Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" an

Sust (Babək)

  • Ana Səhifə
  • Vikipediya
  • Sust (Babək)

Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd.

Sust
39°21′55″ şm. e. 45°18′09″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Sust xəritədə
Sust
Sust

Mündəricat

Toponimikası

Kəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir.

Tarixi

Hazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub. 1970-80-ci illərdə Sovet hakimiyyətinin kəndlərin mərkəzləşdirilməsi ilə bağlı uğursuz siyasəti kəndin boşalması ilə nəticələnib. Diqqətdən kənar qalan Sustun əhalisi rayonun başqa bir kəndinə — Böyükdüzə köçürülüb. Hazırda kənddə cəmi bir ailə yaşayır.

Kəndin ətrafındakı tarixi yurd yerlərinin "Kitabi-Dədə Qorqud"da yer alması bu ərazilərdə qədimdən insanların məskunlaşdığını göstərir.

Tarixi abidələri

Sust kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1853 Sust yaşayış yeri XV-XVI əsrlər Sust kəndi Arxeoloji Ölkə
1854 Üçbulaq yaşayış yeri E.ə. II-I minilliklər Sust kəndi Arxeoloji Ölkə
1855 Göra-gözə yaşayış yeri XV-XVII əsrlər Sust kəndi Arxeoloji Ölkə

Kənddə XVIII əsrə aid olan qəbiristanlıq da var.

Coğrafiyası və iqlimi

Kənddə olan günəşli saatların miqdarı 2400-dən artıqdır, bu göstərici dağlarda 2900-ə çatır.

Əhalisi

Kənddə 9 nəfərdən ibarət 1 ailə yaşayır.

İqtisadiyyatı

Yerli əhali vaxtilə qoyunçuluqla məşğul olub. Burda qoyunçuluq üçün olduqca əlverişli mühit var. Ətrafda bitən yarımsəhra və səhra bitkiləri qoyunçuluq üçün əhəmiyyətli qida mənbəyidir. Kəndin yuxarısında yaylaq var. Yaylaq və qışlaq bir-birinə yaxın olduğu üçün qoyunçuluq üçün əlverişlidir. Kəndin ətrafındakı çox sayda zağada (süni mağara) isə qoyun sürüləri saxlanılıb.

Sustun çox sayda kəhriz sistemi olub və bu kəhrizlər əhalini suyla təmin edib. Kəndin yaxınlığında yüksək dağlıq tədricən Araza doğru əyilir və həmin sular burda səthə yaxınlaşır.

Kəndin yaxınlığında iki mühüm duz layı varmış. Onlardan birinin tərkibindəki duzun miqdarı 96.44 faiz olub. Sovet dövründə duzun istismarı çətinləşdiyi üçün mədən fəaliyyətini dayandırıb.

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sust (babək) sözünün mənası, sust (babək) haqqında məlumat. sust (babək) nədir? sust (babək) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Arch Linux

  • Mart 01, 2026

    Xilon

  • Mart 01, 2026

    Sinonimlər

  • Fevral 25, 2026

    Təbii peyk

  • Mart 01, 2026

    Ernst Herzfeld

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst