Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dırqoyu "qırqovul" sözünün təhrif olunmuş formasıdır. Burada qanadı qırılmış quşun obrazı əks olunduğundan rəqs süjetli yallılardan sayılır. İkinci adı "qaleyi"

Dırqoyu

  • Ana Səhifə
  • Vikipediya
  • Dırqoyu

Dırqoyu — iki hissəli yallı havası.

Dırqoyu "qırqovul" sözünün təhrif olunmuş formasıdır. Burada qanadı qırılmış quşun obrazı əks olunduğundan rəqs süjetli yallılardan sayılır. İkinci adı "qaleyi" olan bu yallıya "siyaqutu" da deyirlər. Lakin "siyaqutu" rəqsin 2-ci hissəsinin adıdır. Bu hissə Şərurda ayrıca bir yallı kimi də (bir hissəli) ifa edilir. Yallının melodik dili də bu baxımdan fərqlidir. Belə ki, rəqsin 1-ci hissəsi "bayatı-qacar" muğamında, 2-ci hissəsi isə "şur" muğamında səslənir.

Rəqsin süjet xəttinə əsasən, quş qanadı sındığından uça bilmir, lakin buna baxmayaraq tez-tez onu qaldıraraq hərəkətə gətirmək istəyir. Quşun uçmaq istəyi, yaşamaq həvəsi rəqsin xoreoqrafik quruluşunda çox dolğun şəkildə öz əksini tapmışdır. "Dırqoyu"nun musiqi məzmunu, tempi, xüsusilə də ritmi rəqsin süjetini o qədər düzgün açıqlayır ki, yallını izləyən hər kəs istər-istəməz təsirlənərək quşun bu əlacsız vəziyyətinə acıyır. Rəqs həm kollektiv şəkildə "yallı" kimi, həm də "solo" ifadə süjetli oyun-tamaşa formasında ifa edilir.

Tanınmış Azərbaycan rəqqasəsi Əminə Dilbazi bu rəqsdəki bəzi hərəkətləri sonradan "Turacı" rəqsində də istifadə etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dırqoyu sözünün mənası, dırqoyu haqqında məlumat. dırqoyu nədir? dırqoyu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Columba trocaz

  • Fevral 27, 2026

    Eliyahu

  • Mart 06, 2026

    Cəngəmiran

  • Fevral 28, 2026

    Vilayət ayəsi

  • Fevral 27, 2026

    Mobil Əhmədov

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst