mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir. Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub. mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir.
| mIRC | |
|---|---|
| |
| Proqramlaşdırma dili | C++, C |
| Əməliyyat sistemi | Microsoft Windows |
| Yayımlanma tarixi | 28 fevral 1995 |
| Sonuncu versiya |
|
| Lisenziya | şərti havayı proqram |
| Sayt | mirc.com |
Tarixi
mIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır. O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı.
Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib. O həmçinin zarafatla bildirir ki, mIRC-dəki "m", "moo" və ya "MU" (Yapon və Koreya dillərində "heç nə") deməkdir.
mIRC 5.91 16-bit Windows-u dəstəkləyən son versiyadır. 6.35 Windows 95, NT 4.0, 98 və ME-ni dəstəkləyən son versiyadır. Cari versiya Windows XP və sonrakı versiyaları dəstəkləyir.
Proqram Basshunter tərəfindən 2006-cı ildə çəkilmiş "Boten Anna" klipində görünür.
Funksiyaları
mIRC bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir. Bunlardan biri hər bir versiya ilə daha da inkişaf etdirilən skript dilidir. Skript dili, xüsusi əmrlər kimi proqrama kiçik dəyişikliklər etmək üçün, həmçinin mIRC-nin işləyişini və görünüşünü tamamilə dəyişdirmək üçün də istifadə edilə bilər. Digər xüsusiyyət isə mIRC-in daxili fayl serverinə malik olan DCC protokolu vasitəsilə fayl paylaşma qabiliyyətidir.
30 iyul 2010-cu ildə buraxılmış mIRC 7.1 versiyası ilə birlikdə proqramda Unicode və IPv6 da dəstəklənməyə başladı.
mIRC skript dili
mIRC-nin funksiyaları və işləyişi daxili mIRC skript dili ilə dəyişdirilə və genişləndirilə bilər. mIRC-nin "son dərəcə əhatəli" kimi təsvir edilən öz GUI skript redaktoru var.
Dilin istifadəçinin kompüterinə giriş səviyyəsinə görə, məsələn, faylların adını dəyişmək və silmək üçün bir sıra sui-istifadə edilə bilən skriptlər hazırlanmışdır. Sui-istifadənin bir nümunəsi verilmiş kodlanmış sətri deşifrə edən $decode identifikatoru ilə icra edilməsidir. Problem 2001-ci ilin avqustunda bildirildi. Beş ay keçsə də, istifadəçilərin hələ də "mIRC-yə nəzarəti başqasına təhvil verməsi" ilə nəticələnən hiylələrə aldandığı bildirilirdi. Bu mIRC 6.17 versiyasında dəyişikliklərin edilməsinə səbəb oldu: müəllifə görə, $decode indi defolt olaraq qeyri-aktivdir və təhlükəli sayıla bilən digər müxtəlif funksiyalar artıq kilidlənə bilər.
İstifadəsi
CNET-in Download.com xidmətindən mIRC-in endirilmə sayı 40 milyondan artıqdır. 2003-cü ildə Nielsen/NetRatings mIRC-ni ən populyar internet tətbiqləri onluğuna daxil etdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mirc sözünün mənası, mirc haqqında məlumat. mirc nədir? mirc nə deməkdir?
