Cəhri rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur.
| Cəhri rayonu | |
|---|---|
Tarixi
1921-ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib. Cəhri, Sust, Xıncab, Əznəburd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük.
1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cəhri rayonu sözünün mənası, cəhri rayonu haqqında məlumat. cəhri rayonu nədir? cəhri rayonu nə deməkdir?