Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri.

Ağbil türbələri

  • Ana Səhifə
  • Vikipediya
  • Ağbil türbələri

Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri.

Ağbil türbələri
Düzbucaqlı türbə
Səkkizgüşəli türbə
Ölkə  Azərbaycan
Şəhər Quba
Yerləşir Ağbil kəndi
Aidiyyəti sufizm
Tikilmə tarixi XVI əsr (düzbucaqlı türbə)
1537 (səkkizguşəli türbə)
Üslubu Arran memarlıq məktəbi
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4620, 4621
ƏhəmiyyətiYerli əhəmiyyətli
41°25′19″ şm. e. 48°33′29″ ş. u.HGYO
Xəritə
Ağbil türbələri (Azərbaycan)
Nöqtə
Ağbil türbələri

Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir.

Mündəricat

Səkkizbucaqlı türbə

Şah Murad türbəsinin kitabəsi

Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir.


Sovet işğalından sonra türbələrdən ikisi dağıdılıb.

Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.

Türbənin özünəməxsus xüsusiyyətlərindən biri də xaricdən səkküzguşəli formada olmasına baxmayaraq, daxildən tikilinin 2.8x2.8 metr ölçülü kvadrat həcmə malik olmasıdır. Kvadratın cənub tərəfində türbəyə giriş yerləşdirilmişdir. Digər üç tərəfdə isə 76x50 sm ölçülü kiçik nişlər inşa edilmişdir. Yer səviyyəsində adi qəbir tipli dəfn yerinin olması göstərir ki, türbədə xüsusi sərdabə inşa edilməmişdir.

Kvadrat təməldən günbəz örtüyə keçid, sadə stalaktitlər formasında həll edilmiş yelkənlər vasitəsiylə həyata keçirilmişdir. Türbənin xarici divarları üçün kərpic və daş hörgüsünün qarışımı karakterikdir ki, bu da Şirvan ərazisində yayılmış digər türbələrdə rast gəlinməyən bir haldır. Kürsülükdən başqa, giriş hissəsinin aşağı hissələrinin çərçivəsinin hörülməsində də daşlardan istifadə edilmiş, elə daş üzərində də təqvim göstərilmişdir. Üzərində kitabə yazılmış 53x46 sm ölçülü daş doqquz sıra kəpic üzərində, girişin üstündə yerləşdirilmişdir.

XIX əsrdə Ağbil türbələrini tədqiq etmiş akademik B. Dorn onlar üzərindəki kitabənin surətini köçürmüşdür. Ərəb dilində üç sətrdə süls xətti ilə yazılmış kitabənin tərcüməsi belədir:

" De: Ey özləri öz əleyhlərinə çıxan qullarım Mənim, Allahın mərhəmətindən ümidsiz olmayın! Həqiqətən, Allah bütün günahları bağışlayır: Çünki O, bağışlayan və mərhəmətlidir. Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah – Allah onun dövlət və səadətini əbədiləşdirsin – zamanında Allahın rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah Murad b. Şeyx Məzyəd b. Xacə b. Şeyx Bayazid – Allah onu və bütün möminləri bağışlasın – üçün doqquz yüz qırxıncı (1533-1534) ildə tikilmişdir. "

Dördbucaqlı türbə

Üçüncü Ağbil türbəsi kiçik ölçülü tikilidir. Tikilinin düzbucaqlı planının (2.80x2.62 m) qısa tərəfinin divarları antlar şəklində 1.2 m qabağa uzaldılmışdır. Alınan kiçik eyvan gücgüvari tağla örtülmüşdür. Ümumilikdə bu kiçik mavzoley kifayət qədər xarakterik olmaqla, kiçik yaşayış binasını xatırladır.

Ədəbiyyat

  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ağbil türbələri sözünün mənası, ağbil türbələri haqqında məlumat. ağbil türbələri nədir? ağbil türbələri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Qəddarə

  • Fevral 27, 2026

    Hacıbala Abutalıbov

  • Mart 03, 2026

    Azərbaycan–İsrail münasibətləri

  • Mart 01, 2026

    Partiya

  • Fevral 26, 2026

    Sümüklü balıqlar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst