Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaşının azlığına baxmayaraq siyasəti bilən hökmdar taxta çıxan kimi onun yanına gələn Çin elçisinə yaşının azlığını bəhanə edərək müzakirələri sonraya təxirə sa

Çudihu

  • Ana Səhifə
  • Vikipediya
  • Çudihu

Çudihu şanyü (v. e.ə. 95) — əmisinin ölümündən sonra cavan yaşda hakimiyyətə gəldi.

Çudihu
且鞮侯
Hunların doqquzuncu şanyüsü
ƏvvəlkiSuylihu
SonrakıHuluqu
Şəxsi məlumatlar
Vəfat tarixi e.ə. 95(-095)
Atası İçizin adsız bir oğlu
Həyat yoldaşı Yançji
Uşaqları Huluqu, adsız bir oğul və qız

Hakimiyyəti

Yaşının azlığına baxmayaraq siyasəti bilən hökmdar taxta çıxan kimi onun yanına gələn Çin elçisinə yaşının azlığını bəhanə edərək müzakirələri sonraya təxirə salmağı təklif etdi. Bütün saxlanılmış Çin elçilərini göndərdi. Əsl adı Çedi olan şanyü həmin il yeni bir Çin elçi heyətini qarşıladı. Heyətin bir üzvü olan Çanq Şenq Hunların çinli məhbuslarını üsyana, şanyünün anasını qaçırdıb şanyünün məsləhətçisini öldürməyə təhrik etməyə çalışdı. Şanyü planın üstünü açanda əsəbiləşərək bütün elçiləri Baykal gölü ətrafına sürgünə göndərdi. Sülh danışıqlarının işləmədiyini görən İmperator Vudi yenidən hücumlara başladı. Üç tərəfdən ordu göndərdi. Birinci orduya Li Kuanqli başçılıq edirdi. O hun əsirlərini alarkən qayıdanda hunların tələsinə düşdü və 70 faiz əsgəri öldürüldü. İkinci ordu əliboş Çinə qayıtdı. Üçüncü orduya başçılıq edən Li Lin birbaşa şanyüyə hücuma keçdi amma mühasirəyə alınıb aclıqdan ölməkdənsə 400 əsgəri ilə birlikdə Hunların tərəfinə keçərək şanyünün qızı ilə evləndi. Xakasiyaya göndərilərək oranın idarə etməyə başladı.

Şanyünün ölümündən bir il əvvəl Li Kuanqlinin başçılığı altında Çin ordusu Yuyu çayı sahilində hunlarla 10 gün döyüşəndən sonra məğlub olaraq geri çəkildi. Çin hücumlarını dəf edən hunlar ətraf şəhərləri qarət edib qənimətlə qayıdırdılar. Li Kuanqli hunlara qarşı yeni bir səfərə hazırlaşarkən ailəsinin cadugərliklə günahlandırıldığını öyrəndi. Li tələsik Hunlara hücum etdi ki, imperatorun mərhəmətini qazansın, lakin tezliklə geri çəkildi. Çudihu şanyü Li Kuanqlinin yolunu 60 min atlı ilə kəsdi. Çin ordusu böyük bir məğlubiyyətə uğradı. Li Kuanqli təslim oldu. Onun ailəsi isə Çində edam edildi.

Ailəsi

Çudihu şanyünün iki oğlu vardı. Kiçik oğlu Huluqu onun ölümündən sonra taxta keçdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çudihu sözünün mənası, çudihu haqqında məlumat. çudihu nədir? çudihu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mirhavan

  • Mart 06, 2026

    Geophilomorpha

  • Fevral 27, 2026

    Windows 9x

  • Mart 01, 2026

    Adalar krallığı

  • Fevral 27, 2026

    Hindistan yarımqitəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst