Vinilxlorid (xloretilen, monoxloretilen), CH2=CHCl, halogenli doymamış karbohidrogendir.
| Vinilxlorid | |
|---|---|
| |
| |
| Ümumi | |
| Sistematik adı | Vinilxlorid |
| Kimyəvi formulu | CH2=CHCl |
| Fiziki xassələri | |
| Molyar kütlə | 62,498 q/mol |
| Sıxlıq | 0,9106 q/sm³ |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | − 153,8 °C |
| Qaynama nöqtəsi | − 13,8 °C |
| Partlama həddi | 3,6 ± 0,1 % (V/V) |
| Əmələgəlmə entalpiyası | −37,26 kC/mol |
| Buxarın təzyiqi | 3,3 ± 0,1 atm |
| Optik xüsusiyyətlər | |
| Sındırma əmsalı | 1,37 |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | 75-01-4 |
| PubChem | 6338 |
| EINECS-də qeyd. nöm. | 200-831-0 |
| SMILES | |
| InChI | |
| RTECS | KU9625000 |
| ChEBI | 28509 |
| ChemSpider | 6098 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
Xassələri
Vinilxlorid havadan ağır, zəif xloroform iyli, rəngsiz qazdır, asanlıqla alışıb yanır. Vinilxlorid dixloretan, xloroform, dietil efiri, neft karbohidrogenlərində yaxşı, suda isə çox pis həll olur.
Alınması
Vinilxlorid ilk dəfə 1835-ci ildə Viktor Reno tərəfindən dixloretanı natrium hidroksidin spirtli məhlulu ilə işləyərək almışdır.
Sənayedə
- Asetilenin qaz və maye fazada katalizatorun (HgCl2) iştirakı ilə hidroxlorlaşdırılması ilə :
CH≡CH + HCl → CH2=CHCl
- 1,2-dixloretanın dehidroxlorlaşdırılması ilə:
CH2Cl−CH2Cl +NaOH → CH2=CHCl+ NaCl+ H2O
Kimyəvi xassələri
- Vinilxlorid öz-özünə polimerləşir.Katalizatorun iştirakı ilə maye halında polimerləşdikdə termoplastik qatrana çevrilir:
- Vinilxlorid halogenləri və hidrogen-halogenidləri asanlıqla özünə birləşdirir:
CH2=CHCl + HCl → CH3−CHCl2
Tətbiqi
Vinilxloriddən alınan polivinilxlorid, eləcə də onun vinilasetat, vinilidenxlorid və s. vinil birləşmələri ilə birgə polimerləri sənayenin müxtəlif sahələrində geniş tətbiq olunan mühüm materiallardır. Plastik kütlə, sintetik lif, boya maddələri, süni dəri və s.istehsalında çox işlədilir.
Təhlükəsizliyi
Vinilxlorid keyidici narkotik maddədir. Havada az miqdarda olduqda insanın başı gicəllənir, çox olduqda isə insan şüurunu tamam itirir.
Həmçinin bax
- Trixloretilen
- Tetraxloretilen
- Etilxlorid
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vinilxlorid sözünün mənası, vinilxlorid haqqında məlumat. vinilxlorid nədir? vinilxlorid nə deməkdir?

