Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samuil Marşak (rus. Самуи́л Я́ковлевич Марша́к;1887—1964) — Rusiya və SSRİ şairi, dramaturqu, tərcüməçisi.

Samuil Marşak

  • Ana Səhifə
  • Vikipediya
  • Samuil Marşak

Samuil Marşak (rus. Самуи́л Я́ковлевич Марша́к;1887—1964) — Rusiya və SSRİ şairi, dramaturqu, tərcüməçisi.

Samuil Marşak
rus. Самуи́л Я́ковлевич Марша́к
Təxəllüsü Доктор Фрикен, Уэллер, С. Кучумов
Doğum tarixi 3 noyabr 1887
Doğum yeri Voronej
Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat tarixi 4 iyul 1964 (76 yaşında)
Vəfat yeri Moskva
SSRİ
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti yəhudi
Təhsili
  • London Universiteti[d]
Fəaliyyəti şair
Fəaliyyət illəri 1907 -1964
Əsərlərinin dili rus dili
Janr Şeir
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Lenin" mükafatı "Stalin" mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Samuil Yakovleviç Marşak 1887-ci ildə Rusiya imperiyasının Voronej şəhərində anadan olmuşdu. Uşaq yaşlarından şeir yazmağa başlamışdır. 1902-ci ildə V.V.Stasov onu M.Qorki ilə tanış etmişdir. 1904-1906-cı illərdə Marşak Yaltada M.Qorkinin mənzilində yaşamışdır. Əsərləri 1907-ci ildən çap olunmuşdur.

1912-1914-cü illərdə London Universitetinin İncəsənət fakültəsində mühazirələr dinləmişdir. Marşak sovet uşaq ədəbiyyatının yaradıcılarındandır. Balacalar üçün yazdığı şeir, poema, nağıl, tapmaca, povest və pyeslərində mühüm ictimai məzmunlu mətləblərdən uşaq dilinə və psixologiyasına uyğun canlı, şən, maraqlı və anlaşıqlı bir tərzdə bəhs edilir.

Böyük Vətən müharibəsi dövründə və sonrakı illərdə antifaşist plakat və karikaturalar, satirik mətnlər yazmışdır.

S. Marşak lirik şair kimi də tanınmışdır. Onun 1962-ci ildə “Seçilmiş lirika” və lirik epiqramlar toplusu dərc olunmuşdur. 1960-cı ildə “Həyatın astanasında”adlı avtobioqrafik povesti, 1962-ci ildə isə “sözlə tərbiyə” adlı məqalə və qeydlər toplusu nəşr edilmişdir. V.Şekspirin sonetlərini, R. Berns, U. Bleyk, U.Vorsvort, R. Kiplinq və b. mahnı və balladalarını, eləcə də sovet xalqları şairlərinin əsərlərini tərcümə etmişdir.

Əsərləri SSRİ xalqları dillərinə, o cümlədən Azərbaycan dilinə bir çox xarici dilə tərcümə olunmuşdur.

Sovet şairi Marşak tərcüməçi, Lenin mükafatı lauratı (1963), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946, 1949, 1951) adlarına layiq görülmüşdür. İki dəfə Lenin ordeni, və başqa orden və medallarla təltif edilmişdir.

Marşak Samuel Yakovleviç 1964-cü il iyul ayının 4-də Moskvada vəfat etmişdir.

Yaradıcılığı

Balacalar üçün klassik əsərlər müəllifi Samuil Marşak hələ 1927-ci ildə Maksim Qorkiyə göndərdiyi bir məktubda həmin məsələyə toxunaraq yazırdı: "Bizim işimizə pedaqoqların münasibəti çox mane olur. Onlar əsəri, demək olar ki, həmişə yalnız mövzusuna görə qiymətləndirirlər. Teymur Elçin yaradıcılığı timsalında uşaq poeziyamızın ən yaxşı nümunələri bir daha təsdiq edir ki, balaca oxucuların gələcək inkişafında, həyatı dərkində vacib cəhət budur ki, uşaqlar üçün doğma və anlaşıqlı olan, görüş dairəsini genişləndirə bilən həqiqi ədəbiyyat yaradılsın. Uşaqlar üçün yazılmış əsərdə balacaların özlərini şərh etmələri, fikrən tamamlamaları üçün də imkan yaratmaq vacibdir. Belə olduqda onlar əsəri daha maraqla, daha ayıq və daha fəal oxuyurlar ki, bu da kiçik oxucuların bədii zövqünün, fikrinin inkişafı üçün çox lazımlı şərtdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samuil Marşak haqqında məlumat. Samuil Marşak nədir? Samuil Marşak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    26 aprel

  • Fevral 24, 2026

    27 may

  • Fevral 23, 2026

    12 noyabr

  • Fevral 25, 2026

    İndoneziya dili

  • Fevral 23, 2026

    Helsinki

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst