Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ernst Emil Herzfeld (23 iyul 1879[…], Selle[d], Prussiya – 21 yanvar 1948, Bazel) — alman arxeoloq, memar və sənət tarixçisi. İslam mədəniyyəti, xüsusən İran sə

Ernst Herzfeld

  • Ana Səhifə
  • Vikipediya
  • Ernst Herzfeld

Ernst Emil Herzfeld (23 iyul 1879[…], Selle[d], Prussiya – 21 yanvar 1948, Bazel) — alman arxeoloq, memar və sənət tarixçisi. İslam mədəniyyəti, xüsusən İran sənəti ilə bağlı tədqiqatları ilə tanınmışdır.

Ernst Herzfeld
alm. Ernst Emil Herzfeld‎
Doğum tarixi 23 iyul 1879(1879-07-23)[…]
Doğum yeri
  • Selle[d], Hannover[d], Prussiya, Almaniya Reyxi[d]
Vəfat tarixi 21 yanvar 1948(1948-01-21) (68 yaşında)
Vəfat yeri
  • Bazel, Bazel-Ştat kantonu[d], İsveçrə
Dəfn yeri
  • Friedhof am Hörnli[d]
Elm sahələri şərqşünaslıq, İranşünaslıq, Epiqraf, sənətşünaslıq
İş yerləri
  • Berlin Texniki Universiteti,
  • Humboldt adına Berlin Universiteti
Təhsili
  • Berlin Texniki Universiteti,
  • Münhen Lüdviq-Maksimilian Universiteti,
  • Humboldt adına Berlin Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herzfeld ayrıca Silifke yaxınlığındakı Aya Tekla xristian həcc mərkəzindəki tədqiqatlarda iştirak etmiş və rəsmlərini Samuel Guyerin şərhləri ilə birlikdə nəşr etdirmişdir.

Həyatı

Münhen və Berlin universitetlərində memarlıq təhsili almış, ilk dəfə 1903-cü ildə Orta Şərqə getmiş, Mesopotamiyadakı Assuriya şəhərlərindən birində aparılan qazıntılarda memar kimi işləmiş, İraqdakı qədim Samarra şəhərini gördükdən sonra İslam mədəniyyəti ilə maraqlanmağa başlamışdır. Burada həyata keçirmiş olduğu ilk işlərini daha sonra 1907-ci ildə Samarra, Aufnahmen und Untersuchungenzur islamichen Archeologie (Səmarra, İslam Arxeologiya üzrə Ölçülər və Tədqiqatlar) adı altında çap etmişdir. Assuriya qazıntılarından ölkəsinə 1906-cı ildə qayıdarkən, İran yolundan istifadə etmiş və burada Pasarqad və Persepolisə səyahət etmişdir. Növbəti il bu iki şəhər əsasında hazırladığı tədqiqat işi ilə Berlin Universitetində doktorluq adı almışdır. 1908-ci ildə İstanbul və Suriyadan keçməklə Hindistana səyahət etmişdir. Sənət tarixçisi Friedrich Sarre ilə birlikdə Mesopotamiyada Fərat və Dəclə çayları vadilərində gəzərək bir çox arxeoloji sahəni müəyyən etdilər. Bu tədqiqatlarının nəticələrini 1911-1920 arasında Archeologische Reise im Euphrat ung Tignis Gebiet (Fərat və Dəclə Regionunda Arxeoloji Səyahət) adlı dörd cildlik əsərlərində yaydılar.

Herzfeld, 1910-1913-cü illərdə Samarrada qazıntılar apararaq şəhərdəki bir çox binanın ilkin vəziyyətini təyin etmişdir. Bu qazıntının nəticələrini özündə cəmləşdirən və son cildi ölümündən sonra çıxan Die Ausgrabungen von Samarra (1923-1948, 6 cild; Samarra qazıntıları) adlı kitabı islam memarlığı mövzusunda ən vacib mənbə kitablarından biri sayılır.

Herzfeld 1917-ci ilə qədər İranda və Şərqi Anadoluda tədqiqatlar aparmışdır. 1920-ci ildə Berlin Universitetində Şərq arxeologiyası professoru olmuş, 1928-ci ildə Persepolis yaxınlığındakı Pasargadda qazıntı aparmış və 1933-cü ilə qədər Persepolisdə qazıntılarına davam etmişdir. 1935-ci ildə Almaniyanı və Berlin Universitetini tərk edərək ABŞ-yə getmiş və New York əyalətindəki Princeton Universitetinə daxil olmuşdur; Daha sonra tədqiqatlarını bu ölkədə davam etdirdi.

1947-ci ildə tədqiqat aparmaq üçün Qahirəyə getdi; orada xəstələndi və müalicə üçün aparıldığı İsveçrədə öldü.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ernst Herzfeld haqqında məlumat. Ernst Herzfeld nədir? Ernst Herzfeld nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Peenemünde

  • Fevral 27, 2026

    Diyarbəkir

  • Fevral 28, 2026

    1683-cü il

  • Fevral 28, 2026

    İvan Lyaxov

  • Fevral 10, 2026

    Qum

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst