Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saleh Balay oğlu Qocayev (12 sentyabr 1899, İlisu, Zaqatala dairəsi – 4 may 1984, Bakı) — azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbayca

Saleh Qocayev

  • Ana Səhifə
  • Vikipediya
  • Saleh Qocayev

Saleh Balay oğlu Qocayev (12 sentyabr 1899, İlisu, Zaqatala dairəsi – 4 may 1984, Bakı) — azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbaycan SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı; Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini; Neft İnstitutunun rektoru (1941–1960).

Saleh Qocayev
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini
24 sentyabr 1940 – 1941
Azərbaycan SSR xalq avtomobil nəqliyyatı komissarı
17 iyul 1939 – 24 sentyabr 1940
SonrakıƏləkbər Əliyev
Azərbaycan Dövlət Sənaye İnstitutunun rektoru
1941 – 1960
ƏvvəlkiMusa Əliyev
Sonrakıİsmayıl İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 12 sentyabr 1899(1899-09-12)
Doğum yeri
  • İlisu, Zaqatala dairəsi, Rusiya imperiyası
Vəfat tarixi 4 may 1984(1984-05-04) (84 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası (1917–1918),
  • Sovet İttifaqı Kommunist Partiyası (1918–1984)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

Saleh Qocayev 1896-cı ildə İlisu kəndində anadan olmuşdur. Zaqatala sənət məktəbində təhsil almağa başlasa da, valideynləri vəfat etdiyi üçün Bakıya köçür. O, 15 yaşında Bakıda Nobel qardaşlarının zavodunda işləməyə başlayır.

1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olmuş, eyni zamanda S.Budyonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır.

Siyasi fəaliyyəti

1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına qatılan Saleh Qocayev Balakən Rayonu Fəhlə Gənclər İttifaqının sədr seçilmişdir. O, 1918-ci ildə Bakı Sovetinin deputatı seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həbs olunsa da, həbsxanadan qaçaraq İlisuya getmişdir. O, İlisuda Azərbaycan Kommunist Partiyasının özəyini yaratmışdır. 1919-cu ildən isə Azərbaycan Kommunist Partiyası Zaqatala Qəza Gizli Komitəsinin sədri olmuşdur.

Aprel işğalından sonra Zaqatala Qəza İnqilab Komitəsinin sədri seçilən Saleh Qocayev 1921-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində vəzifəyə təyinat alır.

Təhsilini bitirdikdən sonra o, yenidən partiya-təsərrüfat fəaliyyətinə cəlb olunmuş, Ağır Sənaye Xalq Komissarlığının nümayəndəsi, Leytenant Şmidt adına zavodun yığma sexinin mühəndisi, Şamxor (Şəmkir) Qəza Partiya Komitəsinin birinci katibi, Zaqatala Qəza Partiya Komitəsinin katibi, Kirov Rayon Partiya Komitəsinin katibi (1935–1936), "Kirovneft", "Azərneftemaş" trestlərinin müdiri, Azərbaycan SSR xalq avtomobil nəqliyyatı komissarı, "Azərneftkombinat"ın rəisi, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifələrində çalışmışdır.

1941–1960-cı illərdə Neft İnstitutunun rektoru olmuş, buna baxmayaraq istehsalatla əlaqəsini kəsməmiş, bir sıra ixtiralar (səkkizsürətli aqreqat, qazma bucurqadı və s.) etmiş, onun işləmələri Respublikada maşınqayırmanın inkişafının istiqamətini müəyyən etmişdir.

Saleh Qocayev 1949-cu ildə texnika elmləri namizədi elmi dərəcəsini almışdır. O, dəfələrlə Azərbaycan K(b)P MK-nın, Azərbaycan MİK-nin, Zaqafqaziya MİK-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin (1–4-cü çağırış) deputatı seçilmişdir.

İxtiraları

  • "SBQ-8" qazma aqreqatı.
  • "82 MM" avtomatik minomyotu

Mükafatları

  • SSRİ "Qırmızı Bayraq" ordeni;
  • SSRİ 4 dəfə "Qırmızı əmək bayrağı" ordeni;
  • SSRİ "Qırmızı Ulduz" ordeni;

Haqqında

  • Mehdi Hüseyn 1959-cu ildə Saleh Qocayev şəxsiyyətinə həsr etdiyi "Qabar" hekayəsində onun həyatını "Yüksək əyarlı ömür yolu" adlandırmışdı.
  • Mahmud Qocayev "Dərin zəka, dönməz əqidə" kitabını Saleh Qocayevin şərəfli ömür yoluna həsr etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, saleh qocayev sözünün mənası, saleh qocayev haqqında məlumat. saleh qocayev nədir? saleh qocayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Adapter

  • Fevral 27, 2026

    Apata

  • Mart 02, 2026

    Ammonium nitrat

  • Mart 06, 2026

    Fuçjou

  • Mart 07, 2026

    Lerik PFK

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst