Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Huluqu şanyü (v. e.ə. 84) — eramızdan əvvəl 96-cı ildə atasının yerinə taxta keçmişdi. Hakimiyyətə gələndə adı bilinməyən bir qardaşını vəliəhd təyin etsə də o

Huluqu

  • Ana Səhifə
  • Vikipediya
  • Huluqu

Huluqu şanyü (v. e.ə. 84) — eramızdan əvvəl 96-cı ildə atasının yerinə taxta keçmişdi. Hakimiyyətə gələndə adı bilinməyən bir qardaşını vəliəhd təyin etsə də o tezliklə vəfat etmişdi.

Huluqu
狐鹿姑
Hunların onuncu şanyüsü
ƏvvəlkiHuyandi
SonrakıÇudihu
Şəxsi məlumatlar
Vəfat tarixi e.ə. 84(-084)
Atası Çudihu
Anası Yançji
Həyat yoldaşı Çüançjü
Uşaqları bir oğul və bir qız

Hakimiyyəti

Hakimiyyətinin ilk 6 ili sakit keçən Huluqu 90-cı ildə keçmiş düşmənləri olan qonşuları Vanqu və Vuhuanlardan çinlilərə qarşı böyük bir ordu qurmaqda yardım etməsi üçün əsgər istədi. Vuhuanlardan 70.000 əsgər gəldi. Hun şahzadəsi Çyueçen 30.000 əsgərlə, Mantun isə 40.000 əsgərlə gəldi. Şanyü Altay dağlarına çəkilərək döyüşə hazırlaşmağa başladı. Çin ordusu Hun dövlətinin içərilərinə daxil olub heç kimi tapmayandan sonra qayıdarkən Hun generalı Li Linin hücumuna məruz qalaraq geri çəkildi. Huluqu Çin ordusunu böyük bir məğlubiyyətə uğradaraq Çindən 600 litr şərab, 2 milyon litr düyü və 100.000 top ipək tələb etdi. İmperator buna cavab vermədi. Huluqunun əsiri olan Li Kuanqlinin Huluqunun qızı ilə evlənməsinə dözə bilməyən əyanlar şamanlar vasitəsilə şanyünün anasının xəstəliyinin səbəbinin Li Kuanqli olduğunu uydurdular. Əfsanəyə görə şanyü Li Kuanqlinin edam əmrini verərkən Li bu ədalətsiz edama görə bütün milləti lənətləmişdi. Həqiqətən də sonrakı illər hunlarda yoluxucu xəstəlik baş vermişdi. Şanyü buna görə Li Kuanqlinin müqəddəsləşdirilməsini və ona tapınılmasını əmr etdi. İmperatorun ölməsi və taxta yeni çıxan İmperator Çaodinin sülh müzakirəsini rədd etməsindən sonra xəstələnən Huluqu oğlu öldüyünə görə əyanlar və həyat yoldaşının təklifi ilə vəliəhd olaraq qardaşı oğlu Huyandini təyin etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, huluqu sözünün mənası, huluqu haqqında məlumat. huluqu nədir? huluqu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Buzeu (judets)

  • Fevral 27, 2026

    Xenacoelomorpha

  • Fevral 26, 2026

    Buxara

  • Fevral 27, 2026

    Çuçxe ideyaları

  • Fevral 27, 2026

    Karbohidrogen

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst