Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daşbulaq (əvvəlki adları: Oktyabrkənd, Kilsəli) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.

Daşbulaq (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • Daşbulaq (Kəlbəcər)

Daşbulaq (əvvəlki adları: Oktyabrkənd, Kilsəli) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.

Daşbulaq
40°08′19″ şm. e. 46°01′38″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Daşbulaq xəritədə
Daşbulaq
Daşbulaq
Daşbulaq xəritədə
Daşbulaq
Daşbulaq

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

Tarixi

Daşbulaq (keçmiş Oktyabrkənd) kəndi–kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirələrək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb. 1992-ci ildə kəndin əvvəlki adı–Daşbulaq bərpa edilib.

Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santımetr hündürlüyündədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətn vardır. Yazılar hər bir vannanın bütöv üstünü əhatə edirdi. Bulaqdan axan su əvvəl vannanın birinə axırdı, o vanna dolandan sonra su ilə açılmış xarım vasitəsilə o biri vannaya tökülürdü. Kənd camaatı bu vannalardan ancaq içməli su qabı kimi istifadə edirdilər. Bu vannalardan bəzən yemək yağı, qatıq və pendir saxlanan tuluq və dəriləri yumşalltmaq üçün də istifadə edirdilər. Həmin tuluqları bu vannalardan bir neçə gün suyun içərisində saxlayırdılar, tuluq yumşalandan sonra öz əvvəlki işlək halına düşürdü. Kəndin adının Daşbulaq olması bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır.

Yaylaqlar

Yaz yurdu, Cəmilli yurdu, Köhnə yurd, Ələmağacı yurdu, Qoruxçuların bulağının yurd, Veysəlin dərəsinin yurd, Alıqulu ağanın yurdu, Qərvənd yurdu, Kərbəlayı orucun yurdu, Mələyin yurdu, Hüseynalıdüşən yurd, Nəcəfdüşən barmağın yurdu, Umudun yurdu.

Bulaqlar

Məşədi Bayram bulağı, Çınqıl bulaq, Ağaməmmədölən bulaq, Daşdançıxan bulaq, Təpələrin bulağı, Cərgələr bulağı, Göylü burun bulağı, Qiblə bulağı, Böyük çuxurun bulağı, Sallama bulağı, Otqayası bulağı, Həsənin bulağı, Köhnə yurdun bulağı, Tələlər bulağı, Lalə bulağı, Çay bulağı, Daş bulaq, İsbəndiyarın bulağı, Kəndin üstü bulaq.

Məşhur yerlər

Kərbəlayı Orucun dəyirmanı, Nadirin dəyirmanı, Əzgillik, Məşədi Həsən dəyirmanı, Daşın altı, Dəlikdaş, Tülkü qayası, Şişindalı, Vəngin dərəsi, Ardışlı, Məmmədin kahası, Qaşyer, Xamgüney, Çıxaçaq, Daşlı güney, Qumlar, Kalafalığın yalı, Xaraba, Yarğanın dərəsi, Armudlu, Qaraquşun dərəsi, Genqobu, Bayramın yeri, Kərəmin yeri, Hüseynin yeri, Allahverdinin dərə yeri, Palaxlıq, Qumlar, Kazımın daşı, Məşədi Ağanın hasarı, Sadığın hasarı, Mikayılın hasarı, Qurbanın hasarı, Manafın yeri, Kövşənin çalası, Məşədi Məmmədin yeri, Dərinçuxur, Qırmızıqaya, Kərbəlayi Orucun əkin yeri, Otqayası, Gicitgənli, Gölyerləri, Kahanın başı, Kolluq yerləri, Ələkbərin yeri, Uzundərə, Yusifvurulan, Cərgələr, Abdullauşağının biçənəyi, Kəlölən, Yarpızlı qaya, Qoyunuçan, Qobu, Quruşırran, İsbəndiyarın hasarı, Şamonun çalası, Ayıçiləsi.

Həmçinin bax

  • Daşbulaq (Xocalı)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, daşbulaq (kəlbəcər) sözünün mənası, daşbulaq (kəlbəcər) haqqında məlumat. daşbulaq (kəlbəcər) nədir? daşbulaq (kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 05, 2026

    Supereqo

  • Fevral 27, 2026

    Məcidli məhəlləsi

  • Fevral 27, 2026

    Gədəzeyxur

  • Fevral 26, 2026

    Boşnak dili

  • Mart 02, 2026

    Divanalılar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst