Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki

Bənövşəyi sığırquyruğu

  • Ana Səhifə
  • Vikipediya
  • Bənövşəyi sığırquyruğu

Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.

Bənövşəyi sığırquyruğu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Lamidlər
Dəstə:
Dalamazçiçəklilər
Fəsilə:
Qaraşəngikimilər
Triba:
Scrophularieae
Cins:
Sığırquyruğu
Növ:
Bənövşəyi sığırquyruğu
Beynəlxalq elmi adı
  • Verbascum phoeniceum L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  505652
NCBI  441205
EOL  484418

Mündəricat

Botaniki xarakteristikası

İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3–6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25–30 mm diametrindədir. Qutucuq 5–7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə aprel-may, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Toxumla çoxalır. Mezokserofitdir. Yuxarı dağ qurşağında, otlu yamaclar, daşlı-çınqıllı yerlər və kolluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.

Yayılması

Samur-Dəvəçi ovalığı (Xudat qəsəbəsi), Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu), Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu, Aracıqdağı –Xəzinədərə; Şahbuz rayonu, Küküdağ–Darboğaz, Batabat).

Sayı və tendensiyası

Populyasiyanın ehtuyatı məhduddur və azalır.

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (dekorativ bitki kimi toplanması, infrastukturun inkişafı, dəyişkən iqlim amillərə həssaslıqdır.

Mühafizə tədbirləri

Yeni yayılma yerlərinin axtarılması və bioloji xüsusiyyətlərin öyrənilməsi tələb olunur.

Sinonimləri

Homotipik sinonimləri

  • Thapsus pheniceum (L.) Raf.
  • Verbascum collinum Salisb.

Yarımnövləri

  • Verbascum phoeniceum subsp. amplexicaule (Velen.) Cheshm.
  • Verbascum phoeniceum subsp. phoeniceum
  • Verbascum phoeniceum subsp. stojanovii Kovačev

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bənövşəyi sığırquyruğu sözünün mənası, bənövşəyi sığırquyruğu haqqında məlumat. bənövşəyi sığırquyruğu nədir? bənövşəyi sığırquyruğu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    86 (ədəd)

  • Fevral 27, 2026

    Hetera

  • Mart 06, 2026

    Ankoric (Alyaska)

  • Mart 01, 2026

    Mətn faylı

  • Fevral 27, 2026

    Fransa Qvianası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst