 1 0 3 0 0 0 0 0 4 0
Toplam 2 0 3 0 0 0 0 0 5 0
Athletico Paranaense 2022 Braziliya A Seriyası 0 0 6 0 0 0 0 0 6 0
2023 0 0 0 0 0 0 0 0 0 0
Toplam 0 0 6 0 0 0 0 0 6 0
Vitoriya (icarə) 2022 Braziliya C Seriyası 3 0 0 0 0 0 0 0 3 0
Yuventude (icarə) 2023 Braziliya B Seriyası 15 0 9 1 1 0 0 0 25 1
Torrense 2023/24 Portuqaliya ikinci Liqası 13 1 0 0 0 0 0 0 13 1
2024/25 34 1 0 0 1 0 0 0 35 1
Toplam 47 2 0 0 2 1 0 0 48 2
Qarabağ 2025/26 Azərbaycan Premyer liqası
Karyerasında cəmi 67 2 18 1 2 1 0 0 87 3

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dani bolt sözünün mənası, dani bolt haqqında məlumat. dani bolt nədir? dani bolt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Spondilit

  • Fevral 27, 2026

    Mehmanxana

  • Fevral 27, 2026

    Mişel Rokar

  • Mart 06, 2026

    II Luis

  • Mart 06, 2026

    D-30

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst