Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Liza Meytner (ən tezi 7 noyabr 1878 və ən geci 17 noyabr 1878, Vyana[…] – 27 oktyabr 1968[…], Kembric) – yəhudiəsilli Avstriya–İsveç fiziki. Nüvə fizikası və ra

Liza Maytner

  • Ana Səhifə
  • Vikipediya
  • Liza Maytner

Liza Meytner (ən tezi 7 noyabr 1878 və ən geci 17 noyabr 1878, Vyana[…] – 27 oktyabr 1968[…], Kembric) – yəhudiəsilli Avstriya–İsveç fiziki. Nüvə fizikası və radiasiya üzərində işləmişdir.

Liza Meytner
alm. Elise Meitner‎
Doğum adı Elise Meitner
Doğum tarixi ən tezi 7 noyabr 1878 və ən geci 17 noyabr 1878
Doğum yeri
  • Vyana, Avstriya-Macarıstan[…]
Vəfat tarixi 27 oktyabr 1968(1968-10-27)[…] (89 yaşında)
Vəfat yeri
  • Kembric, Kembric[d], Kembricşir qraflığı[d], İngiltərə, Birləşmiş Krallıq
Elm sahəsi fizika
Elmi dərəcəsi
  • fəlsəfə doktoru (1905)
İş yerləri
  • Kral Texnologiya Universiteti (–1953),
  • Humboldt adına Berlin Universiteti,
  • Vyana Universiteti,
  • Amerika Katolik Universiteti,
  • Kral Texnologiya Universiteti
Təhsili
  • Vyana Universiteti (1901–1906)
Elmi rəhbərləri Lüdviq Bolsman
Tanınmış yetirməsi Nikolaus Ril
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1955),
  • ADR Elmlər Akademiyası[d],
  • İsveç Kral Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Avstriya Elmlər Akademiyası,
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • Göttingen Elmlər Akademiyası[d]
Mükafatları +
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Avstriyanın Vyana şəhərində doğulan Liza Meytner o dövrdə qızların ala biləcəyi bütün təhsili aldı. Sonra universitetə daxil olmaq üçün 14 yaşında özəl fizika və riyaziyyat dərsləri aldı. 1901-ci ildə Vyana Universitetinə qəbul olundu. Burada nəzəriyyəçi fizikaçı Lüdviq Boltzman ilə işlədi.

1907-ci ildə Maks Plankla işləmək üçün Berlinə getdi. Mariye Kuriyenin işlərindən təsirləndiyi üçün radiasiya üzərində işləmək istədi. Sonra Otto Han ilə tanış oldu. Otto Hanın kimya bilikləri ilə öz riyaziyyat və fizika biliklərini birləşdirib işləməyə başladılar.

1918-ci ildə onlar protaktinium elementini kəşf etdiklərini bildirdilər. Bu kəşf ikisinin də şöhrətini artırdı. 1918-ci ildə Liza Meyntner Kaiser Vilhelm İnstitutunun radiasiya fizikası şöbəsi başçısı oldu. 1926-cı ildə isə Berlin Universitetində Almaniyanın ilk qadın professoru oldu. Beta hissəcikləri üzərində işini isə davam etdirirdi.

1933-cü ildə nasist partiyası Almaniyadakı yəhudilərin təqibinə başladı. Liza yəhudi olsa da, Avstriya vətəndaşlığı onu qoruyurdu. 1930-cu illərdə Hanla birlikdə atomu parçalamaq üçün uran atomunun nüvəsini neytronla bombalıyırdı. Məqsədləri atomu parçalamaq idi. Eyni təcrübəni Enriko Fermi etmişdi, amma nəticələri naməlum idi.

1938-ci ildə Almaniya Avstriyanı işğal etdi və Liza hollandiyalı həmkarının köməyi ilə Hollandiyaya qaçdı.

Liza Meytner və Otto Han

Otto Han uranın nüvəsini bombalayarkən bariumun alınmasını başa düşməmişdi və bu haqda Lizaya məktub yazdı. Meyntner nüvənin parçalandığını başa düşdü. Bu fikrini bacısı oğlu olan fizikaçı Otto Friş ilə paylaşdı. O da bu fikri dəstəklədi və 11 fevral 1939-cu ildə dünyanı dəyişdirəcək məqalə dərc etdilər. "Uranın neytronlarla parçalanması" başlığındakı məqalə Han və Strasmanın təcrübələrinə istinadən nüvənin damla modelini istifadə edərək uranın parçalanmasından bariumun əmələ gəlməsini bildirirdi. Bu hadisəni "Nüvə parçalanması" adlandırdılar və bir uran atomunun parçalanmasından 200 milyon elektron volt enerji ayrıldığını hesabladılar.

Liza 1943-cü ildə Frişin qatıldığı ABŞ-nin təşkil etdiyi kod adı "Manhettin layihəsi"nin ingilis heyətinə dəvət edildi. Liza elminnin hərbdə istifadə olunmasından imtina etdi və İkinci dünya müharibəsinin sonuna qədər İsveçdə qaldı. 1949-cu ildə İsveç vətəndaşı oldu.

1960-cı ildə bacısı oğlu Frişin yanına — İngiltərəyə köçdü və 1968-ci ildə Kembricdə öldü.

Mükafatları

1944-cü ildə kimya üzrə Nobel mükafatı komitəsi Meyntnerin xidmətlərini saymayaraq Nüvə parçalanmasının kəşfinə görə mükafatı Otto Hana verdi. Otto Han Lizanın xidmətlərindən heç vaxt danışmadı. Liza buna görə onla bir daha işləmədi.

Buna baxmayaraq Liza Meyntner 1949-cu ildə Mals Plank mükafatını və 1966-cı ildə ABŞ Atom Enerjisi Komisyasının verdiyi Enriko Fermi mükafatına layiq görülmüşdür. O, Enriko fermi mükafatını qazanan ilk qadın olmuşdur.

1997-ci ildə 109-cu element onun şərəfinə meytnerium adlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Liza Maytner haqqında məlumat. Liza Maytner nədir? Liza Maytner nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Atatürk islahatları

  • Fevral 24, 2026

    Sülh

  • Fevral 24, 2026

    Animizm

  • Fevral 24, 2026

    Sayat Nova

  • Fevral 25, 2026

    Cennifer Eniston

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst